Nəsli kəsilmiş və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvanlar haqqında məlumat harada toplanır?
Qırmızı kitab
Hirkan şümşadı hansı ərazidə yayılmışdır?
Xankəndi yaxınlığında
Bəbirin addımlarının səssiz olması nədən asılıdır?
Pəncələrində qalın tük yastığının olması
Fauna nəyə deyilir?
Müəyyən ərazidə tarixən formalaşan heyvan növlərinin cəmidir.
Şərq çinarı hansı çayların vadilərində bitir?
Bəsitçay və Oxçuçayın vadilərində
Ən yaxşı atlar hansı rayonlara yaxın ərazilərdə yayılmışdır?
Şuşa,Ağdam və bu rayonlara yaxın ərazilərdə
Flora nədir?
Müəyyən ərazidə tarixən formalaşan bitki növlərinin cəmidir.
Hansı bitki zəfərin rəmzi sayılır?
Xarıbülbül
Qarabağ atı hansı xüsusiyyəti ilə seçilr?
Yüksək qaçış sürəti ilə
Relikt növ dedikdə nə başa düşürsünüz?
Qədim növlər
Təkdənli buğda bitkisinə hansı rayonların ərazisində bitir?
Şuşa,Laçın rayonları ərazisində
Əsasən ölü heyvan cəsədləri ilə,digər yırtıcıların qalıqları ilə qidalanan heyvan hansıdır?
Zolaqlı kaftar
Endemik növ nədir?
Məhdud yayılma sahəsinə malik növlər
Yox olmuş növ olduğu ehtimal olunan bitki hansıdır?
Şoranyer qarğasoğanı
Hansı heyvan yaşayış sahəsini seçərkən təhlükəsizliyinin qayğısına qalır?
Cüyür