Naxçıvan Muxtar Resublikası ərazisində yerləşən ən yüksək zirvə?
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi.
Azərbaycanda ən yüksək temperatur qeydə alınan məntəqə?
Azərbaycanda ən yüksək (+44 C) temperatur Naxçıvan MR Culfa şəhərində qeydə alınmışdır.
Azərbaycanda 3 ölkə ilə sərhəd olan yeganə rayon?
Sədərək rayonu-13 km Türkiyə ilə ,25km Ermənistan, 6km İranla sərhəd məsafəsi var
Naxçıvan MR ərazisində yerləşən mineral bulaqlar:
Sirab ,Badamlı ,Vayxır
Azərbaycanın ən isti rayonu
A)Kürdəmir
B)Astara
C)Bərdə
D)Zəngilan
Kürdəmir
Azərbaycan respublikası hansı 2 qitə arasında yerləşir?
A)Afrika,Amerika
B)Şimali və Cənubi Amerika
C)Amerika,Avropa
D)Avropa,Asiya
Avropa,Asiya
Azərbaycan hansı ölkə ilə həmsərhəd deyil?
A)İran B)Türkiyə
C)Rusiya D)Yaponiya
E)Gürcüstan
Yaponiya
Azərbaycan ən uzun quru sərhəddinə malikdir:
A)Ermənistanla
B)Rusiya ilə
C)Türkiyə ilə
D)İranla
Ermənistanla 1025 km
Azərbaycan Respublikasının ümumi sahəsi nə qədərdir?
A)66.6min kv km D)120 min kv km
B)86.6min kv km E)80.1min kv km
C)158min kv km
86.6 min kv km
Azərbaycanla ən az quru sərhəddinə malikdir:
A)Rusiya
B)Türkiyə
C)İran
D)Gürcüstan
Türkiyə 13 km
Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir?
A)Mülayim və Tropik
B)Subekvatorial və Tropik
C)Subtropik və Mülayim
D)Subtropik və Subarktik
Subtropik və Mülayim
Respublikamızda ən çox yağıntı düşür:
A)Abşeron yarımadasına
B)Talış dağlarının ətəklərinə
C)Kiçik Qafqaz dağlarının ətəklərinə
D)Böyük Qafqaz dağlarının ətəklərinə
Talış dağlarının ətəklərinə
Fəsillərin yaranmasına səbəb nədir?
A)Yer kürəsinin günəş ətrafında hərəkət etməsi
B)Yer kürəsinin öz oxu ətrafında hərəkət etməsi
C)Yer səthinin qeyri-bərabər qızması
D)Atmosferin aşağı qatındakı havanın tərkibi
Yer kürəsinin günəş ətrafında hərəkət etməsi
Ulduzların şüaları ilə işıqlanan nisbətən iri və soyuq səma cisimləri:
A)Meteroitlər B)Planetlər
C)Kometlər D)Peyklər
Planetlər
Daxili Planetlərə daxil deyil:
A)Mars
B)Merkuri
C)Venera
D)Yupiter
Yupiter
Səma cisimlərinin düzülüşünü müəyyən edin:
1.Günəş sistemi 4.Qalaktika
2.Ay 5.Kainat
3.Yer
2,3,1,4,5
Bakı şəhərində (50 ş.u) saat 12-dir.Bakının yerli vaxtına əsasən 117 ş.u yerləşən Pekin şəhərində saat neçədir?
hər iki məntəqəmiz şərq uzunluğunda yerləşməsinə əsasən 117-50=67
67:15=4saat (qal 7*4=28 dəq)
məntəqəmiz şərqdə yerləşdiyinə görə Bakıdan saat irəlidir. 12+4 saat 28 dəq =16:28
Bakı şəhərində(50 ş.u) saat 12-dir. 4 q.u yerləşən Madrid şəhərində Bakının yerli vaxtına əsasən saat neçədir?
54:15=3saat(Qaliq 9*4=36)
Madrid şəhəri Bakidan qərbdə yerləşdiyinə görə
12-3saat 36 dəq =7:24
Bakı şəhərində(50 ş.u) saat 12-dir. 73 q.u yerləşən Nyu-York şəhərində saat neçədir?
Məntəqələrimiz fərqli enliklərdə yerləşdiyinə görə toplanir.
73+50=123:15=8Saat(qal 2*4=8)
12-8Saat 8dəq=04:52
Bakı şəhərində(50.ş.u) saat 12-dir.150 ş.u yerləşən Yaponiyada saat neçədir?
hər iki məntəqəmiz eyni yarımkürədərir.Bu zaman
150-50=100:15=6(qal10*4= 40)
12+6 saat 40 dəq =18:40