"X"-in etimologiyası ilə bağlı mülahizələrdə türk, gürcü, meqrel dillərində olan sözlərə rast gəlinir. Bu sözlərin tərcüməsi isə "dağları yaran", "yaxşı su", "bolsulu" mənalarındadır. "X"-i tapın.
Kür çayı
Bir dəfə Ümummilli lider Heydər Əliyev Lənkəran səfərində olarkən "Bacılara" adı dəyişib bunu etməyi təklif etdi. Siz isə bu təklifdən sonra nəyin yarandığını tapın.
Nənələr qrupu
Bu tarixi şəxsiyyət e.ə 47-ci ildə Pont çarı II Farnaka qarşı qazandığı çox sürətli və qətiyyətli qələbədən sonra Roma Senatına göndərdiyi məktubda bu məşhur sözləri yazıb: "Veni, vidi, vici". Sizə isə adı İyul ayı ilə bağlı olan bu tarixi şəxsiyyətin adını və bu məşhur sözlərin tərcüməsini deyin.
Yuli Sezar; "Gəldim, gördüm, qələbə çaldım"
Rəvayətə görə, yaz ayı yaxınlaşan zaman iki dost arasında mübahisə yaranır. Bir dost o birisini oxla vurmaq istəyən zaman bir quş bu hadisə yerindən keçir və ox quşun quyruğunun ortasına dəyir və buradan bir lələk düşür. Həmin quşu tapın.
Qaranquş (Haçaquyruq)
Təsəvvür edin ki, bu ölkədə çoxlu neft və qaz yataqları var idi və ölkənin gəlir mənbəyi bu resurslardan idi. Sonra isə bu "X" ölkəsinin nefti və qazı bitdi və iqtisadiyyat çökdü. Bu hadisə iqtisadiyyatda "X sindromu" adlanır. "X" bir ölkədir və "Lalələr ölkəsi" olaraq tanınır. Bu ölkəni tapın.
Hollandiya (Niderland)
19-cu əsrin sonlarında Londonda və bəzi böyük şəhərlərdə evsizlər üçün sığınacaqlar var idi.
Çox kasıb insanlar cəmi bir neçə qəpiyə gecələmək üçün "X"-i kirayələyirdilər. "X" taxtadan hazırlanırdı və insanın bədən quruluşuna uyğun olaraq aşağıya doğru daralırdı. Bu əşya insanın həyatında həm ilk, həm də ən sonda istifadə etdiyi bir şeydir "X"-i tapın.
Tabut
Ötən əsrin 50-ci illərində bu ölkədə məhsul yığımı artdı. Lakin çox keçmədi ki, bağlarda çəyirtkə, tırtıl və digər zərərverici həşəratların sayı artdı. Sonralar çəyirtkə hücumu nəticəsində ölkədə aclıq başladı. Söhbət hansı ölkədən gedir?
Çin
Müasir kompüterlərin atası sayılan, "Qeyri-səlis məntiq" (Fuzzy Logic) nəzəriyyəsinin müəllifi olan dünyaşöhrətli azərbaycanlı alim kimdir?
Lütfi Zadə
Yunan mifologiyasına görə, Kim, bir dəfə Aresin qılıncını, Afroditanın kəmərini, Poseydonun əsasını və digər tanrıların əşyalarını oğurlamışdı?
Merkuri (Hermes)
Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycanın ən böyük qeyri-neft layihələrindən biri hesab olunan, Bakıdan Türkiyəyə qədər uzanan, Gürcüstandan keçən dəmir yolu xəttinin adı nədir?
Bakı-Tiflis-Qars (BTQ)
Rəvayətə görə, bu tanınmış şəxs Almaniyada bir restoranda şam edir. Restoran sahibinə deyir: "Mən istəyirəm bu restoranın 100 illik gəlirini verim, amma bu gündən bura gələn azərbaycanlılar mənim hesabıma pulsuz yemək yeyəcək". Bu şəxs kimdir?
Hacı Zeynalabidin Tağıyev
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı və hazırda rəsmi
dövlət bayramı kimi qeyd olunan günün adı nədir?
Milli Qurtuluş Günü (15 iyun)