METALLAR
QEYRİ-METALLAR
Canlılar aləmində
Məzəli suallar
Alimlər
100

Eramızın I yüzilliyində hər planetə bir metalın adı verirdilər. Mars-Fe (dəmir) ,Saturn -Pb (qurğuşun),Yupiter -Sn (qalay),Merkuri-Hg (civə) Günəş  və  Aya hansı metallar uyğun gəlirdi? 

Cavab: Qızıl  və gümüş

100

Partlayış,yanma,tənəffüs arasında ümumi cəhət nədir?

Cavab:Hər üç  prosesdə oksigen iştirak edir.

100

Heterotrof yolla qidalanan,anaerob mühitdə fəaliyyət göstərən,suyun,torpağın sanitar göstəricisi hesab edilən bu bakteriya növü necə adlanır?

Cavab: Bağırsaq çöpü

100

Onun uzun quyruğu hiyləgər sahibinin qar üzərində izlərini silməyə kömək  edir.

Cavab: Tülkü

100

Maddə kütləsinin saxlanması qanunu kim kəşf edib?

Cavab: Lomonosov

200

Diş emalını möhkəmlədirən element hansıdır?

Cavab: Kalsium

200

Şimşək zamanı əmələ gələn qaz hansıdır?

Cavab: Ozon

200

Insanlar tərəfindən  qədimdən becərilən,QədimMisir ehramlarındakı qəbirlərdə tapılan,dünyada əkin sahəsinə görə I yeri tutan,"Sevinc","Arzu","Ruzi" kimi sortları olan saçaqlı kök sisteminə malik bu bitki necə adlanır?

Cavab:  Buğda

200

Bu quşun oxumağa səsi olmasa da,çox gözəl quyruğu olmasına görə hamı onu tanıyır.

Cavab: Tovuzquşu

200

Qaz qanunlarından birini o kəşf edib?

Cavab: Avoqadro

300

Pirotexnikada geniş istifadə olunan metal  hansıdır?

Cavab: Maqnezium

300

Mədə şirəsinin tərkibində hansı turşu var?

Cavab:Xlorid  turşusu


300

Bir çox bitkilərin tozlanmasında rolu  olan,cəmiyyət halında yaşayan,erkək fərdləri truten adlanan ,ultrabənövşəyi şüaları görmə qabiliyyətinə malik bu cücü necə adlanır?

Cavab: Bal  arısı

300

Bu  nəhəng heyvanın burnu quyruğundan çox-çox  uzundur.

Fil

300

Kimyəvi tarazlığın yerdəyişməsinin əsasını qoyan fransız alim?

Cavab: Le-Şatelye

400

Qalayın latınca adı necədir?

Cavab: Stannum

400

Hansı yağış bitkiləri məhv edir?

Cavab: Turşu  yağışı

400

Tumurcuqlanma yolu ilə çoxalan,təbiətdə şəkər olan mühitdə rast gəlinən ,mikrobiologiya elminin tədqiqat obyekti olan bu canlı necə adlanır?

Cavab: Maya  göbələyi

400

Dənizdə yaşayan bu kələmdən dolma bişirməsək də ondan Çin,Yaponiya kimi ölkələrdə qida kimi istifadə olunur.

Cavab: Laminariya (dəniz kələmi)

400

Alman kimyaçısıdır,benzolun tsiklik quruluşunu təklif etmişdir?

Cavab: Fridrix Avqust Kekule

500

Kilsələrdə "Müqəddəs suyu" hazırlamaq üçün hansı metaldan istifadə olunur?

Cavab: Gümüş

500

Hidrogenin bərk halda olan hansı birləşməsi odda yanmır,suda batmır?

Cavab: Buz

500

İnsanda boyun inkişafına və cinsiyyət sisteminə təsir göstərən,yetkin insanlarda  fəaliyyəti aktivləşən zaman orqanların daha çox böyüməsinə səbəb olan bu vəzi necə adlanır?

Cavab: Hipofiz

500

Tərkibində çoxlu bitki zülalı olduğuna görə ona el arasında "bitki mənşəli ət " deyirlər.

Cavab: Noxud

500

Azərbaycanda neft kimya elminin əsasını qoymuşdur.Karbohidrogenlərin alkilləşməsi sahəsindəki tədqiqatlarına görə dünya onu "alkilləşmənin kralı" adlandırmışlar.

Yusif  Məmmədəliyev

M
e
n
u