"Hansı?..."
Cümlədə buraxılmış söz
3-dən 1-i
Situasiyalar
Məntiqi uyğunluq
100
- Liderlik, məsuliyyətlilik, laqeydlik və s.

- irsən və ya sonradan qazanıla bilməsi
- formalaşmasında sosial amillərin əsas rol oynaması

Gördükləriniz hansı terminlə assosiasiya edilə bilər?

Xarakter

100

"Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi ...."

Cümlədə nöqtələrin yerində hansı söz buraxılıb?

 

istedaddır.

100

Biri yuxunu pozan amillərdən deyil:

a) daxili orqanlardan gələn siqnallar
b) gün ərzində az hərəkət etmək
c) ən azı 2 saat əvvəl yemək yeyilməsi

c) c) ən azı 2 saat əvvəl yemək yeyilməsi

100

Rəsul sabahkı tədbir üçün C.Cabbarlının "Ana" şeirini əzbərləyir.

Gördüyünüz fakt məlumatın yaddaqalma xüsusiyyətinə görə hansı yaddaş növünə aid edilməlidir?

İradi yaddaş

100

Məntiqi uyğunluq gözlənilməyib:

a) şərtsiz refleks - səmt refleksi
b) xolerik -küsəyən
c) obrazlı yaddaş - yazı stilinə baxaraq insanları tanımaq

b) xolerik -küsəyən

200

Yuxugörmə zamanı beynin hansı hissəsində sinir hüceyrələrinin fəaliyyəti artır?

Ənsə payı

200

"Səhərə yaxın ... müddəti artaraq 20–30 dəqiqəyə çatır."

Cümlədə nöqtələrin yerində hansı 2 söz buraxılıb?

tez yuxunun

200
Bir rəsm əsərində əsas personaj əlini çənəsinə dayayaraq kədərli şəkildə düşünür. Rəsmin adını təxmin edin:


a) Fleqmatika
b) Melanxoliya
c) Xolera

b) Melanxoliya

200

Günel "bu gün biologiya dərsində hansı mövzunu keçdiniz?" sualına zarafatca "hissələrin müəyyən nisbəti" cavabını verdi.


Bəs əslində Günel hansı terminə eyham vurmuşdu?

Temperament

200

Məntiqi uyğunluq gözlənilib:

a) Tez yuxu fazası - Yuxu görən şəxs dinozavrla döyüşür.
b) Yuxu - İnsan həyatının təxminən 10%-i
c) Həddən artıq yuxu - qarabasmalar

a) Tez yuxu fazası - Yuxu görən şəxs dinozavrla döyüşür.

300

Emosiyalar beynin hansı hissəsi ilə idarə olunur?

Alın payı

300

"Anadangəlmə davranış reflekslərinin daha mürəkkəb forması ... adlanır."

Cümlədə nöqtələrin yerində hansı söz buraxılıb?

instinkt

300

Yazılı nitqin formalaşmasında iştirak edir:

a) alın və gicgah payı
b) təpə və gicgah payı
c) təpə və alın payı

b) gicgah və təpə payı

300

Cavid axşam saat 22:00-da yuxuya gedib. Normal şəraitdə saat 23:05-də Cavid yuxunun hansı fazasında olacaq?

Ləng yuxu fazası

300

Biri məntiqi assosiasiyasını pozur:

a) alın və gicgah payı, eləcə də ara beyinin iştirakı
b) 50 yaşdan sonra zəifləmə
c) latın dilindən tərcümədə "sarsılmaq, həyəcanlanmaq" mənasını vermək
d) istənilən vəziyyətdə qan təzyiqi və ürək ritmlərində dəyişiklik

b) 50 yaşdan sonra zəifləmə

Digər bəndlər emosiyalara aiddir. Sözügedən bənd isə yaddaşla assosiasiya edilir.

400

Həmişə qapı açılarkən banan verilən meymun bu dəfə qapı açılarkən qəfildən zəng çalınan telefona baxdı.

