Coğrafiya
Kimya
Fizika
Biologiya
Fənlərin inteqrasiyası
100

And dağlarını, Orinoko,Amazon çaylarını,Kotopaxi, Çimbaraso vulkanlarını öyrənən, bitki coğrafiyasının əsasını qoyan təbiətşünas alim kimdir?


Aleksandr Humbolt

100

Parçaların ağardılması üçün hansı elementin birləşmələri istifadə olunur?


Xlor elementi (Cl)

100

İstilikvermənin hansı növündə maddə daşınması baş verir ?

Yalnız konveksiyada

100

Bəzən qorxduqda və ya həyəcanlandıqda əllərimiz tərləyir, ürəyimiz sürətlə döyünür. Bu reaksiyaya səbəb olan orqan və ya sistem hansıdır? 

Sinir sistemi və endokrin sistem – xüsusilə, beyin və böyrəküstü vəzilər ( adrenalin hormonu ifraz olunur).

100

Nə üçün qar yağdığı zaman yollara duz səpilir ?

Duz suyun donma temperaturunu aşağı salır

200

Himalay dağları hansı litosfer tavalarının toqquşmasından yaranmışdır?


Avrasiya və Hind Avstraliya

200

Qarışıq anhidrid adlanır, qonur rəngli qazdır, suda məhlulu lakmusu qırmızı rəngə boyayır. Söhbət hansı maddədən gedir?


Azot dioksid və ya azot(IV)oksid (NO2)

200

Kulon təcrübələrində sükunətdə olan yüklü hissəciklərin qarşılıqlı təsir qüvvəsini ölçmək üçün hansı cihazdan istifadə edilir?

Burulma tərəzisi

200

Məşhur idmançı zədə aldıqdan sonra hərəkətlərində koordinasiya pozğunluğu yaranır. Həkimlər zədənin beynin müəyyən bir hissəsinə təsir etdiyini deyirlər. Sual: Bu pozğunluq  baş beynin hansı şöbəsinin zədələnməsi ilə bağlı ola bilər? 

Bu vəziyyətdə idmançının hərəkət koordinasiyasında problem yaranıbsa, beyincik zədələnmiş ola bilər. Zədələnməsi zamanı insanın addım atması, qaçması, əllərinin və barmaqlarının dəqiqliklə hərəkət etməsi çətinləşir. Qısa şəkildə -beyincik

200

Onun fikrincə atom “üzümlü keksə” bənzəyir. O, keksin “xəmir”ini müsbət yüklər, mənfi yüklü elektronları isə “üzüm”ə bənzədirdi. Söhbət hansı alimdən gedir?


Britaniyalı fizik Cozef Tomson

300

Azor antisiklonu sahəsindən ölkəmizə daxil olan bu hava kütləsi il ərzində temperaturun azalmasına, yağıntıların artmasına səbəb olur.


Mülayim dəniz

300

22Ti elementinin dövri sistem cədvəlində mövqeyini, yəni dövr və qrupunu müəyyən edin.


4-cü dövr, 4-cü qrup ,əlavə yarımqrup

300

-4 nKL və 12 nKL yükə malik eyni radiuslu iki kürənin toxunduqdan sonra hər birindəki yükün miqdarını hesablayın ?

4 nKL

300

Şagirdlər iki toyuq sümüyü üzərində təcrübə aparır. Onlardan birini 10%li HCL məhlulunda saxladıqdan sonra görür ki, sümük əyilir və onu spiral şəklinə salmaq mümkün olur.Sual:Sümüyün bu vəziyyətə düşməsinin səbəbi nədir və bu, sümüyün tərkibi haqqında bizə nə göstərir? 

Bu zaman mineral (qeyri-üzvi maddələr həll olduğundan sümükdəki sərtlik itir və ona elastiklik verən üzvi maddələr qalır)Qeyri üzvi maddələr sümüyə sərtlik və möhkəmlik ,üzvi maddələr isə elastiklik verir .Uşaqlarda  sümükdə üzvi maddələrin miqdarı yaşlılara nisbətdə çox olur.

300

Kriminalist yanmış paltarda qan izlərini aşkarlaya bilərmi?


