ÜMUMİ TƏHSİL BİLİKLƏRİ
METODOLOGİYA/ TƏLİM ALƏTLƏRİ
NƏZƏRYƏLƏR (KOLB/ANDROGOGİKA)
TƏLİM DİZAYNI / QRUP DİNAMİKASI
KEYSLƏR
100

Azərbaycanda ali təhsilin ilk pilləsi necə adlanır?

Bakalavriat

100

 Dərs zamanı şagirdlərin diqqətini cəlb etmək və dərsə hazırlamaq üçün müəllimin istifadə etdiyi qısa, maraqlı fəaliyyətə nə deyilir?

Beyin həmləsi / Buzqıran / Motivasiyaedici fəaliyyət

100

 Kolbun nəzəriyyəsində öyrənmə prosesində iştirakçının yaşadığı təcrübəni analiz etməsi mərhələsi nə adlanır?
 

Refleksiya / Reflective Observation

100

Təlim proqramı qurmaq üçün əsas 5 addımın ilk ikisi nədir?

  1. Təlim ehtiyaclarını müəyyən etmək: İlk D-nin nəticələrini analiz edib, təlim ehtiyaclarını prioritetləşdirmək (ən vacib məsələləri müəyyən etmək).
  2. Təlim məqsədlərini yazmaq: Ehtiyaclara uyğun olaraq təlimin məqsəd və hədəflərini müəyyən etmək.
  3. Mövzu başlıqlarını seçmək: Məqsədlərə uyğun olaraq təlim proqramı üzrə ilkin mövzu başlıqlarını müəyyənləşdirmək.
  4. Təlim proqramının ssenarisini hazırlamaq: Mövzu başlıqları üzrə əsas fəaliyyətlər, seçilmiş alətlər, vaxt bölgüsü və digər detalları planlaşdırmaq.
  5. Fəaliyyətlərin ardıcıllığını müəyyən etmək: Mövzu başlıqlarının və fəaliyyətlərin düzgün gəlmə ardıcıllığını tərtib etmək. 
100
  • Marketinq və Kommunikasiya" şöbəsinin rəhbəri kimi fəaliyyət göstərən Elçin bəy son zamanlar yeni işə qəbul edilmiş gənc mütəxəssislərin müştəri ilə ünsiyyət qurmaqda və şirkətin məhsullarını təqdim etməkdə çətinlik çəkdiyini, nəticədə satış göstəricilərinin gözləniləndən aşağı olduğunu müşahidə etmişdir.

  • Elçin bəy əvvəllər satış və müştəri xidmətləri sahəsində geniş təcrübəyə malik olduğu üçün hesab edir ki, bu gənc mütəxəssislərə "effektiv satış texnikaları" və "müasir müştəri ilə ünsiyyət bacarıqları" istiqamətində təlimlərin keçirilməsi problemin həlli olacaq.

  • Elçin bəy sizin təlim şirkətinizə müraciət edir və deyir ki, mütəxəssislərə 2 fərqli qrupda olmaqla, hər qrupa həftədə 1 dəfə və gün ərzində 120 dəqiqəlik təlimlər keçilsin. Təlimlər şirkətin öz ofisində, iş saatlarından sonra təşkil edilsin.


  • Elçin bəyə necə köməklik göstərərdiniz?


Ehtiyac analizinin nəticələrinə əsaslanaraq, "effektiv satış texnikaları" və "müştəri ilə ünsiyyət bacarıqları" mövzularını əhatə edən interaktiv təlim proqramı hazırlamağı təklif edərdim. Proqramda rol oyunları, case study-lər və real situasiyaların simulyasiyası kimi metodlardan istifadə olunardı.  Təlimin təsirini ölçmək üçün əvvəl və sonra qiymətləndirmə mexanizmlərini də təklif edərdim.

200

Ümumdünya Müəllimlər Günü hansı tarixdə qeyd olunur?

