Sadə elektrik dövrəsini hansı elementlər təşkil edir? A) Yalnız batareya və lampa B) Cərəyan mənbəyi, lampa, açar və birləşdirici naqillər C) Günəş paneli, televizor və mühərrik D) Rezistor, voltmetr və ampermetr
B) Cərəyan mənbəyi, lampa, açar və birləşdirici naqillər
Metal naqillərdə elektrik cərəyanını yaradan hansı zərrəciklərin nizamlı hərəkətidir? A) Müsbət ionlar B) Sərbəst elektronlar C) Neytronlar D) Molekullar
B) Sərbəst elektronlar
Elektrik gərginliyi nəyi xarakterizə edir? A) Naqildən keçən elektronların sayını B) Mənbənin yüklərə verdiyi enerjinin miqdarını C) Naqilin uzunluğunu D) Maddənin növünü
B) Mənbənin yüklərə verdiyi enerjinin miqdarını
1. Dövrə hissəsi üçün Om qanununa görə, cərəyan şiddəti (I) gərginlikdən (U) necə asılıdır? A) Tərs mütənasib B) Düz mütənasib C) Asılı deyil D) Kvadratik asılıdır
B) Düz mütənasib
Naqilin uzunluğu artdıqca onun müqaviməti və dövrədəki cərəyan şiddəti necə dəyişər? A) Müqavimət azalar, cərəyan şiddəti artar B) Müqavimət artar, cərəyan şiddəti azalar C) Hər ikisi artar D) Hər ikisi azalar
B) Müqavimət artar, cərəyan şiddəti azalar
Dövrəni istənilən vaxt qapayan (qoşan) və açan (ayıran) qurğu necə adlanır? A) Lampa B) Akkumulyator C) Açar D) Rezistor
C) Açar
Elektrik cərəyanının yaranması üçün aşağıdakı şərtlərdən hansı mütləq deyil? A) Sərbəst yüklü zərrəciklərin olması B) Elektrik sahəsinin olması C) Dövrənin qapalı olması D) Dövrəyə mütləq voltmetr qoşulması
D) Dövrəyə mütləq voltmetr qoşulması
Cərəyan mənbəyinin üzərində "9 V" yazılması nə deməkdir? A) Mənbə 9 saniyə işləyəcək B) Mənbə hər 1 Kl yükə 9 C enerji verir C) Mənbədən 9 Amper cərəyan keçir D) Dövrədə 9 lampa var
B) Mənbə hər 1 Kl yükə 9 C enerji verir
Gərginliyi sabit saxlayıb dövrəyə daha böyük müqavimətli lampa qoşsaq, cərəyan şiddəti necə dəyişər? A) Artar B) Dəyişməz C) Azalar D) Əvvəl azalar, sonra artar
C) Azalar
Rezistor və reostatın əsas fərqi nədədir? A) Rezistor müqaviməti dəyişir, reostat sabit saxlayır B) Rezistorun müqaviməti sabitdir, reostatın müqaviməti isə tənzimlənə bilir C) Hər ikisi yalnız cərəyanı artırmaq üçündür D) Heç bir fərqi yoxdur
B) Rezistorun müqaviməti sabitdir, reostatın müqaviməti isə tənzimlənə bilir
İşlədicini daha çox enerji ilə təmin etmək üçün nə etmək lazımdır? A) Dövrəyə daha çox açar əlavə etmək B) Qalvanik elementlərin sayını artıraraq ardıcıl birləşdirmək C) Naqillərin uzunluğunu artırmaq D) Dövrədən zəngi çıxarmaq
B) Qalvanik elementlərin sayını artıraraq ardıcıl birləşdirmək
Cərəyan şiddətinin (I) hesablanması düsturu hansıdır?
İ=q/t
Gərginliyi ölçən cihaz necə adlanır və dövrəyə necə qoşulur?
Voltmetr, paralel
Beynəlxalq Sistemdə (BS) elektrik müqavimətinin vahidi nədir?