Aşkarlaya bilər. Qanın tərkibindəki hemoqlobin zülalının tərkibi dəmirdən ibarətdir. Yanma zamanı dəmir ionları dağılmır. Keyfiyyətli analiz dəmir ionlarını aşkar edə bilər.

400

Dərinliyi 6000 metr olan okean çökəkliyinin dibindən göndərilən səs siqnalını gəmidə olan hidronavtlar nə qədər vaxta qəbul edərlər?


6000:1500= 4 saniyə

400

Reaksiya tənliyini tamamlayın:

Al(OH)2Cl + NaOH →


Al(OH)2Cl + NaOH → Al(OH)3 + NaCl

400

300C temperaturlu 2 kq suyu 800C temperaturlu 3 kq su ilə qarışdırdıqda qərarlaşmış temperatur nə qədər olar ?

600C

400

İnsan nəfəs alarkən ağciyərlərə hava necə daxil olur? Bu hadisə hansı fiziki qanunla izah olunur? 

Diafraqma aşağı düşəndə döş qəfəsinin həcmi artır, daxili təzyiq azalır və xarici havanın təzyiqi daha yüksək olduğu üçün hava ağciyərlərə daxil olur.Diffuziya

Fizika anlayışı: Təzyiq və həcm arasında tərs mütənasiblik

400

Dalğıclar, alpinistlər həmişə özləri ilə şokolad götürürlər. Sizcə, bunun səbəbi nədir?

Dalğıclar və alpinistlər özləri ilə şokolad götürürlər, çünki şokolad yüksək enerji verən qidadır. Onun tərkibində karbohidratlar və şəkərlər var ki, bunlar bədəndə tez parçalanaraq enerji təmin edir. Dağlarda və ya su altında fəaliyyət göstərən zaman oksigen çatışmazlığı və fiziki güc itkisi olur – buna görə də, orqanizmin tez enerji mənbəyinə ehtiyacı yaranır. Şokolad bu ehtiyacı sürətli şəkildə qarşılayır.

500

Bu yarımqrupa daxil olan ölkələr ÜDM-nin hər nəfərinə düşən həcminə görə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə yaxınlaşır. Mürəkkəb təsərrüfat strukturuna malikdirlər. Ölkələrin adını qeyd edin (Tam cavab qəbul olunur)


 

Qrupa yeni daxil olmuş ölkələr : Koreya, Sinqapur, Kipr

500

 N2 + H2 → 2NH3 reaksiyasında N2-nin molyar qatılığı 5 saniyə müddətində 1 mol/l-dən 0,4 mol/l-ə qədər azalmışsa, reaksiyanın NH3-ə görə sürətini hesablayın.


0,24

500

Hansı qurğunun vasitəsi ilə istilikvermənin bütün növləri ilə enerjinin verilməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür ?

Termosun

500

8il ərzində qadın orqanizmində bir yumurtalıqda nə qədər yumurtahüceyrə yetişər?

Menstrual tsikl 28 gün olduğundan

1 il ərzində  365 gün /28 gün=13 yumurta hüceyrə yetişər (iki yumurtalıqda)

8 il ərzində 8*13= 104 yumurta hüceyrə

Bir yumurtalıqda 104/2=52 yumurta hüceyrə yetişər

500

1895-ci ildə Almaniya şəhərlərinin birində mağaza vitrininə bu şəkil qoyulmuşdu.

Fotoqrafiya tarixinin ən məhşur şəkillərindən hesab olunur. Bu şəklin tarixçəsi necədir?

Gördüyünüz şəkil fotoqrafiya tarixində ən məşhur şəkillərdən biridir. İlk rentgen görüntüsü 1895-ci ildə Vilhelm Rentgen tərəfindən çəkilmişdir. Qeyd edək ki, Vilhelm Rentgen 1901-ci ildə ilk Fizika üzrə Nobel Mükafatına layiq görülmüşdür.
Həyat yoldaşı Berta`nın əlinin görüntüsü (nikah üzüyü aydın görünür) Rentgeni beynəlxalq aləmdə məşhur bir insana çevirdi. O, öz kəşfinə X-radiasiyası və ya X-şüaları adını vermişdir.

M
e
n
u