5 Oktyabr

200

Şagirdlərin kiçik qruplarda işləyərək müəyyən bir tapşırığı tamamladığı və ya problemi həll etdiyi tədris strategiyası nədir?

Qrup işi / Kooperativ öyrənmə

200

Böyüklərin öyrənmə prinsiplərinə görə, onlar məlumatı necə daha yaxşı yadda saxlayır?
 

Təcrübə:

Praktiki iş və başqalarına öyrətmə / Learning by doing & teaching others

200

Kurs , Təlim və Modulun fərqlləri nədir?


Kurs:
Uzunmüddətli öyrənmə prosesini əhatə edən, müxtəlif mövzulardan ibarət təlimləri birləşdirən proqramdır.

Təlim:
Təlim tərkibində verilən məlumatlar və fəaliyyətlərdən asılı olaraq bir və ya bir neçə moduldan (hissədən) ibarət olur.

Modul:
Təlimin bir və ya iki məqsədinə fokuslanır, Kolb nəzəriyyəsinin 4 mərhələsini özündə birləşdirən bir hissədir (takt).

200

Ramil, "Rəqəmsal Marketinq Akademiyası"nda Sİ və avtomatlaşdırma təlimçisidir. "Rəqəmsal Marketinqdə Sİ-in Tətbiqi" mövzusunda yeni təliminə çoxlu müraciət gəlir. Ramilin bu sahədə dərin bilikləri var. O, iştirakçıların fərqli yaş və bilik səviyyələrinə (Sİ ilə tanışlıqdan tam məlumatsızlığa qədər) malik olduğunu görür.

Lakin Ramil bu fərqlilikləri nəzərə almadan, özünün ən çox bildiyi və aktual hesab etdiyi mövzulara əsaslanan bir təlim planı hazırlayır. Təlimin başlanğıcında sadəcə özünü təqdim edib birbaşa Sİ mövzusuna başlayır. Dərs boyu əsasən mühazirə edir və iştirakçıların sual verməsinə imkan tanımır.

Sual: Ramilin təlim planlamasında hansı müsbət və mənfi məqamlar var? 

Müsbət məqamlar:Aktual Mövzu Seçimi / Mövzu Biliklər

Mənfi məqamlar:  Auditoriya Analizinin çatışmazlığı / İştirakçı Mərkəzliliyinin olmaması /Metodologiya Problemi / Zəif Giriş

300

Qədim Yunanıstanda fəlsəfə və təhsilin mərkəzi hesab olunan məktəbə nə deyilir?

Akademiya (Platonun Akademiyası)

300

Müəllimin dərsin sonunda şagirdlərin nə öyrəndiklərini qısa şəkildə yoxlamaq üçün istifadə etdiyi üsula nə deyilir?

Refleksiya / Sintez  

300

Öyrənmə prosesində hansı əsas zonalar var? İzah edin.

Komfort zonası- tanış, qidalandıran və özümüzü rahat hiss etdiyimiz yerdir. 

İnkişaf zonası -eksperiment və risk məkanıdır. Bizi ora   maraq və yenilik istəyimiz aparır. 

Stress zonası-survivor gedən məkandır. Burada inkişafda daha çox yıxılmamaq, sağ qalmaq, uyğunlaşmaq mübarizəsi gedir. 

300

Tuckman nəzəriyyəsinə əsasən, qrupların yüksək məhsuldarlığa çatması üçün adətən keçdiyi ilk mərhələ necə adlanır?

Tuckman nəzəriyyəsinə əsasən, qrupların yüksək məhsuldarlığa çatması üçün adətən keçdiyi ilk mərhələ "Forming" adlanır. Bu mərhələdə qrup üzvləri bir-birlərini və qarşıdakı vəzifəni tanımağa başlayır, qaydalar və strukturlar haqqında ilkin məlumatlar əldə edirlər. İştirakçılar adətən həvəsli, lakin bir qədər passiv olurlar və təlimçini lider kimi qəbul edirlər.

