Fransız yazıçılar
Fransız rəssamlar
Alimlər
Rəngli mövzu
Antik mövzu
100

1867-ci ildə oğlu Mişelin şərəfinə Müqəddəs Mişel adını verdiyi kiçik bir yaxta alan yazıçı. Görünür, həqiqi həyatda da səyahət etməyi sevirmiş.

Jül Vern

100

Günəşin doğuşu barədə təəssüratları ilə rəssamlıqda yeni cərəyana ad vermiş fransız.

Klod Mone

100

Çikaqodakı Adler planetariumunun qarşısında heykəlini görə biləcəyiniz polyak.

Nikola Kopernik

100

Bill Klintonun zarafatla "federal cəza sisteminin tacı" adlandırdığı məkan.

Ağ Ev

100

Eramızdan əvvəl 399-cu ildə 280 səslə Afina gənclərini yoldan çıxarmaqda təqsirləndirilən filosof.

Sokrat

200

Conatan Sviftin ən sevimli yazıçılarından biri. Heç şübhəsiz, sonradan ona ilham mənbəyi olmuşdu.

Fransua Rable

200

1834-cü ildə Parisdə dünyaya göz açan rəssam. Deyilənə görə, boş vaxtının çoxunu Paris Operasında keçirməyi sevərmiş.

Edqar Deqa

200

Ölümündən xeyli vaxt keçsə də, elmi işləri hələ də tam araşdırıla bilməyən qadın alim. Çernobıl serialına baxanlar başa düşəcək.

Mariya Küri

200

Sələfi, Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" hesab olunan medal.

Bənövşəyi ürək

200

Zeytun yağını ən yaxşı müalicə vasitəsi hesab edən və bir çox xəstəsinin müalicəsində istifadə edən həkim. İnanmasaz, and da içə bilərik.

Hippokrat

300

Xatirələrdə uşaqlıqdan çox tənbəl biri kimi qalan 1871-ci il doğumlu fransız. Yəqin, elə buna görə daha sonra axtarışa çıxmağa qərar verir.

Marsel Prust

300

İkinci Fransa İmperiyasının ən uğurlu üç rəssamından biri. Tapmayanlar üçün - 👎

Jan-Leon Jerom

300

Upsalada təhsil alarkən universitetinin botanika bağındakı bütün bitkiləri adbaad təsnif edərək dövrünün ən məşhur botaniklərinin diqqətini çəkməyi bacarmış gələcək alim.

Karl Linney

300

Cek Londonun əyyaş baş qəhrəmanının tez-tez gördüyü iki heyvandan biri. Digəri mavi siçan idi.

Çəhrayı fil

300

Məşhur büstü 1912-ci ildə dövrün öndəgedən saray heykəltəraşı sayılan Tutmosun emalatxanasında tapılmış qadın.

Nefertiti

400

Gilyotinlə dekapitasiya səhnələrinin canlı şahidi olduqdan sonra cəmiyyəti təqsirləndirilən şəxs qədər cani olmaqda ittiham etməyə başlamış bezansonlu yazıçı.

Viktor Hüqo

400

Meningit xəstəliyinin 1891-ci ildə 31 illik qısa ömrünə nöqtə qoyduğu parisli rəssam.

Jorj Söra

400

2020-ci ildə məşhur icadının 220 illiyi qeyd edilən Komo doğumlu italyan.

Alessandro Volta

400

Cozef Pulitzer və rəqibi Uilyam Rendolf Herst arasında gedən "qəzet savaşları"nın yol açdığı jurnalistik termin.

Sarı mətbuat

400

Peloponnes müharibəsində həlak olanların xatirəsini yad etmək üçün Periklın dəfn mərasimindəki çıxışının bir hissəsini yazmış şəxs.

Fukidid

500

Səyahət gündəliyində Korreccionun möhtəşəm freskalarına heyran qaldığını vurğulayan Qrenobl doğumlu ədib.

Stendal

500

1885-ci ildə boyundan hündürə tullanaraq Parisdəki bir kabare klubunda ilk sərgisini təşkil etməyə müvəffəq olan rəssam.

Anri de Tuluz-Lotrek

500

Yəhudi milliyətindən olan Avstriya əsilli amerikalı immünolog və patoloq. Damarlarında hər üç qanı daşıyıb. 

Karl Landsteyner

500

Bir neçə qadının öldürüldüyü seriyalı qətllərdə tez-tez xatırlanan nağıl qəhrəmanı. Dəqiq, sözü keçmədiyinə görə öldürməyib.

Mavi saqqal

500

Sirakuza kralı II Hieron və dəmirçi arasında baş vermiş əhvalatda adı xatırlanan riyaziyyatçı-fizik.

Arximed.

M
e
n
u