Cümləni oxu. Neçə sözün əks mənası var?
Güllü çox təmizkar qızdır.
Üç sözün əks mənası var.
çox - az
təmizkar - pinti
qız - oğlan
Rəhman 10-10 irəli sayarsa, 3-cü söylədiyi ədəd neçə olar?
30
Himnimizin müəllifləri kimlərdir?
Dövlət gerbimizdə nələr əks olunub?
Əhməd Cavad və Üzeyir Hacıbəyli
Gerbimizdə səkkizguşəli ulduz, alov, sünbüllər, palıd budaqları əks olunub.
Cümlələr hansı fəslə aiddır?
Yarpaqlar saralır.
Quşlar isti ölkələrə uçub gedirlər.
Tez-tez yağış yağmağa başlayır.
Payız fəsli
Oxşayır bir yumağa,
Qorxuram əl vurmağa.
Kirpi
Cümlədəki sözlərin suallarını ardıcıl söylə.
Anam dadlı yeməklər bişirir.
kim? necə? nə? nə edir?
Ana 10dəftər, 3 qələm aldı. Ana cəmi neçə əşya aldı?
10 + 3 = 13
Bir ilimizdə neçə fəsil var?(adlarını sadala)
Bir ilimizdə 4 fəsil var: yaz, yay, payız, qış
Cümlələr hansı fəslə aiddır?
Hamı nazık geyinir.
Adamlar dənizdə çimirlər.
Havalar çox isti keçir.
Yay fəsli
Bostanda bir arvad var,
Paltar geyib qatbaqat.
Kələm
Say bildirən sözləri seç.
az, iki, üç, kitab, ikinci, maraqlı, çox
az, iki, üç, ikinci, çox
6-dan 2 vahid böyük ədəddən 3 çıxdıqda neçə alınar?
6 + 2 = 8
8 - 3 = 5
Xarıbülbül .................. simvoludur.
Xarıbülbül şəhid olan əsgərlərimizin xatirəsinin simvoludur.
Cümlələr hansı fəslə aiddır?
Çaylar daşır.
Ağaclar çiçək açır.
Çəmənlər yaşıllaşır.
Yaz fəsli
Ağzı var, dili olmaz,
Yüz ağac vur çığırnaz.
Balıq
Cümlənin növü?
Dondurma istidə qaldığı üçün ərimişdi
Nəqli cümlə
Məçhul ədədlərin cəmini tap.
4 + .... = 8
8 - .... = 5
.... - 2 = 1
4 + 3 + 3 = 10
Respublikamızın həmsərhəd olduğu dövlətlər hansılardır?
Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran
Cümlələr hansı fəslə aiddır?
Meyvə - tərəvəz az olur.
Hər tərəf ağappaq olur.
Bəzi heyvanlar bir müddət yatır.
Qar fəsli
Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
Arı
Sözləri ardıcıl düzərək cümlə düzəldın.
göyqurşağı ibarətdir rəngdən yeddi
Göyqurşağı yeddi rəngdən ibarətdir.
9 ilə 3 - ün fərqini tapın, alınan ədəddən 2 çıxın.
9 - 3 = 6
6 - 2 = 4
İnsan sağlam olmaq üçün nələri etməlidir?
İnsan sağlam olmaq üçün düzgün qidalanmalı, gigiyena qaydalarına əməl etməli, idman etməli, fəsilə uyğun geyinməlidir.
Qış yuxusuna gedən heyvanlar hansılardır?
Ayı, kirpi, ilan, tısbağa, böcəklər və s.
Nə yerdədir, nə göydə,
Nə göydədir, nə yerdə.
Pəncərə