Meydançasında 18 oyuq olan topla oyun
Qolf
1662-də Molyerin yazdığı komediya. Bir il əvvəl "kişilər məktəbi"ni yazmışdı
Qadınlar məktəbi
İlk afrika caz operasına ad vermiş nəhəng meymun. Maraqlıdır, caz hara, meymun hara?
Kinqkonq
Hərənin öz payı, Kəllə, mənim sevimli dəlim kimi tamaşalarda çıxış edən bu aktyorumuzun həm də rejissorluq karyerası mövcuddur
Yaşar Nuri
Fransız akademiki olmazdan öncə Rusiya akademiki olan misirşünas
Şampolyon
Tibet xalqı olan Baltilərin dilindəki "pulu" sözündən əmələ gələn və ən azı iki idman növünün adına daxil olan söz
Polo
Hun Şam Yuya qarşı mübarizə aparan çinli cizgi film qəhrəmanı
Mulan
Karl Marksın sözlərinə görə meymunun ilk əmək alətini düzəltmək üçün istifadə etdiyi iki əşya. Əlinə başqa nə keçə bilərdi ki?
Daş və ağac
Hind kinosunu sevən hər kəsin yaxşı tanıdığı iki bacı. Filmin rejissoru daha az məlumdur
Zita və Gita
Darvazasının qarşısında akademik Zahid Xəlilov və Bəxtiyar Vahabzadənin görüşdüyü universitet
BDU
Adidas şirkətinin ilk dəfə Argentinada keçirilən dünya çempionatında oynanılan topuna adını vermiş rəqs
Tanqo
XIX əsrdə qadınlar üçün krım tatar maarifçisi İsmayıl Qasprinski tərəfindən nəşr edilən qəzetin qısa adı. Qadınlar üçün jurnal "Aləm-i Nisvan" adlanırdı
Qadın
Vegetarian dietası ilə kifayətlənməyərək kiçik heyvanları ovlayan meymun
Şimpanze
Rejissor Devid Finçerin Bamboleo klipinin iki versiyasını çəkdiyi musiqi qrupu
Gipsy Kings
Milli Oftalmologiya mərkəzi məhz bu akademikin adını daşıyır
Zərifə Əliyeva
Neysmitbol adlandırılması istənilən idman növü. Lakin Ceyms Neysmit bu təklifdən imtina etmişdi
Basketbol
1997 qardaşı Cianninin ölümündən sonra moda evinə rəhbərlik etməyə başlamış Donatellanın soyadı
Versace
Kembricin fəxri doktoru adını alan zaman tələbələri tərəfindən oyuncaq meymun bağışlanan alim
Çarlz Darvin
Sinif yoldaşı gələcək bəstəkar Ennio Morrikone olan rejissor. Məktəb dostluğu bax belə önəmlidir.
Serco Leone
Məhz bu şəxs 1967-71-ci illərdə Azərbaycan SSRİ Ali sovetinin sədri olmuşdur
Mustafa Topçubaşov
Türk qadın yığması Filenin Sultanları adlanan oyun
Voleybol
2016-da Azərbaycana bürünc medal qazandıran Patimat Abakarovanın doğulduğu Dağıstan şəhəri
Mahaçqala
Makedoniyalı İsgəndərin meymunun insnaa çox bənzədiyini hesab edən müəllimi. At kimi gözəl olmasa belə
Aristotel
Xatirə lövhəsində, təəssüf ki, ikinci tarix 2006-cı il yazılan görkəmli rejissorumuz
Rasim Ocaqov
Sovet akademiki çerikover tərəfindən layihələndirilən beşmərtəbə tipli yaşayış evi tipi. Hesab olunurdu ki, 45 kvadrat santimetr sahədə yuyunmaq olar
Xruşovka