"Məni itirməyin", "Ayrılan yollar", "Mənim rəqibim", "Dəli Kür".
İsmayıl Şıxlı
Həkimlər onun qaynadılmış suyunu on iki barmaq bağırsağın və mədə xorasının müalicəsində məsləhət bilirlər.
Kələm
Kanadanın paytaxtı məhz bu şəhərdir.
Ottava
”Ruhlar dənizi” “Əcinnələr dənizi” “Sükut dənizi” “Zibil dəniz” bu dənizin ləqəblərindən biridir. Səbəb isə onu coğrafi sərhədlərinin müəyyən edilə bilməməsidir.
Sarqass
Aleksandr Rıbak skripkanın müşayiəti ilə ifa etdiyi “Nağıl” mahnısı ilə bu müsabiqədə qalib olub.
Eurovision
"Xan çinar", "Geriyə baxma, qoca", "Söyüdlü arx", "Körpüsalanlar".
İlyas Əfəndiyev
İndiki vahidlərlə hesablandığında bu qədim ölçü vahidi 6-8 km-ə bərabərdir.
Fərsəx
Kanada konstitusiyalı monarxiyadır və ölkənin rəsmi başçısı məhz bu xanım hesab olunur.
II Yelizaveta (Böyük Britaniya kraliçası)
Onun Nobel mükafatı alması “Qoca və dəniz” povestinin sayəsindədir.
E.Heminquey
Skripka bu qədər simdən ibarətdir.
4
"Ağbulaq dağlarında", "Mehman", "Saçlı", "Şamo".
Süleyman Rəhimov
Quranı Kərimdə onun 7 qapısı Haviyə, Hütəmə, Ləza, Cəhim, Səqər, Səir və bu olduğu qeyd edilir.
Cəhənnəm
Kanadanın bayrağında məhz bu ağacın yarpağını görə bilərik.
ağcaqayın
Qeyri-dəqiq məlumata görə bu siqnalı ilk dəfə batarkən Titanik gəmisindən göndəriblər.
SOS
Bu film Firudin Ağayevin “Qardaşlar” povesti əsasında ekranlaşdırılıb.
“Skripkanın sərgüzəşti”
"Pərvanə", "Gələcək gün", "Böyük dayaq".
Mirzə İbrahimov
Tarixi su nəqliyyatı vasitələrindən biri olan bunun ən qədim nümunələri Culfa rayonunun Yaycı kəndində tapılmışdır.
Kələk
Kanada da Olimpiya oyunları 3 dəfə keçirilib. Monreal, Kalqari və 2010-cu ildə bu şəhərdə.
Vankuver
Bu rus səyyahının Asiyaboyu etdiyi səfərlər “3 dəniz arxasına səyahət” adı ilə çap edilmişdi.
Afanasi Nikitin
Tarixi hadisənin yalnışlığı ondan ibarətdir ki, Romanı yandırandan sonra Neron öz sarayında skripka çalanlara tamaşa edirmiş.
O vaxt skripka ixtira olunmamışdı
"İdeal", "Məhşər", "Tütək səsi", "Cəhənnəm".
İsa Hüseynov (Muğanna)
Bir rəvayətə görə bu şəhərin adı nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskunlaşaraq sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır.
Mərəzə (Mərəz xəstəlik sözündən)
Monrealda anadan olan bu müğənni 1997-ci ildə ekranlara çıxan Titanik filminin soundtrack-nin ifaçısıdır.
Selin Dion
Orta əsrlərdə Venesiya dojları bu dənizlə simvolik nigaha girmək haqqında tədbirlər keçirirdilər.
Adriatik
Deyilənlərə görə Antonio ilk skripkalarını Kremona şəhərindəki qırıq skamya taxtalarından düzəltməyə başlamışdı. Onun soyadını deyin.
Stradivari