Om
Reostatın sürgüsünü sağa sürüşdürdükdə (dövrəyə qoşulan hissənin uzunluğu artarsa) lampanın parlaqlığı necə dəyişər? A) Artar B) Azalar C) Dəyişməz D) Əvvəl artar, sonra sönər
B) Azalar
Hansı cihaz elektrik enerjisini mexaniki hərəkətə (işə) çevirmək üçün nəzərdə tutulub? A) Voltmetr B) Qalvanik element C) Elektrik mühərriki D) Günəş paneli
C) Elektrik mühərriki
Məsələ: Naqilin en kəsiyindən 40 saniyədə 0,2 Kl yük keçirsə, cərəyan şiddəti neçə milliamper (mA) olar? A) 5 mA B) 50 mA C) 0,005 mA D) 500 mA
A) 5 mA
Lampanın işıq saçması zamanı enerji çevrilməsi hansı ardıcıllıqla baş verir? A) Elektrik enerjisi - Mexaniki enerji B) İstilik enerjisi - Kimyəvi enerji C) Elektrik enerjisi - İstilik və işıq enerjisi D) İşıq enerjisi - Kinetik enerji
C) Elektrik enerjisi - İstilik və işıq enerjisi
Məsələ: Lampanın uclarındakı gərginlik 12 V, ondan keçən cərəyan şiddəti 2 A olarsa, lampanın müqavimətini hesablayın. A) 24 Om B) 10 Om C) 0,16 Om D) 6 Om
D) 6 Om
Cərəyan şiddətini dövrədə hansı iki üsulla tənzimləmək (dəyişmək) olar? A) Yalnız naqili dəyişməklə B) Gərginliyi dəyişməklə və ya müqaviməti dəyişməklə C) Yalnız ampermetri dəyişməklə D) Yalnız açarı qapamaqla
B) Gərginliyi dəyişməklə və ya müqaviməti dəyişməklə
Şagird iki batareyanı eyni qütblərlə (müsbəti müsbətə) birləşdirib lampaya qoşur, lakin lampa yanmır. Bunun səbəbi nədir?
Cavab: Çünki qalvanik elementlər ardıcıl birləşdirildikdə birinin müsbət qütbü digərinin mənfi qütbünə birləşməlidir ki, dövrədə cərəyan yaransın.
Şagird laboratoriya işi zamanı metal naqil, lampa, açar və cərəyan mənbəyindən ibarət qapalı dövrə yığır. O, dövrəyə ampermetri ardıcıl birləşdirir və dövrəni qapadıqda lampanın işıq saçdığını müşahidə edir. Şagird saniyəölçənlə 2 dəqiqə vaxt saxlayır və bu müddət ərzində naqilin en kəsiyindən 36 Kl elektrik yükünün keçdiyini müəyyən edir.Ampermetrin göstəricisi neçə amper olar? Nəticəni həmçinin milliamperlə (mA) ifadə edin.
Cavab: 0,3 A və ya 300 mA.
Məsələ: Mənbənin gərginliyi 3 V, cərəyan şiddəti 2 A olarsa, lampaya 1 saniyədə neçə coul enerji verilər? A) 1,5 C B) 5 C C) 6 C D) 1 C
C) 6 C
Müqaviməti 50 Om olan rezistordan 0,5 A cərəyan keçir. Rezistorun uclarındakı gərginlik neçə voltdur? A) 100 V B) 25 V C) 50,5 V D) 10 V
B) 25
Nicat laboratoriyada bir dövrə qurur. Dövrədə batareya, lampa və reostat var. O, müşahidə edir ki, reostatın sürgüsünü sola sürüşdürdükdə lampa daha parlaq yanmağa başlayır. Əgər Nicat reostatı çıxarıb yerinə eyni materialdan hazırlanmış, lakin daha nazik (en kəsiyi kiçik) bir naqil qoysa, lampanın parlaqlığı necə dəyişər?
Cavab: Naqil nazikləşdikdə müqavimət artır, buna görə də cərəyan şiddəti azalar və lampa daha zəif yanar.