Ulu Öndər
Sözlər kimə
aiddir
Şəhərlər
Hökmdarlar
Memarlıq
Müqavilələr
Mədəni irsimiz
Atalar sözlərini tamamla...
Filmlərdən..
Milli kino sənəti
(Blank)
100

Heydər Əliyevin prezident seçildikdən sonra rəsmi səfər etdiyi ilk Avropa ölkəsi:

Fransa

100

"..... Ədalət və mərhəməti ilə tanınmış əxlaq yolunda hər kəsdən üstün idi. Zalımları cəzalandırmış, məzlumların rifahına çalışmış, təsərrüfatın inkişafına fikir vermiş, əsgərlərinin maaş və ərzağını müntəzəm olaraq ödəmişdir. Onun üzüyünün qaşında yazılmışdı: "Ədalətlə iş görən hökmdar, zülm edən isə həlak olar".

Qara Yusif

100

Bu şəhərdə bir Avropa səyyahı ilə qarşılaşdım. O, mənə şəhər haqqında maraqlı məlumatlar verdi. Söylədi ki, oğuz tayfalarının ən hörmətli nümayəndəsinin qəbri buradadır. Şəhər mühüm hərbi əhəmiyyətə malikdir.

Dərbənd

100

İlk dəfə Azərbaycanı vahid dövlətdə birləşdirmiş hökmdar:

Yusif ibn Əbu Sac (Yusif Sacoğlu)

100

Bu memarlıq incisi 2014-cü ildə London Dizayn muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb.Görünüşü, forması və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilib.

Heydər Əliyev Mərkəzi

100

Azərbaycan Xalq Cümhuriyyətinin imzaladığı ilk müqavilə:

Batum

100

Tarixçilərin fikrinə görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmışdır və bir neçə yüzilliklər ərzində Azərbaycan, İran, Türkiyə, Orta Asiya və digər qonşu ölkələrdə məşhur olmuşdur. Qədimdə bu oyunu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi. 

Hətda türk hökmdarlardan biri də məhz bu oyun zamanı atdan yıxılaraq ölmüşdür: 

Çovqan (Çövkən) oyunu

100

Ağılsız başın əziyyətini ....

ayaq çəkər

100

Heç hənanın yeridir?

O olmasın bu olsun

100

Film 1.

Görüş filmi

100

Musiqini qadağan etmiş Səfəvi hökmdarı:

Şah Sultan Hüseyn

100

Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi hansıdır?

“Heydər Əliyev” ordeni

100

"Bir dəfə ......... namaz qılan vaxtı qabağına imzasız bir şikayət məktubu atırlar. Məktubla tanış olan sultan Xacəni çağırıb belə deyib: "Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftiradırsa, onları bağışla və bu kimi şeylərə vaxt tapmamaları üçün mühüm işlərlə məşğul elə".

Alp Arslan

100

 "Onsuz da, qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək"

Şamaxı

100

Səfəvilər dövlətinin sonuncu hökmdarı:

III Abbas

100

Görkəmli türk şairi Nazim Hikmət bu memarlıq abidəsi haqqında belə demişdir:"Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı,təkcə bu abidəni dünyaya göstərmək bəs edərdi"

Şəki xan sarayı

100

Bu sazişlə Ağqoyunlu dövləti iki hissəyə parçalandı:

Əbhər

100

Bu oyun növü barədə məlumatlara XII əsr mütəfəkkirləri Xaqani Şirvani və Nizami Gəncəvi kimi şairlərin əsərlərində rast gəlmək mümkündür.

Azərbaycanlı şairə Məhsəti Gəncəvi ilk qadın.... hesab edilir.Yazıçı və filosof Mirzə Fətəli Axundov əsərində oyunun qaydalarından bəhs edir.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Vüqar Həşimov, Rauf Məmmədov və Eltac Səfərli bu sahədə böyük uğurlar qazanmışlar. 

Şahmat


100

Dil yanılar....

doğrusunu deyər

100

Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib

Bəyin oğurlanması

100

Film 2.

Əhməd haradadır

100

İlk üsuli - cədid məktəbinin yaradıcısı:

Seyid Əzim Şirvani

100

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən......

Onun dilidir

100

«Sən bizimsən, bizimsən durduqca bədəndə Can,

  Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».

sözləri kimə aiddir?

Məhəmməd Əmin Rəsulzadə

100

Şəmsəddin Eldənizin dövründə çiçəklənən şəhərlərimizdən birinə çevrilmişdi. Səfəvi-Osmanlı mü-haribələri bu şəhərin də taleyindən yan keçmədi. Şəhər dəfələrlə dağıdıldı, əhalisi isə I Abbasın hakimiyyəti dövründə ölkənin içərlərinə köçürüldü.

