Materik nədir?
Hər tərəfdən su ilə əhatə olunmuş nəhəng quru sahəsi
Litosfer nəyə deyilir?
Üst mantiya və Yer qabığı birlikdə Litosfer adlanır.
Atmosfer nədir?
Planetimizin hava təbəqəsi
Hidrosfer nədir?
Yer səthinin su sahəsi
Miqyas nədir?
Həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərən kəsr ədədinə miqyas deyilir.
Atlas nədir?
Müxtəlif məzmunlu xəritələr toplusu
Yerin daxili qatları hansılardır?
Yer qabığı, mantiya, nüvə
Atmosferin qatları;
Troposfer, Stratosfer, Mezosfer, Termosfer, Ekzosfer
Yerin su sahəsi nə qədərdir?
361 mln km2
Relyef nədir?
Yer səthinin nahamarlıqlar cəminə relyef deyilir.
Albedo nədir?
Günəş şüalarının əks olunma qabiliyyəti
Yerin inkişaf mərhələləri hansılardır?
Planetar və geoloji
Yağıntının növləri;
Yağış, qar, dolu, şeh, qırov, sırsıra
Ada və yarımadalar nədir?
Ada- hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru sahəsidir.
Yarımada - qurunun suya çox daxil olan hissəsidir.
Gözəyarı planaalmanın növləri?
Qütb və marşrut üsulları
Şəlakət nədir?
Havanın buludsuz sakit vəziyyəti
Süxurların hansı növləri vardır?
Maqmatik, çökmə, metomorfik
Atmosfer təzyiqi nədir?
Havanın Yer səthinə və oradakı bütün cismlərə göstərdiyi təsir qüvvəsi
Xəzərin sahilində yerləşən dövlətlər;
Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran
Kartoqrafik proyeksiyalar hansı qruplara bölünür?
Silindrik, konus, azimutal, çoxüzlü
Unitar dövlət nədir?
Vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyətə malik olan dövlət
Fiziki aşınma nədir?
Xarici qüvvələrin təsiri ilə süxurların parçalanması fiziki aşınma adlanır
Mütləq rütubətlik nədir?
1 m3 havada olan su buxarının miqdarı
Çay hövzəsi nədir?
Çayın qolları ilə bərabər su topladığı sahəyə su hövzəsi deyilir.
Ən çox ümumiləşdirmə hansı xəritələrdə aparılır?
Kiçik miqyaslı xəritələrdə