Gümüşü mövzu
Arılar
Planetlər
Metallar
Saitləri A
20

Pakistanın Sialkot şəhərində Avropa mətbəxi restoranının adı. Qəribədir, "tripadvisor"da olan şəkillərdə çəngəlləri də görmək olar

Gümüş qaşıq(lar)

20

Arı olduğunuzu təsəvvür etsək, ayaqlarınızın sayı

6

20

İohann Keplerin tədqiq etdiyi planet. Nəticədə alim planetlərin hərəkət qanunlarını işləyib hazırladı 

Mars

20

Dərbənd şəhərinin ləqəbində məhz bu metalın adı çəkilir

Dəmir

20

Kubanın paytaxtı 

Havana

40

Sehrli gümüş olan mifrili təsvir edən yazıçı. Möhkəm və deşilməz mifril zireh dəfələrlə Frodonun həyatını xilas etmişdi

Tolkien

40

Mayya hindlilərinin sahibi ilə birgə dəfn etdikləri konstruksiya. Arılar sahibinə səmaya qalxmağa kömək etməli idilər

Pətək

40

2200 il əvvəl Eratosfen tərəfindən ekvatorunun uzunluğu 15% xəta ilə hesablanmış planet

Yer kürəsi 

40

Palıadiumla ərintisi zərgərlər tərəfindən ağ qızıl adlandırılan metal

Qızıl

40

Kor xəlifənin ağası olduğu İraqın şəhəri

Bağdad 

60

Bahalı alış-veriş mərkəzi olan və adı "gümüş zərbxana" anlamını verən Ginza rayonunun yerləşdiyi paytaxt 

Tokio

60

Ticarət markalarından biri arı olan moda evi

Gucci

60

Çoxsaylı peyklərə malik planet. Onlardan üçü Yelena, Diona və Polidevk eyni orbiti bölüşürlər

Saturn
60

Dəmir və onun qarışıqları istisna olmaqla bütün digər metallara şamil olunan beş hərfli sifət

Əlvan

60

Açılış və qapı anlamını verən fars sözlərindən yaranmış söz

Darvaza

80

Gümüş oksidin ammonyak həllindən gümüşün bərpa edilməsi. Bu yolla fruktozanı qlükozadan ayırd etmək olar: fruktoza onu dəstəkləmir

Gümüş güzgü reaksiyası

80

Apitoksinin digər adı

Arı zəhəri 

80

2006-cı ildəki məlum hadisədən sonra Günəş sisteminin sonuncu planeti

Neptun

80

Tacikistan ixracatının üçdə birini təmin edən metal. Bununla "Talko" dövlət şirkəti məşğuldur

Alüminium 

80

Plutarxın "mədəni və savadlı adam" adlandırdığı frakiyalı qladiator

Spartak

100

"Ağazəki, gör Reyqan nə deyir" sözlərinə Həsənağa Turabovun qəhrəmanının "Ə, qələt eləyir!" dediyi film

Gümüşgöl əfsanəsi

100

İşğaldan azad olunan və 2021-ci ildə çoxlu bal tədarük edilən iki rayonumuz

Laçın və Kəlbəcər 

100

Veneranı çox isti planetə çevirən effekt. Hamısı qatı atmosferinin sayəsindədir

İstixana effekti

100

Atom nömrəsi 94 olan və həmçinin metal sayılan maddə. Sadəcə olaraq radioaktiv və zəhərlidir

Plutonium

100

"Bilmədik hardan gəldi, ətdən, sümükdən gəldi, oraqla ha doğradıq, təzədən bir də gəldi" tapmacasının cavabı 

Saqqal

M
e
n
u