Dırnaqlı Heyvanlar
Xalçalar
Çörəkli Mövzu
Göllər
N...N
10

Türkmənistanda mayda xalça bayramı qeyd edilən həftənin günü

Bazar günü

10

Ölkəsinə görə Afrikada beşinci olan ölkəyə adını vermiş göl. Ölkənin sahəsi təxminən 1 milyon 300 min kvadrat kilometrdir.

Çad
10

Şad hadisə və ya işarə

Nişan

20

Erkəkləri bir-biri ilə uzun boyunları ilə vuruşan, yırtıcılardan isə nəhəng dırnaqları ilə özünü müdafiə edən heyvanlar.

Zürafə

20

Harri Potter haqqında romanların qəhrəmanı Tacir Əli Bəşirin satdıöı xalçalar.

Uçan xalça

20

Hindistan yarımadasında geniş yayılmış buğda unundan bişirilmiş  lavaş. Hind dilində "Çapna" yaymaq deməkdir, yəni, xəmiri yaymaq.

Çapati

20

Yer kürəsinin ən iri içməli su ehtiyatı hesab olunan beş Şimali Amerika gölündən ibarət sistem.

Böyük göllər

20

Bir yerə qalxmaq və ya enmək üçün vəsait.

Nərdivan

30

Dəvənin dünyadakı ən quru səhra olan Atakamada özünü yaxşı hiss edən qohumu

Lama

30

165 il əvvəl ixtiraçısı Deniel Hessin xalça süpürən adlandırdığı məişət əşyası. Təbii ki, elektrikli deyil, mexaniki idi.

Tozsoran

30

Səhranın ağ günəşi filminin qəhrəmanı Görmükçü Vereşaginin artıq görmək istəmədiyi deklates. Əvəzində həyat yoldaşından bir qədər çörək tapmasını xahiş etmişdi.

Qara kürü

30

Şahbuz Dövlət Təbiət Qoruğunun bir hissəsi olan gözəl göl.

Batabat

30

Hər il ictimai televiziya efirində düz 30 şou keçirən aparıcı.

Nərmin(Knyazlı)

40

IX əsr filosofu Əl-Cahizin sözlərinə görə, insanın qayğısına qalmalı olduğu heyvan. Bundan başqa atasına qulaq asmalı, qonağa ehtiram göstərməli və alimə hörmət etməlidir.

At

40

Əsli Viktoriya və Albert muzeyində, surəti isə Azərbaycan Müasir İncəsənət muzeyində saxlanılan Ərdəbil xalçası.

Şeyx Səfi xalçası

40

Çörək bişirilməsi üçün istifadəyə yararlılıq keyfiyyəti Aleurometrlə yoxlanılan xammal.

Un

40

İlk iki İnk hindularının, ər və arvadın yarandığı göl. Təbii ki, rəvayətə görə.

Tikikaka

40

Üst qatı tüksüz olan və şaftalıya bənzəyən meyvə.

Nektorin

50

15 il əvvəl Qaxın Acınöhür çölündə reintroduksiyası başlamış, Şirvan qoruğunda isə sayı 6 mindən çox olan heyvan.

Ceyran

50

Ötən il Laçında sahilində "Xalça belə yarandı" sərgisi keçirilən çay.

Həkəri çayı

50

"Əgər çörək yoxdursa, Pirojna yesinlər" ifadəsini heç zaman söyləməmiş kraliça. Bu ifadəni filosof Jan-Jak Russo yazıb.

Maria Antuanetta

50

Qədimdə Biana adlandırılan Türkiyədə göl.

Van Gölü

50

Kiçik instrumental musiqi əsəri. Əfrasiyab Bədəlbəyli musiqi lüğətində izah edir ki, Fransızca gecə mahnısı mənasını verən sözdən götürülüb.

Noktörn