Windows Commander, Norton Commander, Dos Navigator, Xtree PreGold, PC Shell və s. Bu proqramlar hansı proqram təminatına aiddir?
Örtük proqramlara
Diskin informasiya tutumunu artırmaq və informasiyanı sıxmağı həyata keçirən proqram:
Drive Space
Elektron cədvəllər proqramları
Microsoft Excel, Lotus 1-2-3, Quattro-Pro, SuperCalc və s.
İnstrumental proqram vasitələri nəyə deyilir?
tətbiqi və sistem proqramları yaratmaq məqsədilə istifadə edilir, maşının (kompüterin) “başa düşdüyü” dillərdən birində yazılır
Sistem proqram təminatı........(cümləni tamamla)
kompüterin və kompüter şəbəkələrinin işini təmin edən proqramların və proqram komplekslərinin məcmusudur.
MS DOS əməliyyat sisteminin örtük proqramı hansıdır?
Norton Commander
Nəşriyyat sistemləri hansıları
Adobe Page Maker, Corel Ventura Publisher, Quark Xpress və s.
Translyatorlar nədir?
proqramlaşdırma dillərində yazılmış proqramların maşın dilinə çevrilməsi üçün istifadə olunur, 2 yerə ayrılır:
Kompilyator - yazılmış ilkin proqramı bütünlükdə birbaşa maşın dilinə çevirir.
İnterpretator - hər bir operatoru ayrılıqda təhlil edərək, hissə-hissə maşın dilinə tərcümə edir.
Əməliyyat sistemləri nədir yüklənməsi necə aparılır
kompüterin qurğularım və kompüterdəki bütün əməliyyatları idarə edir. Kompüter ilkin açılan zaman əməliyyat sistemi BIOS vasitəsilə RAM-а yüklənir
Əməliyyat sistemi ilə qurğuların qarşılıqlı əlaqəsini təmin edən proqram necə adlanır
Drayverlər
Verilənlər bazası nədir?
strukturu konkret sxemə uyğun gələn bir-birilə əlaqələndirilmiş verilənlər yığınıdır
Proqram yüklənərkən ... yaddaşdan ... yaddaşa köçürülür.
xarici, əməli
Əməliyyat sisteminin interfeysləri hansılardı? izahlı
Proqram interfeys
İstifadəçi interfeys
Əmrli interfeys
Qrafik interfeys
Arxiv proqram adlarını sadalayın. (ən azı 5 proqram olsun)
WinZI P, WinRAR, WinAce, Hamster, PowerArchiver, IZArc, 7-Zip, ZipGenius, PeaZip
Proqram nədir?
Nizamlanmış əmrlər ardıcıllığıdır
Demo (trial) proqramları dedikdə nə başa düşülür?
hər hansı bir dizayn proqramında bütün funksiyalar işləsə də, sonda fayhn yaddaşda saxlanılması funksiyası deaktiv olub son mərhələdə sizə lisenziyanın satın alınması təkilf oluna bilər.
Sərt diskə həcmləri 305 Kb, 604 Kb və 2340 Kb olan üç fayl yazılıb. Hansı faylların ölçüsü ilə diskdə tutduğu
yer eyni olacaq?
604 kb və 2340 kb
Alqoritmik xüsusiyyətlərinə görə viruslar adlarını qeyd et (ən azı 4 virus adı )
Troyan-Kompüter tamamilə başqasının idarəsi altına keçir.
Kompanyon-Faylın çoxlu surətini yayır (içini dəyişmir). [Əsasən, MS-DOS üçün]
Parazit-Öz surətlərini yayır və diskin yükləyici bölmələrini dəyişir.
Soxulcan- Mənbəyi bilinməyən e-poçt məktubları, oyun və proqram endirmə saytlarından yoluxur. Faylları başqa şəxslərə asanlıqla göndərə bilir
Tələbə-Həvəskar tələbələrin yaratdığı, səhvləri olan primitiv viruslardır
Microsoft Office hansı tip proqrama aid edilir. (Microsoft Office -dən ən azı 5 Proqram adını söylə)
İnteqrallaşdırılmış paketlər
MS Word, MS Excel, MS Access, MS PowerPoint, MS Publisher, MS SharePoint, MS OneNote, MS InfoPath, MS Outlook, MS Project, MS Visio
Kompüterdə proqramları quraşdırılan zaman hansı fayl növündən istifadə olunur. Genişlənməsi necə olur?
İcra faylından istifadə olunur.adətən setup.exe adlı fayldan istifadə olunur