Hansı cümlədə bütün sözlər deyildiyi kimi yazılmışdır?
a) Kansert gözlənildiyindən də maraxlı keçdi.
b) Ordumuz vətənin müdafiyəsinə hazırdır.
c) Uşaxlar məllimi həyacannan dinnədi.
c) Uşaxlar məllimi həyacannan dinnədi.
Hansı bənddəki sözlərin deyilişi zamanı «v» samiti tələffüz olunmur?
a) vətən, səxavət, davakar
b) dovşan, növbə, bənövşə
c) divar, zirvə, zavod
b) dovşan, növbə, bənövşə
Hansı nəzmlə yazılmış mətnlərə aid ola bilməz?
a) misra b) abzas c) bənd
b) abzas
Saitdən sonra qoyulan iki nöqtə nəyi bildirir?
a) uzun tələffüz olunduğunu
b) qısa tələffüz olunduğunu
c) incə sait olduğunu
a) uzun tələffüz olunduğunu
Hansı atalar sözü qafiyəlidir?
a) Gözəllik ondur, doqquzu dondur.
b) Ağacı qurd içindən yeyər.
c) Yağışdan çıxıb yağmura düşdük.
a) Gözəllik ondur, doqquzu dondur.
Ad bildirən hansı sözə -daş və -çu şəkilçilərini artırdıqda yeni söz yaranır?
a) odun
b) yol
c) qar
b) yol
Hansı sırada iki «y» samiti ilə yazılan sözlər verilir?
a) layihə, səyahət, kinayə, tərbiyə
b) səviyə, mədəniyət, niyət, xasiyət
c) ehtiyat, qaya, tərcümeyi-hal, Türkiyə
b) səviyə, mədəniyət, niyət, xasiyət
Hansı sıradakı sözlər yazıldığı kimi deyilir?
a) zənbil, çovğun, çəyirtkə
b) şəhər, küçə, eyvan
c) prospekt, konservatoriya, məktub
b) şəhər, küçə, eyvan
Verilmiş sözlərin hamısına aid olan hansıdır?
Qarışqa, günəş, sahil, durna
a) Deyilişi ilə yazılışı fərqlənmir.
b) Üç hecadan ibarətdir.
c) Vurğu ilk hecaya düşür.
a) Deyilişi ilə yazılışı fərqlənmir.
Sait səsləri samitlərdən fərqləndirən əsas cəhət hansıdır?
A) Tələffüz zamanı dil hərəkətsiz olur.
B) Dodaq iştirak etmir.
C) Ağız boşluğundan sərbəst çıxır.
C) Ağız boşluğundan sərbəst çıxır.
Hansı sözdə üç qalın sait var?
A) könüllü
B) futbolçu
C) dondurma
B) futbolçu
Hansı sırada dodaqlanan sait yoxdur?
A) a, u, ı
B) o, e, ü
C) ə, i, ı
C) ə, i, ı