Naxçıvan

100

Ən çox soyurqal paylamış Ağqoyunlu hökmdarı:

Rüstəm padşah

100

Şəkildə gördüyünüz bu memarlıq abidəsinin adı:


Möminə Xatun Türbəsi 

100

İmzalansa da təsdiqlənməmiş müqavilə:

Peterburq

100

Ev sahibi yeni evin tikintisində evin hündür yerində özünün maddi vəziyyətindən aslı olaraq birdən-üçədək ...... bağlayırdı ki, tikinti qurtardıqdan sonra onları ustaya hədiyyə etsin.Keçmiş zamanlarda onu  yalnız kişilər hazırlayırdı. Onun hər bir naxışı bəzəklə yanaşı, özündə müəyyən bir məlumatı daşıyır, onlardan sevgini etiraf etmək, üzr istəmək olar və digər məqsədlərlə məktub kimi istifadə etmək mümkündür. 2014-cü ilin noyabr ayında UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına  daxil edilmişdir.

Kəlağayı


100

Doğru söz....

acı olar

100

Kolxozçu da deputat kimi danışır.

Əhməd haradadır?

100

Film 3

Onu bağışlamaq olarmı?

100
Koroğlu operasının müəllifi:

Üzeyir Hacıbəyov

100

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad.......

Müəllimlikdir

100

"Mərd ilə namərdin fərqi uzaq məsafəli topxana döyüşündə deyil, üz-üzə dayanıb qılınc sıyıranda bilinir!"

Şah İsmayıl

100

Bu şəhər, Səlcuq canişinliyinin mərkəzi olmuşdu. Bizans, erməni və gürcü feodallarının hədəfində olmuş, o dövrdə islam dünyası ilə xristian dünyası arasında mühüm strateji qala idi. Lakin  öncə dəhşətli zəlzələ, sonra isə   monqolların şəhəri dağıtması inkişafına mənfi təsir göstərdi.  

Gəncə

100

Həm Bizans həm də ərəblərlə diplomatik münasibətlər qurmağı bacarmış hökmdar:

Cavanşir

100

Şəkildə gördüyünüz memarlıq abidəsinin adı:


Atəşgah

100

Səfəvilərin imzaladığı ilk ən ağır şərtli müqavilə:

İstanbul

100

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Bu yalnız kollektiv fəaliyyətə əsaslanan rəqs nümunəsidir

Yallı


100

Sözün doğrusunu ....

zarafatla deyərlər

100

Yenə intelligentlər yığılacaq. Kəllə dolu, cib boş.

Qaynana

100

Film 4.

Ögey ana

100

İldırımlı yollarla baletinin müəllifi:

Qara Qarayev

100

Heydər Əliyev Bakı şəhərinin II Dünya müharibəsində oynadığı əhəmiyyətli rolun etiraf edilməsinə nail olaraq şəhərin hansı ordenlə mükafatlanmasına nail oldu?

Lenin ordeni

100

Sən mənim yolumla getsəydin və öz sülalənin (xanədanın) varisi olsaydın, onda vərəsə-lik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən, həqiqətən, mənim oğlum sayılırdın. ...Bəlkə də, mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar (malik) adını daşıyıram və mən harada olsam, yaxud mənim barəmdə harada nə danışsalar, - yenə də mən hökmdar olaraq qalıram....sən mənim oğlum deyilsən, çünki....

Babək

100

,,,,,,, şəhəri müharibələr nəticəsində dağıntılara məruz qalsa da, XVII əsrdə siyasi və iqtisadi mövqeyinə görə imperiyanın ikinci şəhəri hesab olunurdu. Şəhərin hakimləri bu əsrin sonlarına qədər Səfəvi ordusunun baş komandanı vəzifəsini də icra edirdilər.

Təbriz

100

Ağa Məhəmməd xan Qacarın yürüşü zamanı Xudafərin körpüsünü dağıtmış xan:

İbrahimxəlil xan

100

Bu qala müxtəlif dövrlərdə mühüm müdafiə istehkamı və dövlət xəzinəsinin saxlanıldığı yer olmuşdur."Kitabi-Dədə Qorqud" dastanında da möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.  

Əlincə qalası


100

E.ə.VIII əsrdə imzalanmış  müqavilə:

Sirdakka

100

Kökləri qədimlərə gedib çıxan ..... sənəti sinkretikdir. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. ..... mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, musiqi aləti və müəllif- vəhdət təşkil edirlər.

Aşıq sənəti


100

Yalan ilə dünyanı gəzmək olar....

qayıtmaq olmaz.

100

Rəşid, gülümsə. Zərifə, qızları qucaqla.

Sehrli xalat

100

Film 5.

Bəxtiyar
100

İlk milli Azərbaycan operası:

Leyli və Məcnun

M
e
n
u