Asiyada sampana əyləşdiyiniz zaman hərəkət növü: suda, quruda, havada
Suda
Vətəni Seyşel adaları olub rəngini dəyişə bilən kərtənkələlər
Buqələmun
Özünün milyardlarla sikkəsinin birincisini ayaqqabı təmizləməklə qazanan Disney qəhrəmanı
Scrooge McDuck
Çinlilərin əvvəlcə səyahət üçün deyil, fengshui qaydalarına uyğun olaraq mebel yerləşdirmək məqsədilə istifadə etdikləri cihaz
Kompas
Harry Potter haqqında romanlar silsiləsinin ilk kitabı. Təbii ki, belə başlayır: "Harry Potter və ..."
Fəlsəfə daşı
Növlərindən biri "əjdaha quyusu" adlanan çay növü: yaşıl, qara, meyvəli
Yaşıl
Dəniz suyu rəngində qiymətli daş. Ötən əsrin əvvəlində 18 kq ağırlığında belə bir daş tapmışdılar
Akvamarin
Özlərini ayaskime, yəni qarda gəzmək üçün ayaqqabı tikən adlandıran şimal xalqı
Eskimos
Bu və ya digər ölkəyə rəsmi giriş hüququnun təsdiqi. Amma Qətər üçün artıq bizə lazım deyil
Viza
Urolitiazis xəstəliyinin xalq arasındakı adı
Böyrək daşı
Olimpiyaçı Rudolf Bauerin yanlışlıqla azarkeşlərə atdığı idman aləti, yaxşı ki, dəymədi: nizə, kürə, disk
Disk
Xokkey meydanını 2 yerə bölən xəttin rəngi
Qırmızı
Baldan sonra ayaqqabısını itirən nağıl qəhrəmanı
Küllücə
B&B tipli ucuz mehmanxanalarda sizə göstərilən iki xidmət. Səyahət edən tələbəyə daha nə lazımdır?
Bed and breakfast
Dəniz üzərində tikilmiş ilk şəhər məhz belə adlanır
Neft daşları
Hindistana ən yaxın arxipelaq: bermud, maldiv, qrenadinlər
Maldiv
Orqanizmdə həddən çox beta karotin olduqda insan dərisinin ala biləcəyi rəng
Sarı
İctimai TV-də "Sadəcə şarm verilişdir" başlıqlı veriliş
Dikdaban
Su təchizatı pis olan ölkələrə səyahət zamanı "A" tipinə qarşı peyvəndləmə vacib olan xəstəlik
Hepatit
Çinlilərin fikrincə, nefrit daşının tanrılara verdiyi xüsusiyyət. Bu inamın artıq bir neçə min il yaşı var, ona görə də həqiqət ola bilər
Ölümsüzlük
Bir zamanlar Əfrasiyab Bədəlbəylinin aparıcılıq etdiyi veriliş: Rok saatı, Muğam saatı, Klassik musiqi saatı
Muğam saatı
Okaberin "Cəddin dədən" Osmanlı marşının da səsləndiyi mahnısında ayın rəngi
Boz
Rus dili lüğətində tatar sözü adlanıb "ayağın pəncəsinə qabaq və arxa hissədən, altlıqdan ibarət ayaqqabı" kimi izah edilən söz
Başmaq
Göyərtilərində yadplanetlilər üçün qızıl valda yazılmış muğam nümunələri olan iki "səyyah"
Voyager
Türk adını qoruyub saxlamış Belqradın mərkəzi meydanı. Bu yaxınlarda Osmanlı imperiyasının bu irsi Azərbaycan tərəfindən bərpa edilib
Daş meydan