2-ci Qarabağ müharibəsi neçə gün çəkmişdir?
44
Əgər mənim düşüncələrimdəki ədədi 5 dəfə artırıb, 7 çıxsaq, nəticə 23 olur. Mənim düşündüyüm ədəd hansıdır?
6 (Çünki 5 × 6 - 7 = 23)
Hər zaman artıram, amma heç vaxt azalmıram. Mən nəyəm?
Yaş
Hansı məşhur Azərbaycan şairi "Leyli və Məcnun" əsərini yazıb?
Nizami Gəncəvi
Su hansı temperaturda donur?
0°C
Hansı heyvanlar qış yuxusuna yatır?
Ayılar
Amerikaya ilk ayaq basan məşhur səyyah kim idi?
Xristofor Kolumb
Dünyanın ən böyük okeanı hansıdır?
Sakit okean
Bu günlərdə ölkəmizdə keçirilən tədbirin adı nədir və nə haqqındadır?
Tədbirin adı KOP-29 və Ekologiya haqqındadır.
Bir məktəbdə 600 şagird var. Onların 30%-i futbol oynayır. Futbol oynayan şagirdlərin sayı neçədir?
180 şagird (600 × 0,3 = 180)
Bir qayıqda üç nəfər var və onlar suya tullanırlar. Amma sudan yalnız iki nəfər çıxır. Bu necə mümkündür?
Üçüncü nəfər suda boğulub.
Hansı xarici yazar "Romeo və Cülyetta" əsərinin müəllifidir?
Vilyam Şekspir
Günəş sistemindəki ən böyük planet hansıdır?
Yupiter
Delfinlər hansı canlı növünə aiddir?
Məməlilər
Napoleon Bonapartın dövründə hansı ölkə Avropada geniş əraziyə hakim idi?
Fransa
Hər iki yarımkürədə əraziyə malik olan yeganə qitə hansıdır?
Afrika
Şuşanın azad edildiyi və Zəfər günü olaraq qeyd edilən günün tarixi? (gün/ay/il)
8 Noyabr 2020
Əgər bir qutuda 100 şar var və şarların 30%-i qırmızı, 40%-i yaşıl, qalanları isə mavidirsə, qutuda neçə mavi şar var?
30 mavi şar (Çünki qalan 30%-i mavidir: 100 × 0.3 = 30)
Sizin olan, amma başqalarının sizdən daha çox istifadə etdiyi şey nədir?
Adınız
"Ələddinin Sehrli Çırağı" hansı əfsanəvi kitabda yer alır?
"Min Bir Gecə Nağılları"
Hər hansı bir cisim təbiətdə hansı şərtlərdə "çəkisiz" halda olur?
Cazibə qüvvəsi sıfır olduqda
Azərbaycana yuxarıdan baxıldığı zaman hansı heyvana oxşadılır? Bu həm də, bəzi mənbələrdə ölkəmizin milli heyvanı olaraq da adlanır.
Qartal
"Soyuq Müharibə" əsasən hansı iki ölkə arasında baş verib?
ABŞ və SSRİ
Ən çox əhalisi olan ölkə hansıdır?
Çin
Son illərdə ölkəmizdə dəfələrlə keçirilən, dünyanın ən bahalı idman növü olan yarış hansıdır?
Formula 1
Bir qutuda 40 ədəd qələm, digər qutuda isə onun yarısı qədər az qələm var.Bütün qələmlərin yarısının yarısı nə qədərdir?
15 (40+20=60:2=30:2=15)
Bir bankada 5 dənə alma var. Beş uşağın hər birinə bir alma verirəm, amma bankada hələ də bir alma qalır. Bu necə mümkündür?
Sonuncu uşağa alma ilə birlikdə banka da verilir.
"Balaca Şahzadə" əsərində Balaca Şahzadə hansı planetdən gəlir?
Asteroid B-612
Sürtünmə qüvvəsi daha çox hansı iki material arasında olur: metal-metal yoxsa metal-taxta?
Metal-taxta
Qütb ayılarının dərisinin hansı rəngdə olduğunu bilirsinizmi?
Qara
"Roma İmperiyası"nın paytaxtı hansı şəhər idi?
Roma
Dünyanın ən hündür dağı olan Everest hansı ölkədə yerləşir?
Nepal
2-ci Qarabağ müharibəsinin başlamağında və millət olaraq ruh birliyində böyük rolu olan şəhid Generalımızın adı nədir?
Cənab General Polad Həşimov
Bir sinifdə olan şagirdlərin 60%-i riyaziyyat dərslərindən 5 alıb, qalanları isə 4 alıb. Əgər ümumilikdə 40 şagird varsa, riyaziyyatdan 4 alan şagirdlərin sayı neçədir?
16 şagird (40 × 0.6 = 24 şagird 5 alıb, qalan 16 şagird isə 4 alıb)
Beş nəfər yarışda birinci, ikinci, üçüncü, dördüncü və beşinci yerləri tutur. Hər kəs fərqli bir yerdədir. Əli İsmayılın önündədir, Məmməd isə İsmayıl və Kamranın arxasındadır. Kamran Əli və İsmayılın arxasındadır. Birinci kimdir?
Əli
“Qulliverin səyahətləri” əsərində Qulliver hansı cırtdanlar ölkəsinə düşür?
Lilliput
Hansı element havanın əsas komponentidir?
Azot
"Migrasiya" nədir və hansı heyvanlar buna nümunədir?
Heyvanların müəyyən mövsümlərdə kütləvi olaraq köç etməsidir; quşlar, balinalar və s.
İlk dünya müharibəsi hansı illərdə baş verib?
1914-1918
Avstraliya qitəsinin paytaxtı hansı şəhərdir?
Kanberra