Sıxlıq nədir?
Maddənin vahid həcmdəki kütləsi
Su molekulu neçə və hansı atomlardan əmələ gəlib?
3 və oksigen və hidrogen atomlarından
Diffuziya nədir?
Bir maddə zərrəciklərinin başqa maddə zərrəcikləri arasında yayılması
İki və daha çox atomdan təşkil olunan maddələr necə adlanır?
Molekul
Periskop nədir?
Gizlənərək ətrafı görməyimizə imkaan verən cihaz
Buzun sıxlığı suyun sıxlığından..........
azdır
Qazlarda diffuziyanın sürəti necə dəyişir?
sürəti artır
Ərimə temperaturu nədir?
Maddənin bərk haldan maye hala keçdiyi temperatur
Nə üçün mis əşyanın kütləsi eyni həcmli alüminium əşyanın kütləsindən necə fərqlənir?
Mis əşyanın kütləsi çoxdur.
Günəşdən gələn Yer kürəsinə neçə dəqiqəyə gəlib çatır?
Təxminən səkkiz dəqiqəyə
Litosfer tavalarını nə əmələ gətirir?
Yer qabığı və mantiyanın üst hissəsi
Seymoqraf nədir?
Seysmik dalğaların ölçülməsi üçün istifadə olunan xüsusi cihaz
Zərrəciklər arasında məsafə artdıqca sıxlıq necə dəyişir?
Sıxlıq azalır
Dünyada ən güclü zəlzələ nə vaxt və harada, neçə bal gücündə baş verib?
1960-cı ildə Çilidə 9 bal gücündə
Ölkəmizin ərazisi hansı litosfer tavalarının toqquşma sərhədində yerləşir?
Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhəddində
İLğım nəyə deyilir?
İşığın sınması ilə baş verən göz aldanması
Qaz,kömür və neft nədən yaranıb?
Milyonlarla il əvvəl yerin dərin qatlarında bitki və heyvan qalıqlarından əmələ gəlib.
Hərəkət edən cisimlərin malik olduğu enerji növləri:
Potensial,kinetik
Sizin 1 sutkada fəaliyyətləriniz üçün istifadə etdiyiniz enerji nə qədərdir?
9 milyon coul
Potensial enerjinin miqdarı nədən asılıdır?
Həm cismin kütləsindən,həm də Yer səthindən hündürlüyündən