Assurlar bu ölkəni “Manneylər ölkəsi” adlandırırdı. Professor Q.Qeybullayev qeyd edirdi ki, qədim türk xalqlarının tarixində ilk türk dövləti məhz budur. Əhalisinin etiqadlarında dirilik ağacına sitayiş xüsusi yer tuturdu. Dövlətin adını qeyd edin.
Manna
Eyvaz Zeynallının "Kəşfiyyatçılar" əsərindəki obrazların hər ikisinə də aid olan cəhət(lər) hansıdır?
Hər ikisi də kəşfiyyatçı idi. / Hər ikisinin də atası I Qarabağ müharibəsi zamanı şəhid olmuşdu.
The Adams _____ (to go) on o holiday last month.
went
Bütün meyvələri toxumca olan fəsilə hansıdır?
Mürəkkəbçiçəklilər
Endemik bitkilər nədir?
Müəyyən ərazi üçün səciyyəvi olan bitkilər
Özlərinə saki deyirdilər. Qədim yunan mənbələrində “ağ milçəklərin” yaşadığı qəribə bir yurd sahibi kimi bəhs edilir. Adlarının “oxçular” mənasına gəldiyinə inanılır. Buna səbəb hərb sənətindəki məharətləridir. Qədim türk tayfalarındadılar. Söhbət kimlərdən gedir?
İskit (İskif)
Hikmət Ziyanın "Kərgədan və qarışqa" təmsilinin əsas ideyası nədir?
Lovğalıq etməmək/ Tənbəl olmamaq / Zəhmətsevər olmaq
Təsviri incəsənətin Batal janrında nə təsvir edilir?
Müharibə səhnələri
Qaraciyər sorucusunun kirpikli sürfəsi harada əmələ gəlir?
Suda
Torpağın mexaniki tərkibinə görə hansı növləri var?
Qumlu, qumsal, gilli, gillicəli
Maqlar ölülərini heyvanlar tərəfindən parçalanması üçün qoyub getməyi onlardan öyrənmişdi. Onların adətlərində itlər də insanlar kimi qəbirlərdə dəfn edilirdi. Dəvələrə “duzlu və qurudulmuş balıq” yükləyib Ekbatan şəhərinə gətirdikləri də mənbələrdə rast gəlinir. Dünyanın ən böyük gölünün adlarından biri də bu tayfanın adı ilə bağlıdır. Söhbət hansı tayfadan gedir?
Kaspilər
"Koroğlu" dastanının "Durna teli" qolunda kimlər durna teli üçün Bağdada gedir ?
Eyvaz, Bəlli Əhməd, Dəmirçioğlu
Alim Qasımovun ifa etdiyi məhşur "Xatirədir" mahnısı hansı hadisəyə həsr edilmişdir?
Günəşli yatağında baş verən və dənizçilərin ölümü ilə nəticələnən qəzaya həsr edilmişdir.
Hər biri 10 ədəd hüceyrəyə malık ulotriks və spirogira yosununda cəmi neçə xromotofor olar?
19
Rusiya, Sibirdə yerləşən bu göl dünyanın ən şirin sulu gölüdür. 31722 km2-lik ərazini əhatə edən göl həm də dünyanın ən dərin gölüdür. Bu, hansı göldür?
Baykal gölü
İnşasına 532-ci ildə başlanan bu binanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintdə istifadə edilmişdir. Gündə min usta və on min işçinin çalşması ilə 5 il 11 ay 10 günə inşaat başa çatmışdır. Müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55- 60 metr, eni 31- 36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənmişdir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur. Səlib yürüşlərinin qarətçi xarakter daşıması bu tikilinin qarət edilməsi ilə sübut olunur. Söhbət hansı abidədən gedir?
Müqəddəs Sofiya, Ayasofya
Mirzə İbrahimovun "Azad" əsərində Azadın vəsiyyəti nədən ibarət idi?
Son anda deyir ki, mənim qəbrimi elə bir yerdə qazarsınız ki, ordan Azərbaycanın hər tərəfi görünsün.
Unicode kodlaşdırma sistemində informasiyanın həcmi 2 KB olan mətn neçə simvoldan ibarətdir?
1024 simvol
İlk dəfə urəyi olmayan (1) və ürəyə malik (2) qan damar sistemi hansı heyvan tipində əmələ gəlmişdir?
1 həlqəvi qurdlar tipi, 2 molyusklar tipi
Azərbaycanın cənub- şərq hissəsində, İranla sərhəddə yerləşən bu şəhər təbii sərvətləri və məşhur Narınçayı ilə məşhurdur. Azərbaycanda ən isti və ən soyuq temperatur burada müşahidə edilmişdir. Bu hansı şəhərdir?
Culfa
Qədim dövlət ənənəsinə görə imperatorun ordusu onunla birlikdə basdırılmalı idi. İmperatorun oğlu Xu Xay atasının ölümündən sonra böyük bir ordunu diri-diri basdırmağa razı olmadı. Beləcə simvolik bir ordu qurban verməyə qərar verdi. Əmrə görə bütün ordu gildən heykəllər şəklində hazırlanmalı və atasının qəbrinin yaxınlığında basdırılmalı idi. Beləliklə imperatorun ölümündən sonra 6 minlik gil əsgər ordusu onun məqbərəsini mühafizə etdi. Bu həmin imperatordur ki, sağlığında özünü dövlətinin “Birinci impearoturu” elan etmişdi. Söhbət kimdən gedir.
Sin Şixuandi
Nümunələrdə hansı bədii təsvir və ifadə vasitələri var? (Tam cavab)
(ardıcıllıqla) mübaliğə; təşbeh; təkrir (daha dəqiq epifora) ,inversiya
Вставить предлоги.
Врач прописал лекарства ,которые не продаются _____ рецепта.
без
120 qayıqcığa malik olan noxud bitkisinin çiçəklərində cəmi neçə sərbəst ləçək olar
360
İnsanların istifadə etdiyi yeraltı sərvətlər faydalı qazıntılar və ya mineral ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç qrupa ayrılır. Mərmər, almaz, əhəngdaşı, çınqıl mənşəyinə görə hansı mineral ehtiyatlara aiddir?
Qeyri- filiz