Sinaps nədir
Neyronların bir biri ilə təmas yerləri
QİÇS xəstəliyinin törədicisi nədir
Cavab: Viruslar
4 yaşlı uşağın ağız boşluğunda ən az hansı diş növüdür?
Köpək dişləri
Minimum sayda neyronlar iştirak edən refleks hansıdır?
Cavab:diz refleksi
Funksional sistem anlayışı nədir və kim kəşf edib?
Orqanlar sisteminin müvəqqəti birlikdə fəaliyyət göstərməsi funksional sistem adlanır.Anoxin kəşf edib.
İnsanda eritrositlərin formasının dəyişməsi ilə yaranan xəstəlik hansıdır
Talasemiya
Hüceyrənin 2/3 hissəsini təşkil edən maddə ən çox hansı orqanda rast gəlinir
Baş beyində
İnsanda sümük toxumasında hüceyrəarası maddənin miqdarı sümük hüceyrələrinin miqdqrından neçə dəfə çoxdur?
2 dəfə
Nüvəsi olan,yalançı ayaqlara malik hüceyrələr orqanizmə düşən yad cisimləri zərərləşdirir və orqanizmi müafiə edir.Bu hansı prosesdir
Faqositoz
Bu xəstəliyin törədicisi bakteriyalar olub ,nazik bağırsağın zədələnməsinə gətirib çıxarır.Xəstəliyin əlamətləri:ishal,qarında ağrılar,ürəkbulanma,qusma,aşağı və yuxarı ətrafların qıc olması.Hansı xəstəlikdən bəhs olunur?
Cavab:Vəba
1mm3 qanda ən çox olan formalı element harada parçalanır?
Qaraciyər və dalaqda
Həzmin tam başa çatdığı,suyun çox hissəsinin qana sorulduğu orqan hansıdır?
Yoğun bağırsaq
Fibrinogen nədir
Qanın laxtalanmasını təmin edən zülaldır
Törədicisi viruslar olub ,uşaqların onurğa beyninin hərəki neyronlarını dağıdaraq,iflic edir.Bu hansı xəstəlikdir?
Cavab: Poliomelit
Ürəyin ən qalın əzələsi olan kamerası,digər kamera ilə nə vasitəsilə ayrılır?
Taylı qapaqlar vasitısilə
44 hüceyrə olan sinir toxumasında neçə hüceyrənin dendriti olar?
4 hüceyrənin
Bioloji aktiv maddələri hansı sistem hazırlayır
Cavab: Endokrin sistem
Çatışmazlığı toyuq korluğuna səbəb olan vitaminin gündəlik norması,çatışmazlığı skorbut xəstəliyinə səbəb olan vitaminin maksimum normasından neçə dəfə azdır?
Cavab:100dəfə
Düşüncəli fəaliyyətin ən ali forması olan canlıda sinir sisteminin hansı şöbəsi bağırsaqların dalğavari hərəkətini zəiflədir?
Vegetativ sinir sisteminin parasimpatik şöbəsi
Baş beyindən çıxan sinirlərin sayı hansı sümüklərin sayına bərabərdir
Qabırğaların