Bitkilər
Heyvanlar
Müasir biologiya
Alimlər
Fənlərarası inteqrasiya
100

Bu bitkinin mürəkkəb lələkvarı yarpaqlarına toxunduqda yarpaqcıqları bükülür.

Bu hansı bitkidir?

Küsdümotu

100

Sinir toxuması

Epiteli toxuması

Örtük toxuması

Birləşdirici toxuma

Əzələ toxuması

Biri heyvan toxuması deyil.

Örtük toxuması

100

Torpaqdan istifadə etmədən bitki yetişdirmək üsulu necə adlanır?

Aeroponika

100

Canlıları öyrənən alimə kim deyilir?

bioloq

100

Tənəffüs prosesində bitkilərin qəbul etdiyi kimyəvi maddə hansıdır?

Oksigen

200

Əksər birləpəli bitkilərin toxumunda ehtiyat qida maddələri harada toplanır?

Endospermdə

200

Bədən quruluşu və  ölçüsünə görə ata  bənzəyən bu canlı çoxala  bilmədiyi üçün ayrıca növ sayılmır, hibrid adlanır


Söhbət hansı heyvandan gedir?

Qatır

200

Apardığı müşahidələr nəticəsində Dr. Antoni Brennan müəyyən etdi ki, bu canlılar çirklənməyə məruz qalmayan yeganə dəniz heyvanlarıdır.

Söhbət hansı heyvanlardan gedir?

köpəkbalığı (akula)

200

Heyvanların ən kiçik quruluş vahidinin...... olduğunu söyləmişdir.

Quruluş vahidini və alimin adını tapın

hüceyrə / Teodor Şvann

200

 Əmələ gətirdikləri meşələr bəzən "dənizin tropik meşələri" də adlandırılan bu cəlbedici heyvanlar koloniyalarla yaşayır. ....birliyi Avstraliyanın şimal-şərqi boyunca 2300 km məsafədə uzanır.

Sözü gedən canlı hansıdır və verilən ərazidəki birliyi necə adlanır?

mərcan polipləri, Böyük Sədd rifi

300

Bitkinin bu orqanına "nasos", "anbar", "lövbər" deyilir. Bu, funksiyasına görə bitkinin hansı orqnlarına aid edilir?

Vegetativ orqanlara

300

Qayalı sahil sularında yaşayan bu heyvanı "canlı daş" adlandırırlar.

Söhbət hansı heyvandan gedir?

Pyura

300

Canlı orqanizmləri təqlid edən(imitasiya) cihazların hazırlanmasını hansı termin(və ya terminlərlə) ifadə etmək olar?

biomimikriya (biomimetika, yaxud bionika)

300

Anton van Levenhuk biologiya elminə hansı töhfəni vermişdir?

Dövrünün ən müasir və ilk təkmil mikroskopunu icad etmişdir

300

Sözləri Zivər Ağayevaya, musiqisi Ələkbər Tağıyevə məxsus olan, Lalə Məmmədovanın ifasında sevilən bu mahnı 1 çiçəyin dilindən söylənilir. Bu bitki deyir ki,

Bahar gələndə mən də

Bitərəm göy çəməndə,

Yeyilmərəm acıyam

Çiçəklərin tacıyam.

Bu hansı bitkidir?

LALƏ

400

Üzərində erkəkciyi və dişiciyi olan çiçəyə ikicinsli, yaxud ...... çiçək deyilir.Nöqtələrin yerinə hansı termini qoysaq doğru cavablandırmış olarsınız?

hermofrodit

400

Hər ayağının son buğumunda 3 caynağı olan heyvan hansıdır?

hörümçək

400

BU tədqiqatçı David Latimer tərəfindən 1960-cı ildə qurulmuş, 12 il sonra açılıb, suvarılmışdır.1972-ci ildən bu günədək açılıb, suvarılmayıb.

BU necə adlanır?

Mezokosm (real ekosistemin modeli və ya daha kiçik versiyasıdır) 

400

Bu iki alim DNT molekulunun ikizəncirli quruluş modelini təklif etmişdir.

Söhbət kimlərdən gedir?

Ceyms Vatson və Franzis Krik

400

Bu canlı (və ya canlılar) suyu püskürdərək əmələ gələn itələmə qüvvəsi nəticəsində irəliyə doğru hərəkət edirlər.

Söhbət hansı hərəkət növündən və hansı canlıdan(və ya canlılardan) gedir?

meduzalar ( kalmarlar)

500

Dünyanın ən böyük toxum anbarı 2008-ci ildə Norveçin Svalbard adasında bir dagın 130 metr dərinliyində inşa edilmişdir. Anbar hər növdən 500 nümunə olmaqla 4,5 milyon toxum nümunəsi saxlama və qoruma imkanına sahibdir. Anbardakı temperatur bəzi toxumların min illərlə öz canlılığını qoruya biləcəyi temperatur olaraq müəyyənləşdirilmiş  -180C-dir. 

 Bu anbar toxumları hansı hallardan qorumaq üçün inşa olunmuşdur?

İqlim dəyişikliklərindən, müharibələrdın, təbii fəlakətlərdən.

500

Onlar qışa ehtiyat üçün palıd, fındıq kimi bitkilərin meyvələrini toplayır. Onlar bu meyvələrin  bir qismini torpağa basdıraraq gizlədir. Hesablamalara görə onlar gizlətdikləri meyvə və toxumların təxminən 10 faizinin yerini unudurlar. Unudulmuş bu toxumlar təbiətin qazancı olur.

Onlar nədir?

Sincab

500

Antifouling(çirklənməyə qarşı) texnologiyalarının əhəmiyyəti nədir?

Dəniz nəqliyyat vasitələrinin və digər sualtı qurğuların səthlərində yosunlar, molyusklar, bakteriyalar kimi otqanizmlərin toplanmasının qarşısı alınır.

500

Bütün təcrübələrini rahibi olduğu kilsənin həyətində əkdiyi noxud bitkiləri üzərində aparmaqla Genetika elminin əsasını qoymuş alim kimdir?

Qreqor Mendel

500

Bu, bitkinin əsas orqanlarından biridir. İnsan orqanizmində də bu adda hüceyrələr var ki, onlar orqanizmin müxtəlif yerlərində müxtəlif hüceyrələrə çevrilməklə zədələnmiş hüceyrələrin və bütün toxumaların yenilənməsində iştirak edir. Bu, həm də çoxmənalı sözdür.

"Bu" nədir?

Kök

M
e
n
u