Ümumi dünya görüş
Ümumi dünya görüş
Ümumi dünya görüş
10

Bu səyyah dünya səyahəti zamanı okeandan keçir və burada heç bir fırtına ilə qarşılaşmadığı üçün bu okeana "X" adını verir. Siz isə portuqaliyalı olan bu səyyahı və okeanı tapın.

Fernando Magellan və Sakit okean.

10

Çinlilər kimlərin hücumlarının qarşısını almaq üçün Çin səddini tikdilər?

Hunların

10

Piramidaların dərhal yanında yerləşən bu nəhəng daş heykəlin piramidaları qoruduğuna inanılır. Siz isə bu insan başlı, şir bədənli bu nəhəng daş heykəlin necə adlandırıldığını tapın?

Sfinks

20

Döyüşlərdə istifadə edilmiş bu heyvanın 4 diz qapağı var, siz bu heyvanı tapın.

Fil

20

Dünyada elə bir yer var ki, ora milyon illərdir yağış yağmır, sizcə ora haradır?

Antarktida

20

Bu tarixi şəxsiyyət Muğan qurultayı zamanı Nadir xana qarşı çıxmışdı. Nadir xan "Şah" elan olunduqdan sonra ona qarşı çıxanları Xorasana sürgün etmişdi. Nadir şahın ölümündən sonra o geri qayıdıb özünün xanlığı yaratmışdı. Siz isə Cavanşir tayfasına mənsub olan bu xanı və xanlığı tapın.

Pənahəli xan və Qarabağ xanlığı

30

Yunan mifologiyasına görə 10 il müharibə gedir və bu döyüşdə tərəflər arasında heç kim qələbə çala bilmir. Sonra bu döyüşün gedişatını dəyişən bir hiyləyə əl atılır. İtaka kralının əmri ilə taxtadan içi boş 'X' düzəldilir. Həmin 'X' guya ilahə Afinaya hədiyyə üçün düzəldilmiş adı ilə düşmən şəhərinə daxil edilir. 'X' içəri salınandan sonra onun içindəki əsgərlər gecəyə kimi gözləyir. Hər kəs yatdıqdan sonra 'X'-in içindəki əsgərlər şəhər qapılarını itakalılara açırlar və bununla da bu dövlət süqut edir. Siz isə bu döyüş taktikasının adını tapın.

Troya atı.

30

Belə hesab edilir ki, orta əsr İslam hökmdarları coğrafiyanın inkişafına çox maliyyə ayırırdılar. Bunun səbəblərindən biri oranı daha dəqiq müəyyən etmək idi. Oranı eyni qoşa samitli sözlə deyin.

Məkkə

30

Türkiyəli Kamal Sürən 2018-ci ildə 'Change.org' saytında hansı şəhərin xəritəsinin yarasa formasına salınması ilə bağlı kampaniyaya start vermişdi?

Batman

40

Rəvayətə görə əvvəllər qəddar bir şahzadə varmış. Onun adı isə Həcər imiş və o qəddarlığı təkcə insanlara yox, heyvanlara da edirmiş. O bir dağın başından öküzləri yerə atdırarmış. Siz isə həmin hadisələrin baş verdiyi ərazini tapın.

Kəlbəcər

40

Hesab olunur ki, bina 'donmuş dalğa'ya yaxud kosmik aparata bənzəyir, mən daha çox çarpayıdan düşmüş odayala yaxud daşan südə oxşadıram. 'Səyahət' verilişinin aparıcısı bu sözləri hansı paytaxt şəhərdə yerləşən tikili üçün deyib? Siz isə şəhəri və tikilini tapın.

Bakı, Heydər Əliyev Mərkəzi

40

Əvvəllər keşişlər tez-tez deyirdilər ki, yaxşı xristianın gizlədəcək heç nəyi yoxdur. İndi də hollandiyalıların evlərində 'X' olmur. X-i tapın.

Pərdə

M
e
n
u