Ölüm cəzalarının daha ağrısız olması məqsədilə yeni bir cihaz yaradan bu ölkənin tarixində baş verən bir hadisə varki hələ də xatırlanır və bu bir mövsümə bərbər götürülür. Söhbət hansı hadisədən gedir?
Varfolomey gecəsi
Kitabın üz qabığında gözləri təsvir edilən lakin, burunu olmayan hissiyyatlı dodaqları və sol gözündən axan göz yaşı ilə təsvir edilmiş bu kitab daha sonradan filmə uyğunlaşdırılmışdır. “Beləliklə, biz davam edirik, axınla üzən qayıqlar kimi, daim keçmişə doğru geri itələnərək.” sözləri ilə bitən bu kitab hansıdır?
The Great Gatsby
Boş olanda susur, dolu olanda dəyər qazanır. Öz-özünə qiymətsizdir, amma ona toxunan hər fikir onu yenidən doğurur. Həm mədəniyyətin kövrəkliyi, həm də davamlılığının rəmzidir. Söhbət nəyin kəşfindən gedir ?
Kağız
Qorxu dolu bu film əslində məhşur bir yazıçının əsərindən götürülmüş olsa da, hadisələr bir qədər dəyişdirilmişdir. Hadisələr insan psixikasının labirinti kimi təqdim olunan bir məkanda baş verir. Qəhrəmanın telepatik gücü və paranormal hadisələr filmin hər hissəsində var. Filmdə qışın izolyasiyanı da hiss etmək olur. Bu hansı filmdir?
The Shining
Fantastik kitabların əvəzolunmaz yazıçısı qəhrəmanlarının başına gəlmiş hadisələrə görə tanılır. Fantastika, intiriqa, ölüm, yenidən dirilmə, vuruşma, fantastik məxluqlar məhz olun kitabının bir parçasıdır. Bu hansı yazıçıdır?
G.R.R.Martin
Şəklində bir-birilərinə baxan iki canlı var. Biri Thomas Nast-in təsvir etdiyi kimi incə, uzun və cizgili paltarları ilə tanılarkən, digəri isə təhdidkar və oyunbaz görsənir.Elə bir təsvir ki, səssizliyin içindəki fəryadı əks etdirir. Sizcə bu şəkil hansı hadisəyə aiddir?
Soyuq Müharibə
Cəmiyyətin qayda-qanunlarına tabe olmaqmı yoxsa öz ürəyindəki sevginin arxasınca gedməkmi? Zərif, cəsarətli, faciəli bir qəhrəmanın sonu Aqata Kristinin əsərlərinin birinin məkanına çevrilmiş yerdə baş verir. Söhbət hansı əsərdən gedir?
Anna Karenina
Qədim misirlilər günəşin kölgəsinə güvəndi, yunanlar xronosu tanrılaşdırdı, orta əsrlərin alimləri isə qumun axışına qulaq kəsildi. Bütün bu müxtəlif mədəniyyətlər bir sirrin ardınca gedirdi. Sirri tapdınsa onu əks etdirən kəşfin nə olduğunu de.
Saat
Elmi fantastik, 2014-cü ildə çəkilən bu film zaman, cazibə qüvvəsi, qravitasiya kimi elmi prinsipləri özündə əks etdirir. Filmdə ailə, sevgi münasibətləri də yer alır. Ən yaxşı vizual effektlər kateqoriyasında isə oskar mükafatına layiq görülüb. Söhbət hansı filmdən gedir?
Interstellar
Bu şəxs müharibə zamanı etdikləri ilə yadda qalır. Onun və komandasının etdikləri müharibənin axışını tamamilə dəyişdi. Müharibədən sonrakı araşdırmaları isə komputer texnologiyası, süni zəka və kriptoqrafiya sahəsində ilkin addımların atılmasına səbəb oldu. Bu şəxs kimdir?
Alan Turing
Bəzi müharibələr var torpaqları genişləndirmək üçün aparılar, bəziləri ticarət yolları açmaq üçün, bəziləri öz güclərini artırmaq üçün, bəziləri isə din üçün, bəziləri ilə təkrar-təkrar tarixdə yenidən baş verir. Bəs hamısı birləşdirsək hansı müharibə alınar?
Səlib yürüyüşləri
Sadə həyatdakı dərin mübarizəni əks etdirən bu kitab gücün fiziki deyil, ruhdakı əzmkarlıqla ölçüldüyünü bildirir. Bu hansı kitabdır?
