Şokun hansı mərhələsində qan təzyiqi normal qala bilər, lakin toxuma hipoksiyası artıq başlamış olur?
Kompensator mərhələ.
Kəskin sağ mədəcik çatışmazlığında aşağıdakılardan hansı daha tipikdir?
Boyun venalarının dolğunluğu
Xəstədə aşağıdakı əlamətlər var:
arterial hipotenziya
boyun venalarının dolğunluğu
ürək tonlarının zəifləməsi
👉 Bu triada necə adlanır və hansı patologiyaya xarakterikdir?
Beck triadası — ürək tamponadası.
Kəskin ST elevasiyalı miokard infarktında ən effektiv müalicə prinsipi nədir?
Koronar arteriyanın mümkün qədər tez reperfuziyası
(angioplastika və ya tromboliz).
Şokun hansı mərhələsində qan təzyiqi normal qala bilər, lakin toxuma hipoksiyası artıq başlamış olur?
Kompensator mərhələ.
Diferensial diaqnoz:
Kəskin ürək çatışmazlığı ilə pulmonar emboliyanı fərqləndirən əsas klinik ipucu nə ola bilər?
Pulmonar emboliyada:
qəfil başlanğıc
sinə ağrısı
hipoksemiya
sağ ürək yüklənməsi
Ürək tamponadasının hansı formasında sol mədəcik diastolada dola bilmir
Aşağı təzyiqli
Niyə diabetli xəstələrdə miokard infarktı bəzən ağrısız (silent MI) ola bilər?
Diabetik autonom neyropatiya ağrı impulslarının ötürülməsini azaldır.
Şok zamanı hüceyrə səviyyəsində aşağıdakılardan hansı hadisə ilk olaraq baş verir və sonrakı sistemik zədələnmələrin əsasını təşkil edir?
Mitoxondrial oksidləşmənin pozulması
Klinik qərarvermə:
Kəskin sol mədəcik çatışmazlığı olan xəstəyə niyə böyük həcmdə maye infuziyası vermək təhlükəlidir?
Çünki Ürəyə qayıdan venoz qanın miqdarı artması pulmonar venoz təzyiqi daha da artıraraq ağciyər ödemini ağırlaşdırır.
Aorta diseksiyası ilə fərqləndir
ürək tamponadası törətmirsə adətən vidaci venaların gərginləşməsi olmur, paradoksal nəbz olmur.
Bir xəstədə 80% LAD stenozu var, lakin istirahətdə simptom yoxdur.
👉 Buna baxmayaraq niyə fiziki yüklənmə zamanı stenokardiya yaranır?
Çünki stenoz koronar axının rezervini azaldır və yük zamanı miokardın oksigen tələbatı artdıqda qan axını artırıla bilmir.
Bir xəstədə aşağıdakı göstəricilər var:
TA – 90/60
Nəbz – 110
Dəri – isti və qızarmış
Laktat – yüksək
👉 Bu klinik vəziyyət hansı şok tipinə daha çox uyğun gəlir?
Septiki şok
Kəskin sol mədəcik çatışmazlığı zamanı ağciyər ödeminin əsas patogenetik mexanizmi hansıdır?
Sol mədəcik boşala bilmədiyi üçün sol qulaqcıq təzyiqi artır → pulmonar venoz təzyiq yüksəlir → kapilyar hidrostatik təzyiq artır → maye alveollara keçir.
Exokardioqrafik əlamətlər hansılardır
Perikarda boşluğunda maye
Ürək boşluqlaraının kollapsı
Tənəffüs vaxtı trikuspidal axın və həcmdə dəyişikliklər
Koronar arteriyanın kritik stenozu olan xəstədə niyə hipotoniya miokard işemiyasını daha da ağırlaşdırır?
Çünki koronar perfuziya təzyiqi aorta diastolik təzyiqindən asılıdır, hipotoniya isə bu təzyiqi azaldır.
60 yaşlı xəstə:
kəskin döş ağrısı
TA 70/40
ağciyərlərdə yaş xırıltılar
soyuq dəri
👉 Bu xəstədə mayə resusitasiyasını niyə ehtiyatla aparmaq lazımdır?
Çünki bu vəziyyət kardiogen şoka uyğundur və maye yüklənməsi ağciyər ödemini ağırlaşdıra bilər.
Hipovolemik şokda vazopressorların erkən verilməsi niyə təhlükəli hesab olunur?
Çünki intravaskulyar həcmi bərpa etmədən vazokonstriksiya mikrosirkulyasiyanı daha da pisləşdirir.
Ürək tamponadasında niyə ürəyin diastolik dolması azalır?
Perikard boşluğunda təzyiq ↑
→ ürək boşluqları sıxılır
→ ventrikulyar dolma azalır
→ ürək çıxışı azalır.
65 yaşlı kişi xəstə fiziki gərginlik zamanı döş sümüyü arxasında sıxıcı ağrıdan şikayət edir. Angioqrafiyada LAD arteriyasında 75% stenoz aşkarlanır.
Lakin maraqlıdır ki, istirahət zamanı:
EKQ normaldır
ağrı yoxdur
troponin normaldır.
👉 Niyə belə kritik stenoz olmasına baxmayaraq istirahət zamanı miokard işemiyası inkişaf etmir, lakin fiziki gərginlik zamanı stenokardiya yaranır? Patofizioloji mexanizmi izah edin.
İstirahət zamanı koronar qan axını autorequlyasiya mexanizmləri ilə kompensasiya olunur (arteriolaların dilatasiyası).
Lakin stenoz koronar rezervi azaldır.
Fiziki gərginlik zamanı:
miokardın oksigen tələbatı ↑
→ koronar axın daha artıq artmalıdır
→ stenoz buna imkan vermir
→ subendokardial işemiya və stenokardiya yaranır.