Uşaq valideyn himayəsindən məhrum olursa, bu zaman uşağın qayğısına kim qalır?
Dövlət
İnsanların sağlamlıq hüququnu təmin edən orqanın adı necədir?
Səhiyyə Nazirliyi
Dövlət büdcəsində xərclər hesablanarkən hansı istiqamətlər nəzərdə tutulur?
təhsil sahəsi
səhiyyə sahəsi
mədəniyyət sahəsi
Səxavətli insan kimə deyilir?
Özlərinə aid olan şeyləri başqaları ilə bölüşməyi xoşlayırlar
Azərbaycan dövlətinin başçısı kimdir?
Prezident İlham Əliyev
İsraf nədir?
Bir şeyi lazım olduğundan artıq sərf etmək israfdır
Ölkələr arasında xüsusi bir məsələ ilə bağlı imzalanmış sənəd necə adlanır?
Konvensiya
Prezident dövləti tək idarə etmir. Bəs bu işdə başqa hansı orqanlar iştirak edir?
Milli Məclis, Nazirlər Kabineti, məhkəmə
Hüquq mühafizə orqanlarının fəaliyyəti nədən ibarətdir?
Bu orqanların vəzifəsi cəmiyyətdə qanunların və insan hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq, cinayətkarlığın qarşısını almaqdır.
Kimə şəxsiyyət vəsiqəsi verilir?
Azərbaycan Respublikasının ərazisində doğulanlar ölkənin vətəndaşı sayılır və onlara şəxsiyyət vəsiqəsi verilir.
Uşağın əsas vəzifələri hansı qanunda öz əksini tapır?
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda
Hansı əskinasın üzərində İçərişəhərin təsviri vardır?
10 manatlıq
Üzərindəki rəsmlər Qarabağ mövzusuna hər olunmuş əskinas hansıdır?
20 manatlıq
Milli Məclisdə kimlər işləyir?
Xalq tərəfindən seçilmiş deputatlar
Fövqəladə Hallar Nazirliyinin vəzifəsi nədir?
Qəzalar və təbii fəlakətlər baş verdikdə dərhal insanların köməyinə çatan bir təşkilatdır.
"Öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq "hüquqdur yoxsa vəzifə?
vəzifə
Amerikanın milli pul vahidi nədir?
dollar
Dövlət Yol Polisi (DYP) orqanının vəzifəsi nədir?
Ölkəmizin avtomobil yollarında qaydalara əməl olunmasına nəzarət edir.
Xəsis insan kimə deyilir?
Öz mal-mülkünü hüç kimlı bölüşmək istəməyən adama xəsis adam deyirlər
Vergi ödəyicisi kimə deyilir?
Dövlət büdcəsinə vergi ödəyənlərə
Qənaət nədir?
İsrafın əksidir
Uşağın fiziki və əqli sağlamlığının qorunması və möh - kəmləndirilməsi üçün onun vacib olan qida məhsulları, tibbi xidmət və s. ilə təmin olunması hansı hüquqa aiddir?
Yaşamaq hüququ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün yaradılmışdır?
Ölkəmizin təbiətini, canlılar aləmini qorumaq üçün
"Özünü faydalı fəaliyyətə hazırlamaq" hüquqdur yoxsa vəzifə?
vəzifə
Respublikamızın təhsil sahəsində fəaliyyət göstərən dövlət orqanı hansıdır?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi