Biri söz birləşməsi deyil:
A)evdən çıxanda
B)dənizə qədər
C)sonuncu qatar
B)dənizə qədər
Biri ismi birləşmə deyil:
A)sərhədləri qoruyan
B)ipək şal
C)yaşamaq arzusu
A)sərhədləri qoruyan
Biri məsdər tərkibidir:
A)yaratmaq həvəsi
B)aşın qazmağı
C)şəhərdə yaşamaq
C)şəhərdə yaşamaq
Sintaktik əlaqənin neçə növü var və hansılardır?
2-tabeli və tabesiz
Biri mürəkkəb addır:
A)Qarabağ
B)dağın yamacı
C)Xəzər dənizi
C)Xəzər dənizi
Biri sərbəst söz birləşməsi deyil:
A)dərs oxumaq
B)tarixi abidə
C)cavab vermək
C)cavab vermək
Hansı ismi birləşmənin asılı tərəfini müəyyən yiyəlik hala çevirmək olmur?
A)saat əqrəbi
B)alma qabığı
C)futbol meydançası
C)futbol meydançası
Biri feili birləşmə deyil:
A)su içərkən
B)kömək etmək
C)dərindən düşünən
"Mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm" cümləsində hansı sözlər arasında tabesizlik əlaqəsi var?
sənə və Elxana
Mürəkkəb adlardan biri səhv yazılıb:
A)Nizami Gəncəvi
B)Nəsimi rayon Təhsil şöbəsi
C)Orta Paleolit Dövrü
B)Nəsimi rayon Təhsil şöbəsi
sifət+isim quruluşuna uyğun gələn birləşmə
A)dəri çanta
B)süzgün baxışlar
C)çoxdan gələnlər
B)süzgün baxışlar
II növ təyini söz birləşməsi hansıdır?
A)sənətkarın qüdrəti
B)çiyin ağrısı
C)bizim şəhərimiz
B)çiyin ağrısı
feili bağlama+feili sifət quruluşuna uyğun gələn birləşmə hansıdır?
A)gülə-gülə qaçan
B)yuxarı baxan
C)ilbəil artdıqca
A)gülə-gülə qaçan
"Mən indi dostlarımı tez-tez xatırlayıram" cümləsində uzlaşma əlaqəsi hansı sözlər arasındadır?
Mən-xatırlayıram
Mürəkkəb adlardan hansının birinci tərəfi dörnaq içində yazılmalıdır?
A)Milli Ordu
B)Koroğlu operası
C)Qələbə meydanı
B)Koroğlu operası
"sizə zəng edərkən" birləşməsinin quruluşu?
sadə
"Mən babama həmişə yeni kitablardan danışardım" cümləsində işlənən ismi birləşmə?
yeni kitablar
"Qaranlıqda azaraq yolumuzu itirdik" cümləsində işlənən feili birləşməni göstərin və növünü qeyd edin:
Qaranlıqda azaraq-feili bağlama tərkibi
"Coşqun dalğalar sahili döyəcləyirdi" cümləsində hansı sözlər arasında idarə əlaqəsi var?
sahili-döyəcləyirdi
Biri dırnaq içərisində yazılmamamılır:
A)"Səhər" romanı
B)"Lalə" kafesi
C)"Sakit" okean
C)"Sakit" okean
"bütün keçilənləri təkrarlayanda" birləşməsinin əsas tərəfi hansı nitq hissəsidir?
əvəzlik
"Nəfis tərtib olunan kitabda şairin lirik şeirləri əksini tapıb" cümləsində işlənən ismi birləşmə hansıdır?
şairin lirik şeirləri
"Evində səliqə yaratmaq onun borcudur" cümləsində işlənən feili birləşməni göstərin və növünü qeyd edin
Evində səliqə yaratmaq-məsdər tərkibi
"Biz şəhərin kənarında təzə ev tikdirdik" cümləsində yanaşma əlaqəsi hansı sözlər arasındadır
təzə ev
Hansı mürəkkəb adın yazılışı düzgündür?
A)"İstiqlal" ordeni
B)Mərkəzi Seçki komissiyası
C)Şuşa Qalası
A)"İstiqlal" ordeni