Təqdimat nəyə deyilir?
İnformasiyanın əyani şəkildə təsvir olunması təqdimat adlanır.
Slaydların neçə növü var?
3 növü: başlıq slaydı, əsas slayd, yekun slayd
Təqdimat formasına görə informasiyanın neçə növü var və hansılardır?
Mətn, ədədi, səs, qrafik, video
Multimedia nədir?
Müxtəlif informasiya növlərini birləşdirməyə imkan verən kompüter texnologiyasıdır.
Təqdimatın tərtibatı zamanı şrift növünün seçimi necə olmalıdır?
Sadə və asan oxunan şriftlərdən istifadə edilir.
Təqdimatın tərtibatı zamanı fon seçimi necə olmalıdır?
Diqqəti məzmundan yayındırmayam sadə fon olmalıdır.
Təqdimatın tərtibatı zamanı başlıq seçimi necə olmalıdır?
Başlığı qısa və əsas fikri əks etdirəcək şəkildə seçməliyik
Əsas slayd da nə əks olunur?
Məruza mövzusu üzrə əsas informasiyanı açıqlayır. Əsas slayd da mətn, təsvirlər, videoçarxlar yerləşdirilə bilər.
Başlıq slaydında nə əks olunur?
Təqdimatın adını yazırıq və müəllif haqqında məlumat qeyd edirik.
Yekun slaydda nə əks olunur?
Təqdimatı tamamlayır, yekunlaşdırıcı mətn, şəkil ehtiva edə bilər ( dəvət, diqqətə görə təşəkkür və s.)
Slayd maketinə nələr daxildir?
° başlıqlar
° mətn blokları
° təsvirlər
° diaqramlar
° cədvəllər və digər qrafik elementlər
Slaydın maketini necə seçmək olar? ( Yeni slaydı hansı menyudan əlavə etmək olar?)
Alətlər panelindən, New Slide ( Yeni Slayd) düyməsini sıxırıq, Bu zaman müxtəlif maket variantları ilə menyu açılacaq. Uyğun maketi seçirik.
Başlığı şablonda nəzərdə tutulmayan yerə əlavə etmək üçün hara daxil olmaq lazımdır?
İnsert (Əlavə et) bölməsindən Text Box (Mətn) obyektini seçirik, Lazım olan mətni açılan qutuya daxil edirik.
Sxem nədir və onu necə əlavə etmək olar?
Sxem -- informasiyanın qrafik şəkildə təsvir edilmə üsuludur, o obyektlərin qarşılıqlı əlaqəsini Göstərməyə kömək edir.
Sxemi yaratmaq üçün İnsert menyusundan Smart Art obyektini seçməliyik.
Siyahıların neçə növü var və hansılardır?
1) İşarələnmiş
2) Nömrələnmiş