300

Leyla, "Uğurlu biznesdə komanda işinin rolu" mövzusunda 40 müxtəlif şirkət rəhbərinə onlayn təlim keçirir. Oflayn təlim təcrübəsi olsa da, onlayn formata uyğunlaşmaqda çətinlik çəkir. Təlim başlamazdan əvvəl şəxsi stress yaşayır. Təlim zamanı Leyla dominant iştirakçılara fokuslanır, digərlərini danışdırmağa çalışsa da, mikrofonların açıq qalması səs-küy yaradır. Əsəbiləşərək mikrofonları söndürməyi tələb edir. Breakout roomlardan istifadə etməyə çalışır, lakin iştirakçıların yaşlı nəsil olması səbəbindən texniki problemlər yaranır və qruplara qoşula bilmirlər. Bir qrup verilən sualı anlamadığı üçün müzakirədən çıxır. Leyla ikinci qrup tapşırığını ləğv edib, təlimi mühazirə formatında birtəhər yekunlaşdırır.

Sual: Leyla nəyi səhv edib? HƏLL YOLU?

Səhv edib:

  • Ab-havanı idarə edə bilməmək / Texniki hazırlıqsızlıq / İştirakçı ehtiyaclarını nəzərə almamaq/ Çevik olmamaq / Ünsiyyət bacarıqları
400

Təhsilin bütün fərdlər üçün əlçatan olmasını, heç kimin imkanlarından asılı olmayaraq təhsildən kənarda qalmasını yolverilməz hesab edən yanaşma nədir?

İnteqrasiya / İnklüziv təhsil

400

Tədris zamanı şagirdlərə bir mövzunu fərqli tərəflərdən tədqiq etməyə, məlumat toplamağa və nəticələri təqdim etməyə imkan verən metod nədir?

Layihə əsaslı öyrənmə


400

İştirakçıların fərqli öyrənmə tipləri vardır: Uyğunlaşanlar, Düşünənlər, Teoretiklər, Praqmatiklər. Təlimçi bütün bu tipləri nəzərə almadan bir metod seçsə, nəticədə hansı öyrənmə problemi yaranacaq və hansı prinsip pozulmuş olacaq?

Andraqogikanın “təcrübəyə əsaslanaraq öyrənmə” prinsipi pozulur.

Bütün iştirakçılar üçün məlumat maraqlı və başa düşülən olmalidır.

400

Storming mərhələsində iştirakçılar adətən təlimçinin hansı bacarıqlarını sınayırlar və hansı davranışa daha meyilli olurlar?

Storming mərhələsində iştirakçılar adətən təlimçinin bacarıqlarını sınayırlar. Onlar bu mərhələdə qaydaları pozmağa, bir-birlərini və təlimçini tənqid etməyə meyilli olurlar. Çoxlu suallar verə və skeptik yanaşa bilərlər, eyni zamanda verilənlərlə gözlənilənlər arasında uyğunsuzluq hiss edirlər. Bu mərhələdə iştirakçılar konfliktə daha meyilli olurlar, öz fikirlərini və qaydalarını aşılamağa çalışırlar.

400

Aysel, "icebreaker" (buzqıran) fəaliyyətlərinin vaxt itkisi olacağını düşünərək birbaşa mövzuya keçir. Girişdə özünü qısa təqdim edib, mövzuya girir. İştirakçılardan biri, təlimin niyə bu qədər "quru" başladığını soruşduqda, Aysel qısa və kəskin cavab verir. Daha sonra mövzunu canlandırmaq üçün interaktiv bir video göstərir. Videodan sonra qısa müzakirə üçün iştirakçıları kiçik qruplara (breakout rooms) bölür, lakin təlimatları sürətli verdiyi üçün iştirakçılar nə etməli olduqlarını anlamırlar. Bəzi qruplar texniki problemlər səbəbindən aktiv iştirak edə bilmir. Bir qrup verilən tapşırığın mövzu ilə əlaqəsini sorğulayır. Aysel oyunun uğursuz olduğunu görüb, dərhal onu dayandırır və qalan hissəni mühazirə formatında yekunlaşdırır. 

