Ələmə üsulu ilə hansı haldaolan maddələri ayırmaq olar?
Bərk halda maddələri
Kondensasiya nədir?
Maddənin qaz halından maye halına keçməsi
Hansı halda maddələrin nə həcmi,nə də forması var?
Qaz halında
Fotosintez nəticəsində bitki özü üçün hazırlayır:
Üzvi maddə-qlükoza
Fotosinitez hansı hadisələrə aiddir?
Kimyəvi hadisələrə
Kimyəvə hadisələrə, başqa sözlə nə deyilir?
Kimyəvi reaksiyalar
Patogen nədir?
Xəstəliktörədən canlı
Qızılca xəstəliyini nə törədir?
Viruslar
Triton hansı canlılara aiddir?
Suda -quruda yaşayanlara
Su bitkilərinə aiddir:
Su gülü,su zanbağı,hidrilla
Qazlı içkilər hansı maddələrin qarışığıdır?
Su və karbon qazı
Bakteriyaların neçə forması var?
4
Südün qatığa çevrilməsində,kələmin turşumasında hansı mikroorqanizmlər iştirak edir?
Bakteriyalar
Çox yağlı qidalanma nəticəsində damarların daxili divarlarında kirəc lövhə kimi maddələr toplana bilər. Bir müddət sonra bu damarların divarları daha da qalınlaşır və elastikliyini itirir. Bu hal ................. kimi tanınır.
Ateroskleroz
........ ............ çoxhüceyrəlidir, maya göbələyindən daha böyükdür. Qida məhsullarının üzərində inkişaf edir və onların xarab olmasına səbəb olur.
Söhbət, hansı göbələkdən gedir?
Kif göbələyi
İnsanlar tərəfindən çörəkbişirmə sahəsində qida məhsullarının istehsalında istifadə olunan ............ göbələkləri xəmirdə şəkəri spirtə və karbon qazına parçalayır. Bu zaman əmələ gələn karbon qazı məsamələr əmələ gətirərək xəmiri şişirdir.
Maya göbələyi
(1)............ tənəffüs etməyən, qidalanmayan, hərəkət etməyən və qıcıqlanma qabiliyyəti olmayan mikroorqanizmdir. Onlar canlı orqanizmlərin hüceyrələrinin daxilində çoxala bilirlər. Bakteriyalardan, göbələklərdən, heyvanlardan və bitkilərdən fərqli olaraq onların hüceyrəsi də yoxdur. Adətən, (2)..................... da kiçik olur.
1-Virus
2-bakteriyalardan
(1) Qrip, suçiçəyi, qızılca, zökəm, koronavirus.
(2)Vərəm, vəba, tetanus, bruselyoz, pnevmoniya.
(3) Ayaq, dırnaq və dəri göbələk xəstəlikləri.
Bu xəstəliklərə səbəb olan canlıları qeyd edin.
1-virus
2-bakteriya
3-göbələk
..................tütünçəkmə və spirtli içkilərdən istifadə səbəbindən baş verən qan dövranı və tənəffüs orqanlarının xəstəlikləri yoluxucu olmayn xəstəliklərdir.
Anemiya,artıq çəki və piylənmə
(1)............ağcaqanadlarının sancması ilə bu patogenlər (2)............. xəstələrindən sağlam insanlara keçir və onları xəstələndirir. Bu ağcaqanadlar (2)................ xəstəliyinin daşıyıcısıdır.
1- Anofeles
2-Malyariya