Meymunda hansı müşahidə oluna bilər?
a) xarici tormozlanma
b) daxili tormozlanma
c) müvəqqəti əlaqənin qırılması

a) xarici tormozlanma

400

"İnsan həyatı boyu yeni hərəki bacarıqlara yiyələnməsi nəticəsində yeni davranış formaları əldə edir.  Belə reflekslər ..... adlandırılır."
Gördüyünüz mətndə nöqtələrin yerində buraxılmış söz və ya sözləri bərpa edin.

vərdişlər və ya avtomatlaşmış fəaliyyət

400
Düzgün variantı seçin:


a) Kamal uşaq yaşlarından musiqi məktəbinə yazılaraq tarda ifa etməyi öyrənib - Qabiliyyət
b) Habil 5 saniyə ərzində 4 rəqəmli ədədlərlə riyazi əməllər həyata keçirir - Xarakter
c) Statistika göstərir ki, əsasən "Real Madrid" klubunun fanatları bir müddət sonra ispan dilini öyrənməyə başlayırlar - İradə

a) Kamal uşaq yaşlarından tarda ifa etməyi öyrənib - Qabiliyyət

400

Şirkətə yeni gəlmiş müdir ilk günlərdən hamı ilə hal-əhval tutur, qeyri-iş günlərində işçilərlər birlikdə şəhər mərkəzində vaxt keçirmək üçün təşəbbüs göstərir və iş zamanı hər şey barədə məlumatlı olmağa çalışır.

Müdirin temperament tipini müəyyən edin.

sanqvinik

400

Məntiqi uyğunluq gözlənilib:

a) Rene Dekart - temperamentlər
b) Qalen - yaddaş
c) İvan Pavlov - refleks

c) İvan Pavlov

"Refleks" termini elmə Rene Dekart gətirsə də, İ.Pavlov şərti reflekslə əlaqədar təcrübələri ilə tanınır.

500

Həkim ağır qəza keçirən Məhəmmədin valideyninə Məhəmmədin beyin qabığının .... və ..... paylarının zədələndiyini qeyd edərək pasientin yaddaşının itə biləcəyini qeyd edir.
Cümlədə nöqtələrin yerində hansı iki müxtəlif söz buraxılıb? 

alın, gicgah

500

"Təfəkkür əməliyyatı olan "mücərrədləşdirmə" ..... əsasında həyata keçirilir və bir əlamətin digərlərindən ayrılmasını özündə ehtiva edir."

Cümlədə nöqtələrin yerində buraxılmış sözü bərpa edin.

analiz

500

"İmpulslar neyronlardan nə qədər çox keçərsə, iz daşıyan xüsusi maddələr bir o qədər çox yaranır."

Gördüyünüz nəyi izah edir?

a) insanda şərti refleksin yaranması üçün zamanın önəmi
b) yaddaşın möhkəmləndirilməsi üçün təkrarın önəmi
c) insanlarda hər hansı qabiliyyətin yaranması üçün praktikanın önəmi

b) yaddaşın möhkəmləndirilməsi üçün təkrarın önəmi

500

Arif hazırda həkim olaraq çalışır. Arif məktəbi 15 il əvvəl bitirsə də, bir gün kabinetinə daxil olan biologiya müəllimini görəndə yenə də ayağa qalxdı.
Bu situasiyaya aşağıdakılardan hansı uyğun ola bilər:

a) Davranışın şərti reflekslə idarə edilməsi
b) Davranışın daxili tələbatla idarə edilməsi
c) Davranışın şərtsiz reflekslə idarə edilməsi

a) Davranışın şərti reflekslə idarə edilməsi

500

Məntiqi uyğunluq gözlənilməyib:

a) Nitq - ikinci siqnal sistemi
b) sağaxay insanlarda nitq - sol yarımkürənin alın payı
c) meymunun bambuk çubuqları ilə bananı götürməsi - təfəkkür
d) "Fanta" sözü eşidilərkən beyinə "qazlı, rəngli maye" siqnalının verilməsi - analiz

c) meymunun bambuk çubuqları ilə bananı götürməsi - təfəkkür

M
e
n
u