Ayselin əsas səhvləri nələrdir? HƏLL YOLU?

Girişdəki səhvlər ("Hook" və "Icebreaker"in olmaması) /  Ünsiyyət bacarıqları / Təlimatın zəif verilməsi / Texniki hazırlıqsızlıq /Çevik olmamaq və motivasiyanın itirilməsi / Əlaqələndirmə problemi

500

Azərbaycan Respublikasında "Təhsil haqqında" Qanuna əsasən, təhsil sisteminin əsas pillələri hansılardır?


  1. Məktəbəqədər təhsil

  2. Ümumi təhsil (İbtidai, Ümumi orta, Tam orta təhsil)

  3. Peşə təhsili (İlk peşə-ixtisas, Orta ixtisas təhsili)

  4. Ali təhsil (Bakalavriat, Magistratura, Doktorantura)



500

Bu hansi telim aletidir?

● Təlim aləti Verilmiş məlumata əsasən iştirakçıları praktiki bir situasiyaya salır (simulyasiya xarakteri daşıyır)

● İştirakçıları həll yolu tapmağa, verilmiş problemi analiz etməyə təşviq edir

● İştirakçılarda düzgün/kreativ yanaşma tərzi formalaşdırır

Keys 

500

Təlimçi iştirakçıları ilkin təcrübəyə göndərir, sonra refleksiya üçün vaxt verir və ən sonunda ekspert məlumatını təqdim edir. Sonda isə iştirakçılardan həm ilkin, həm də yeni tapşırığı müqayisə etmələri tələb olunur.

Kolb-un hansı mərhələsi burada əsas rol oynayır və iştirakçıların hansı öyrənmə zonası aktivləşir?

Dördüncü mərhələ – Active Experimentation + İnkişaf zonası (Growth Zone)

500

Təlimdə "Qol vurmaq" nədir və onun əsas məqsədi nədən ibarətdir?

əlimdə "Qol vurmaq" ( "Hook"dan istifadə etmək) təlimçinin auditoriyanın diqqətini ilk hissələrdən etibarən cəlb etməsi, maraq yaratması və təlimçiyə/təlimə qarşı simpatiya duymasına imkan yaratması deməkdir. Bu, adətən maraqlı bir sual, hekayə, təcrübə bölüşümü, lətifə, bilinməyən bir söz, rəqəm, şəkil və ya video vasitəsilə həyata keçirilir.

500

Əli, universitetdə "Python Proqramlaşdırmasına Giriş" kursunu tədris edir. O, əsasən mühazirələr və hazır kod nümunələrinin göstərilməsi ilə dərs keçir, tələbələrin fərqli öyrənmə üslublarını nəzərə almır.Kursun ortasında Əli görür ki, bəzi tələbələr kodu başa düşsə də, özləri yeni proqram yazmaqda çətinlik çəkir, səhvləri tapa bilmir və "niyə" kodun belə işlədiyini anlamırlar. Onlar nəzəri bilikləri real problemlərə tətbiq edə bilmirlər.

Sual: Əlinin tədrisində Kolb nəzəriyyəsi kontekstində əsas çatışmazlıq nədir? Tələbələrinin öyrənmə effektivliyini artırmaq üçün Əli Kolb dairəsinə uyğun nə etməlidir?

 

 Çatışmazlıq:
Əli Kolbın öyrənmə dairəsinin yalnız "Abstrakt Konseptuallaşdırma" (nəzəriyyə) və "Müşahidəçi Refleksiya" (nümunəyə baxış) mərhələlərinə fokuslanaraq, "Konkret Təcrübə" (birbaşa etmə) və "Aktiv Eksperimentasiya" (tətbiq etmə) mərhələlərini nəzərə almır. Bu, tələbələrin bilikləri praktikada tətbiq etməsinə mane olur.  

Əli tədrisinə bütün dörd mərhələni daxil etməlidir.

M
e
n
u