Hansı qonur yosunu "dəniz kələmi" adlandırırıq?
Laminariya
Hansı parazit göbələyin çoxillik meyvə cismi at dırnağına bənzəyir?
Qov göbələyinin
Buğumayaqlılar tipinin hansı nümayəndəsində qarıncıq buğumsuzdur?
Xaçlı hörümçək
Xordalılar tipinin hansı sinfində burun dəlikləri tənəffüs prosesində iştirak etmir?
BALIQLAR
Şəbbugülü örtülütoxumlular şöbəsinin hansı fəsiləsinə aid olan bəzək bitkisidir?
Xaççiçəklilər
Avtotrof bakteriyalardan hansı ətraf mühitə oksigen xaric edir?
Sianobakteriyalar
Daha mürəkkəb davranışa malik olan və əksəriyyəti ictimai həyat tərzi keçirən həşaratlar hansı dəstəyə aiddirlər?
Pərdəqanadlılar və ya zarqanadlılar
Sümüklü balıqların hansı dəstəsində yan xətt orqanı olmur?
Siyənəklərin
Çılpaqtoxumlulara aid olan hansı bitki enliyarpaqlara malikdir?
Ginqko
Paxlalı bitkilərin köklərində simbioz şəkildə yaşayan hansı bakteriyalardır?
Yumrucuq bakteriyaları
Neçəsində zəhər vəzisi var?
adi böv,qara əqrəb,tarantul, xaçlı hörümçək, boz əqrəb
4
Gözləri olmayan qəlsəmə tənəffüsü edən amfibi
Protey
Niyə şam ağaclarının budaqları aşağıdan quruyur?
Kölgəyə davam gətirmədiyi üçün.Çünki o işiqsevən bitkidir
Hansı göbələyə təbiətdə şəkər olan mühitdə rast gəlinir?
Maya göbələyinə
Qanı qazlar mübadiləsində iştirak etməyən canlılar hansı sinfə daxildirlər?
Həşəratlar
Qurbağada döş qəfəsi yaransaydı onun çiyin qurşağı neçə ədəd sümükdən təşkil olunardı?
6