"Mətbuat", "Bəstəkar", "Şair" və "alim" sözlərindən hansında saitin uzun tələffüz olunması müşahidə edilir?
[Şa:yir]
[A:lim]
K və q samitinin yazılışı və tələffüzüzü qaydasını izah et və nümunə göstər
.
Ahəng qanunu sözün yazılışına əsaslanır, yoxsa tələffüzünə?
Yazılışına əsaslanır.
Heca və vurğu nəyə deyilir?
Hecanı yaradan hansı danışıq səsləridir?
Saitlər
Samitlərin qarşılığını tap:
B,ç,ğ,y,ş,f,r,s,q,g
P,c,x,x',j,v,-,z,k',k
"O" saiti nə zaman [a] kimi tələffüz edilir?
İzah et və nümunə göstər.
Vurğusuz hecada olduqda.
Konfet [k'anfet]
Təkhecalı sözlərin sonundakı qoşa samitlərin tələffüz qaydasına əsasən, "Hiss" və "Hədd" sözlərinə samitlə başlayan şəkilçi artırdıqda nə baş verir?
"Hiss" sözündə qoşa samit saxlanılır (hiss-siz). "Hədd" sözündə isə kökdəki iki samitdən biri düşür (həd-siz).
Dəniz", "Məktəb" və "Bülbül" sözlərində ahəng qanunu gözlənilib, yoxsa pozulub? Səbəbini izah edin.
Gözlənilib. Çünki sözlərdəki saitlərin hamısı incə saitlərdir.
"Ana" sözünü sətirdən-sətirə "A-na" kimi keçirmək olarmı? Səbəbini izah edin.
Olmaz. Çünki tək bir hərfi (saiti) sətirdə tək saxlamaq və ya yeni sətirə keçirmək olmaz.
Hansı variantda qalın saitlərin hamısı iştirak edib.
A)sarı,qonaq
B)mahnı,donuz
C)futbol,ayaq
D)ilxı,aydın
B
Tələffüzü yanlış olan sözləri seç:
1.[təbi:yi] 3.[təbiyət]
2.[a:yilə] 4.[məksəd]
1 və 4
Tələffüzü doğru verilən sözləri tap
1.[Qanad]
2.[tüfənk]
3.[tank]
4.[cəfa:keş]
2 və 4
Radio+lar" və "Sait+dən" sözlərinə şəkilçi artırılarkən ahəng qanunu necə nəzərə alınır?
Sözün son saitindən asılı olaraq şəkilçi seçilir
Vurğusu ilk hecaya düşən sözləri tap
1.Türkiyə
2.mülayim
3.sanki
4.duyğu
1,3
İdarə sözünün fonetik təhlili ilə bağlı doğru fikri seç
A)[idarə] şəklində tələffüz olunur
B)keyfiyyət fərqi yoxdur
C)2 qalın 1 incə sait işlənib
D)ahəng qanununa tabedir
B
Hansı cümlədə işlənmiş mürəkkəb sözün tələffüzü zamanı sait düşməsi baş verir.
A)Məmmədağa bu gün çox yorulmuşdu.
B)İlbəil imtahan çətinləşirdi.
C)Dayıoğlu çox dəcəllik edirdi.
D)Gecəyarı qəribə səs eşitdik.
C
Hansı sözlərdə tələffüz zamanı kar samit cingiltili samitə çevrilir
A)çaqqal,ağac
B)asfalt,taxta
C)tappıltı,səyyar
D)cəfakeş,avtobus
B
Tərkibində yalnız dodaqlanan incə saitlər olan və ahəng qanununa tabe olan sözü seçin.
A) Üzüm | B) Şəhər | C) Odun
A
Vurğusu dəyişməklə mənası dəyişən sözü tap
A)səhər
B)isti
C)alma
D)maneə
C
Hansı sözlərdə kəmiyyət fərqi var?
1.işarə. 5.kəşfiyyat
2.Əliağa. 6.niyyət
3.bədii. 7.güzəştli
4.əvvəl. 8. Addım
2,3,5,7
Məntiqi ardıcıllığı tamamlayan bəndi seç
Şair,fədai,faciə,....
A)mətbuat
B)təbii.
C)əmioğlu
D)dialoq
D
Birində müxtəlif səslər eyni hərflə ifadə olunub
A)kirpi,kələm.
B)qonaq,doqquz
C)konfet,kollec
B
Məntiqi ardıcılığı tamamlayan sözləri seç
Maraqlı,adilik,məqsəd,ehtiyat,....
1.əlcək. 4.ehtimal
2.sevda. 5.iynə
3.qarşı. 6.telefon
1,3,5
Vurğusu 3-cü hecaya düşən sözü seç
A)ağacla
B)həkimdir
C)fonetika
D)maraqlı
D
Hansı sözdə həm keyfiyyət həm kəmiyyət fərqi var)
A)kəşfiyyat
B)vəsiyyət
C)komanda
D)balıqqulağı
A