Qoca və Dəniz
O, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır. Zamanla bu kəşf qatilləşdi,çevikləşdi, gücləndi nəhayət sivilizasiyanın sürətini müəyyən edən bir kəşfə çevrildi.
Avtomobil
Hadisələrin böyük bir hissəsi bütünlüklə otaqda baş verir və filmin böyük bir hissəsi dialoqlardan ibarətdir. Film fəlsəfi düşüncə və insan tarixini əks etdirir. Uzun müddət yaşayan bu qəhrəmanın həyatı dostları ilə müxtəlif düşüncələr barəsində fikir mübadiləsi aparmasına səbəb olur. Sizcə bu, hansı filmdir?
The Man from Earth
XX əsr incəsənət dahisi olmuş bu şəxsin adı 93 hərfdən ibarətdir. Biz onun ad və soyadını tam adının birinci və sonuncu sözləri şəklində tanıyırıq. Mavi və çəhrəyı dövrlər yaradıcıllığının ən vacib dövrüdür ki, mavi dövr əsasən yoxsulluq və sosial ədalətsizlik, çəhrəyı dövr isə isti tonlar teatr və sirk mövzuları ön planda idi. Söhbət kimdən gedir?
Pablo Picasso
Ən böyük hadisələr bir gözəllik üstündə başlayan kiçik bir mübahisədən yaranır. Bir çox insanın taleyi birdəfəlik dəyişdi, amma səbəbi yalnız bir şəxsin qərarı idi. Lakin mübahisənin sonu hədiyyə ilə bitdi. Söhbət hansı hadisədən gedir?
Troya Müharibəsi
Köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşən qəhrəmanın adı ilə kitabın adı eynidir. Onla tanış olan hər kəs onu dəli hesab edir. Söhbət hansı kitabdan gedir?
Don Kixot
Çox rahatlıqla bir yerdən başqa yerə daşıması mümkün olan bu qurğu “Göydən gələn səs” və ya “görünməz tellərlə danışıq” olaraq dəyərləndirilirdi. Söhbət hansı kəşfdən gedir?
Radio
Filmin qəhrəmanı tarixən baş vermiş bir çox hadisələrdə təsadüfən iştirak edib. Müharibələrdə iştirak etməklə bərabər eyni zamanda filmdə onu bir qadına vurulmuş halda da görürük. Həyatdakı gözlənilməzlikləri əks etdirən şkolad qutusu isə filmin simvolik obyektidir. Bu hansı filmdir?
Forrest Gump
Çin cəmiyyətində mühim rola sahib olan bu şəxs sənət, dövlət idarəçiliyi və təhsil sistemində də özünü göstərmişdi. Onun fikirləri digər ölkələrə də yayılmış və İKS təlimi adı verilmişdir. İKS və şəxsin adı eynidir. İKS nədir?
Konfutsi
Tarixən baş vermiş bu hadisəni təsvir edərkən bəzi yazıçılar incə,gözəl lakin, boynu bir az bükük qadın kimi təsvir etdikləri bu obyekt həmin tarixi hadisənin də rəmzidir. Bəs bu hansı tarixi hadisədir?
20 Yanvar
Ağlamaq istədiyi vaxtda ondan gülməyin tələb edildiyi bir dövrdə “Adam hər şeydən bezir, amma kitabdan doymur!” deyirdi əsərin baş qəhrəmanı. Kitab romantizm, sevgi, yanlış anlaşılmalar və məcburiyyətlərlə doludur. Bu hansı kitabdır?
Qürur və qərəz
Petr Vayl bir əşyasını itirdi və bundan sonra ibadət edən yerli sakinlərə baxmağa məcbur oldu.Həmin əşyanı tapın.
Kompas
Qısqanclıq, tənha olmaq və başqalarının xoşbəxtliyinə nifrət etmək qəhrəmanın əsas xüsusiyyətləridir. Səs-küyü və insanları sevməyən bu qəhrəmanın xarakteri film boyunca inkişaf edir və tamamilə dəyişir. Xüsusi ilə ilin bir mövsümü varki həmin vaxt hər kəs onu izləyir. Bu hansı filmdir?
Grinch
Makedoniya şəhərində doğulan bu şəxs dövlət formasını təhlil etmiş və demokratiya, monarxiya və aristokratiya kimi idarəetmə sistemlərini müqayisə etmiş, heyvanları müşahidə etmiş və onların təsnifatını aparmışdır. Ədəbiyyat və nitq sənəti ilə də əlaqədar bir sıra yazıların müəllifi olmuşdur. Bu şəxs kimdir?
Aristotel