İstilik enerjisinin vahidi:
Coul
Əks səda nədir?
Səsin səthlərdən əks olunması əks səda adlanır.
Hansı səthlər səsi yaxşı əks etdirir?
Bərk səthlər
Səsin suda və havada sürəti nə qədərdir?
Səsin suda sürəti 1500 m/san,havada sürəti 340 m/san olur.
Enerjinin bir cisimdən digərinə və ya cismin isti hissəsindən soyuq hissəsinə ötürülməsidir.
Bu proses necə adlanır?
İstilikkeçirmə
Tezlik nədir?
Səs mənbəyinin 1 saniyədəki rəqsi hərəkətlərinin sayıdır.
Səsin tonu nə ilə əlaqədardır?
Səsin tonu səsin tezliyi ilə əlaqədardır.
Səsin gurluğu nə ilə əlaqədardır?
Səsin mənbəyinə ötürülən enerji ilə
Səs lokasiyası nədir?
Əks səda vasitəsilə məsafələrin təyin olunmasına deyilir.
İzolyasiya nədir?
Elektrik avadanlıqlarının metal hissələrinin dielektriklə örtülməsi
Qaynadılmış su yoxsa duzlu su elektrik cərəyanını keçirir?
Duzlu su elektrik cərəyanını keçirir.
Ardıcıl birləşmə nədir?
Ardıcıl birləşmədə batareyanın enerjisi hər iki lampa tərəfindən bölüşdürüldüyü üçün lampalar tək lampa qədər parlaq işıq saçmır.
İnsan hansı Hs,itlər,fillər hansı hers tezliyi olan səsləri eşidə bilir?
İnsan 20-20000 Hs,itlər 65000Hs,fillər 5 Hs tezliyi olan səsi eşidir.
Ultrasəs və infrasəs nəyə deyilir?
Tezliyi 20000 Hs çox olan səslərə ultrasəs,20 hersdən az olan səslər isə infrasəs adlanır.