Kimya nəyi öyrənir?
Maddələri,onların quruluşunu,xassələrini,çevrilmələrini və bu çevrilmələr zamanı baş verən dəyişiklikləri öyrənən təbiət elmidir.
Su hansı elementlərdən təşkil olunmuşdur?
İnsan bədəninin kütləcə neçə faizi sudur?
60-65%
Cansız təbiət dedikdə hansı qatlar nəzərdə tutulur?
Atmosfer Litosfer Hidrosfer
Metallar nə üçün bərkdir?
Ərimə temperaturları yüksək olduğu üçün adi şəraitdə bərkdirlər
Atomun bölünməz olduğunu irəli sürən alim
Demokrit
C,N,P,Cu
karbon,azot,fosfor,mis
Canlı orqanizimlərdə olan hansı maddələr bitki və heyvan orqanizmlərində olur,amma insanlar qidadan qəbul edirlər?
Zülallar ,yağlar,karbohidratlar
Havada olan oksigen və karbon qazının miqdarı hansı proseslər ilə tənzimlənir?
Fotosintez və canlıların tənəffüsü
Hansı qeyri-metaldır xassələrinə görə metallara bənzəyir?
Qrafit
Atom molekul təlimini irəli sürən alim
Con Dalton
Na, Cl, Cu, Ne
hansıları metaldır?
Na Cu
Canlı orqanizmdə olan hansı maddələrin tərkibi eynidir?
Karbohidrat və yağlar
Suda olan duzların miqdarı təbiətdə hansı sularda daha çoxdur?
Okean və dəniz
Metalların hansı xassəsi onlardan tibbdə istifadə etməyə şərait yaradır?
İstidən genişlənib,soyuqdan sıxılma
Alimlərin öyrənmə metodları necədir?
müşahidə-fərziyyə-təcrübə-paylaşma
Be B Br Ba hansı elementlərdir?
Berillium Bor Brom Barium
İnsan orqanizmində olan hansı elementlərin miqdarı digərlərindən daha çoxdur və nə üçün?
Kalsium və fosfor
Sümük və dişlərin tərkib hissəsidir
Yer qabığında 28% olan element?
Silisium
Kükürd və fosforun allotropik şəkildəyişmələrini bir -birinə bənzədən hansı xassədir?
Suda həll olmamaqları,bərk olmaqları
Qeber ilk dəfə hansı anlayışların tərifini vermişdir?
metal və spirt
3kristallik kükürd və 4 ağ fosfordan ibarət molekulda cəmi neçə atom vardır?
40
Lalənin saçları tökülür ,dərisi isə solğun rəngdə idi. Siz həkim olsa idiniz, Laləyə tərkibində hansı element olan dərmanlar resepti yazardınız?
Kükürd
Hansı elementdir ki, canlı və cansız hər yerdə vardır?
OKSİGEN
Ümüd və Mirbayram Kimyada Allotropiya mövzusunu laboratoriyada keçdikdən sonra qaranlıqda yol gedirdilər. Birdən Ümüdün cibi işıq saçdı. Mirbayram isə onu danlamağa başladı. Sizcə Ümüd niyə danlandı?
Çünki Ümüd dinc qalmayıb və laboratoriyadan qaranlıqda işıq saçan ağ fosfordan götürmüşdü.)))