Uzun tələffüz edilməyən saitlər hansılardır?
ı,ü
Yazılışı və deyilişi eyni olub müxtəlif mənalar bildirən sözlər adlanır.
Omonimlər
Verilən cümlədəki xüsusi isimləri müəyyənləşdirin.
"Mübariz düşmən üzərinə cəsarətlə getmişdi"
Mübariz
Sifətin sualları hansılardır?
necə, nə cür, hansı
Birinci şəxsin təkini bildirən əvəzlik hansıdır?
Mən
Hansı sözdə uzun tələffüz edilən sait yoxdur?
heca, alim, elan, katib
heca
"Azadlıq" sözünün sinonimi hansılardır?
müstəqillik.
"Kitab" sözü hansı hallarda işlənə bilər? Tam cavabı söyləyin.
Adlıq, qeyri-müəyyən yiyəlik,qeyri-müəyyən təsirlik
Sayın hansı məna növü sifətin də sualına cavab verir?
Sıra sayı sifətin də sualına cavab verir. beşinci bina (hansı bina)
"Elə danış səni başa düşüm cümləsində" "elə" sözü hansı nitq hissəsini əvəz etmişdir?
Hərəkətə aid olduğu üçün zərfi əvəz etmişdir.
Saitlə başlayan şəkilçi və ya söz artırdıqda k y əvəzlənməsi baş verməyən sözü müəyyənləşdirin.
Külək, çiçək, malik, fələk
malik
Köhnəlmiş sözü müəyyən edin.
darğa, gündəm, janr, əppək
darğa
Ümumi isim kimi işlənməyən xüsusi ismi seçin.
Azad, Fərəh, Sevinc, Arzu, Vüqar
Azad
"İgidlərimiz qəhrəmancasına vuruşaraq torpaqlarımızı azad etdilər" cümləsində nitq hissəsi kimi sifət hansıdır?
Igidlərimiz
Fərqli olanları seçin.
o, bu, elə, belə, bütün, həmin, filan
bütün , filan
Sözün son samitinin cingiltili və ya kar olduğunu necə müəyyənləşdiririk?
Sözün sonuna saitlə başlayan şəkilçi və ya söz artırmaqla.
Kök , bir leksik və iki qrammatik şəkilçiyə uyğun gələn sözü müəyyənləşdirin.
Yazılmışdır, kitabçada, qaldırmışdır, döşəkçədə
yazılmışdır
Çıxışlıq halda olmayan sözü seçin.
Kəndən, güldən, güldan, Əlidən
Güldan
Sayın neçəə məna növü var?
iki. Miqdar və sıra
"O məni məktəbə çağırmışdı" cümləsində "O" dan sonra nə üçün vergül qoyulmamışdı ?
Əvəzlik gəldiyi üçün
Fonetik təhlil zamanı yazılış və deyiliş üzərində hansı təhlillər aparılır?
Yazılış üzərində hərflər, heca, ahəng qanunu, vurğu tapılır.
deyiliş üzərində sait və samitlər tapılır.
Eyniköklü olmayan sözü seçin.
suçu, sulamaq, sulu, susuz, sudan
Sudan
verilən sözlərdən hansını isimin hansı halında olduğunu dəqiq demək olar?
sinfin, şəkli, çiynin, fəsli
çiynin
Morfoloji üsulla yaranmayan çoxaltma dərəcəli sifəti seçin.
dümdüz, dümağ, ağappaq, gömgöy, sapsarı
Dümağ
"O binada yaşayır" cümləsində "O" əvəzliyin hansı məna növləri kimi düşünülə bilər? (durğu işarəsi qəsdən buraxılmışdır)
İşarə və şəxs