Bir versiyaya görə ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib. Musiqinin adını deyin
Sarı gəlin
Terri Praçet-in sözlərinə görə bütün göbələkləri yemək olar. Bəzi göbələkləri yalnız X dəfə yemək olar. X-i tapın.
1 (Bir)
Con Kennedi sevimli itini bu ölkədə olarkən cəmi 7 dollara almış və ona "təşəkkür" sözündən təsirlənərək "Danker" adını vermişdi. Hansı ölkədə?
Almaniya
Sietelde yaşayan Edit adlı yaşlı qadın,uzun illər tikinti şirkətlərinin sahiblərini böyük məbləğ təklif etməsinə baxmayaraq,öz evini satmaqdan imtina edir.2006cı ildə həyatını itirən Editin evini şəhər icra hakimiyyəti sökməyə icazə vermir,cünki evi bu ekran işindən sonra yüzlərlə turist görməyə gəlir.Hər il Editin ölüm günündə evim damında coxlu sayda hellium şarları bağlayırlar. Bu hadisə əsasında çəkilmiş cizgi filmin adını deyin.
Up
"Pıspısa xanım və Siçan bəy" cizgi filminin toy səhnəsində musiqi sədaları altında Pıspısa xanımın əlində BU məişət əşyasını görə bilərik. Hansı?
Nəlbəki
İngiltərədə ONA sahib olanlar bəxti gətirmiş hesab olunur. Amma ölkəmizdə ONUN sizin yolunuza çıxmasının nəhs əlamət olduğuna inanırlar. Nəyin?
Qara pişik
Başqa bir şəxslə ad oxşarlığına baxmayaraq BU salat adını onu ilk dəfə hazırlayan aşpaz Kardininin adından almışdır. Salat mətbəxdə sıxlıq olduğundan kahı toyuq və digər inqrediyentləri qarışdırmaqla yaranmışdır. Salatın adını deyin.
Sezar salatı
"Qulliverin səyahətləri"-də yazıçı Sviftin haqsızlıq və ədalətsizliyin baş alıb getdiyi bir ölkə kimi təsvir etdiyi Langden məhz bu ölkənin adının anaqramı ilə yaradılmış bölgədir. Hansı ölkə?
İngiltərə
Yuxu idarəedici, Rileyin anası, Rileyin atası, Qorxu, Qəzəb, Bing Bong, Üzüntü. Sadalanan personajların aid olduğu filmi deyin.
Inside out
Səhifələrdən biri qeyd edir ki, əgər siz televizor pultunu itirmisinizsə, o 50% ehtimalla divanın altındadır. Bəs 4% ehtimalla pult mətbəxdə nəyin içindədir ?
Soyuducu
Prezidentin 2006-2010-cu illərdə ölkəmizdəki ekoloji vəziyyətin düzəldilməsi haqqında tədbirlər planı əsasında 2011-ci ildə BURADA işlər başladı. Harada?
Ağ şəhər
İlk dəfə XVIII əsrdə yoxsul kəndlilərin tərəvəz qalıqlarından hazırladığı BU yemək XX əsrdən sonra dünya mətbəxində məşhurlaşmışdı. 2005-ci ilə aid cizgi filminin son səhnələrində BU yemək servis edilir. Hansı yemək?
Ratatuy
Conatan Sviftin "Qulliverin səyahəti" kitabında İngiltərənin xəyali versiyası kimi yaradılmış Langden ölkəsi ilə yanaşı bu coğrafi bölgəni bildirən Tribnia adlı ölkənin də adı çəkilir. Hansı bölgə?
Britaniya
Monstrlar tətildə” cizgi filmində müxtəlif məxluqlar yaxşı vat keçirmək üçün otelə gəlirlər. Qonaqlardan birinə müraciət edən otel sahibi ironiya ilə qeyd edir ki, onu görməyə şaddır. Bu qonağın kim olduğunu tapın.
Gözəgörünməz adam
Bir məqalədə məşhur insanların onları parodiya edənlərə rəğbətindən danışılır. Bəs həmin məqalədə həm də hansı məişət əşyası xatırlanır?
Güzgü
BURADA əməliyyatlar ümumiyyətlə iştirakçıların qiymət yoxlamaları və ya vergidən qaçması nəticəsində meydana gəlir.
Qara bazar
Bir lətifədə ac canavarın qabağından qaçıb gedən dovşanı o X adlandırır. İlk X 1921-ci ildə Kanzasda açılıb. X-ı 2 əcnəbi mənşəli sözlə deyin.
Fast food
Sinkler Lüisin "Bu mümkün deyil" adlı novellasında ABŞ-da seçkilər zamanı daha çox demokratiya və azadlıq istəyən gənc məhz bu Afrika ölkəsinə nazir təyin edilmişdi. Hansı ölkəyə?
Liberiya
Coco cizgi filmində “Ölülər bayramı” zamanı oğurluğa gedən şəxs şüşəni qırmaq üçün BUNU gözləyir. BUNU deyin.
Atəşfəşanlıq
Oliver Neil sənədli filmdə Britaniyadakı daş dövrünə aid Orkni yaşayış məskənini araşdırır. Britaniyanın digər yaşayış məskənlərinə evlərin dizaynı və məişət əşyalarının quruluşunun buradan yayıldığını deyərkən Orknini 1943-cü ildə yaradılmış şirkətlə müqayisə edir. Həmin şirkətin adını deyin.
IKEA
Böyük Eddaya görə, Torun çəkicini oğurlayan nəhəng Trimskvida gəlin kimi Freyanı tələb edir. Lakin tanrılar Toru bəzəyərək nəhənglərin yanına göndərirlər. Loki isə nəhənglərə onun üzünün və gözlərinin Freyanınkına bənzəmədiyini deyir. Bu məlumatların götürüldüyü vikipediya məqaləsinin adını deyin.
Qırmızıpapaq
İspan mətbəxinin əsas yeməklərindən biri olan "Jamon iberico beyota" qara İber donuzlarından hazırlanan vetçinadır. Bu yemək əsl sənət olaraq qəbul edildiyindən ətin keyfiyyəti yoxlanılmalıdır və mütəxəssislər bunun üçün təamın dadına təsir etməmək şərti ilə xüsusi iynə vasitəsilə vetçinanın üzərində bir neçə dəlik açırlar. Bəs həmin iynə nədən hazırlanır?
Heyvan sümüyündən
Yunancadan tərcümədə "Hind adaları" kimi tərcümə olunan buradan tapılmış ən qədim insan qalıqları "Yava adamı" adlanır. Buranın hansı ölkə olduğunu deyin.
İndoneziya
Roy Atvvell, Pinto Colvig, Otis Harlan, Pinto Colvig, Scotty Mattravv, Billy Gilbert, Eddie Collins 1937-ci ildə məhz onları səsləndirmişdilər.
7 cücələr
Çaxmaqdaşlar cizgi serialı daş dövründə cərəyan edir, ona görə də bəzi məişət əşyaları olduqca qeyri-adi görünür. Cizgi serialında mamont balası hansı cihaz kimi istifadə olunur?
Tozsoran