1
2
3
4
5
1

Bir aforizmdə xoşbəxtlik İKS-lə müqayisə olunur. Nə qədər onun arxasınca qaşsan da, heç bir effekt verməyəcək və o da səndən bir o qədər uzaqlaşar. İKS-i tapın.

kəpənək

Qeyd: Bir mahnıda da deyilir: "Qaçdım sənin dalınca mən"

1

Şifahi xalq ədəbiyyatımızın ən görkəmli nümayəndəsi Aşıq Ələsgər hansı 2 şeyi etmək lazım olanda böyük oğlu Bəşiri yanına çağırırdı?

Yazmağı və oxumağı, çünki Aşıq Ələsgər yazıb oxumağı bilmirdi.

1

1857-ci ildə Qrimm qardaşları tərəfindən çap edilən "Dünya xalqlarının sinlopları" kitabında hansı dastandan bir hissəyə yer verilmişdir?

Kitabi-Dədə Qorqud

1

1910-cu ildə Lənkəranda doğulmuş hansı şəxsə həsr edilmiş filmlərdən biri "Dəmir atli cəngavər" adlanır?

2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov

1

Vera Tulyakova xatırlayır ki, 12 aprel 1961-ci ildə Nazim Hikmətlə Parisdə olarkən bir çox nəşrlər onun yazdığı şeiri təcili türk dilindən fransız dilinə tərcümə edib dərc etməyə tələsirdilər. Həmin şeir kimə həsr edilmişdir?

Kosmosa ilk dəfə uçan Yuri Qaqarinə

1

Marko Polo Əfqanıstanın Sapurqan şəhərində bitən yemişlərin şirinliyini təsvir etmək üçün: "Bunun kimi"-deyir. Nə kimi?

bal kimi

1

Rejissor Həsən Seyidbəyli Yaponiyada olarkən işıqlar yanandan sonra ətrafın zibilləndiyini görüb təəssüflənir. Harada?

kinoteatrda

1

XIX əsrdə Britaniyalı qubernator onu İngiltərəyə daşımaq istəyirdi. Amma hindlilərin qəzəbindən qorxaraq bu fikrindən imtina etdi. Onun ucaldılması zamanı minə yaxın fil işlərə cəlb edilmişdir. Söhbət hansı tikilidən gedir?

Tac Mahal

1

Filosof Epikterin fikrinə görə təbiət insana danışmaqdan çox dinləməyi necə işarə edib?

İki qulaq, bir ağız verməklə

1

Azərbaycanda tapılmış ən qədim pulların üstündə Yunan tanrısı Zevslə birlikdə hansı hökmdarın da görüntüsü həkk olunmuşdur?

Makedoniyalı İsgəndər

1

Taciklər futbolda hansı mövqedə çıxış edən oyunçuları "mohofiz" adlandırırlar?

müdafiəçi

1

Heyvanlar aləmi barədə bir sənədli filmdə nə "meşənin dülgəri" adlandırılır?

ağacdələn

1

Dövlət bayraqlarında bənövşəyi rəngi çox nadir hallarda görmək olar. Amma Nikaraquanın bayrağında bənövşəyi rəng var. O da ona görsədir ki, bayraqda bu təbiət hadisəsi təsvir olunub. Hansı?

göyqurşağı

1

Bir çox Avropa mənbələrində hansı alimi Ali Boron deyə adlandırırdılar?

alim Əl-Biruni

Qeyd: Səbəb o idi ki, adı çətin tələffüz olunurdu.

1

Məhz bu hekayənin qəhrəmanı xalası üçün buz almağa göndərilsə də, yolda qonşusu ilə vuruşmaqdan özünü saxlaya bilməmişdir. Söhbət hansı hekayədən gedir?

Cəlil Məmmədquluzadənin "Buz" hekayəsi

M
e
n
u