Litium və Kalium elementlərinin kimyəvi simvolları necə yazılır?
Li - Litium
K - Kalium
Etil spirti+su qarışığını hansı üsulla ayırmaq olar?
A) buxarlandırma
B) distillə
C) durultma
D) süzmə
B) distillə
Qumun və şəkərin kimyəvi formulu necə yazılır?
SiO2--qum
C12H22O11--şəkər
Aşağıdakı maddələrin hansının həllolması temperatur artdıqca artır?
A) oksigen
B) karbon qazı
C) şəkər
D) hidrogen qazı
C) şəkər
Br və C hansı elementlərin simvoludu?
Brom
Karbon
Ayrıcı qıfla ayırma üsulu hansı fiziki xassənin müxtəlifliyinə əsaslanır?
A)sıxlığın
B) həllolması
C) kütləsi
D) ərimə temperaturu
A) sıxlığın
Etil spirti molekulunda atom sayını müəyyən edin?
A) 5
B) 6
C) 7
D) 9
D) 9
Hansı hallarda oksigen qazının suda həll olması artır?
1. Temperaturu artırdıqda
2. Təzyiqi artırdıqda
3. Temperaturu azaltdıqda
4. Təzyiqi azatdıqda
2 və 3
Azot və fosforun kimyəvi simvolu necə yazılır?
N- Azot
P- Fosfor
Uyğunluğu müəyyən edin.
1. Kimyəvi element
2. Kimyəvi birləşmə
a) Na
b) H2O
c) Ca
d) NaCl
1) a,c
2) b,d
Xörək duzunun və sirkə turşusunun formulunu müəyyən edin?
A) H2O və NaCl
B) Na2SO4 və CH3COOH
C) NaCl və NH4OH
D)NaCl və CH3COOH
D) NaCl--- Xörək duzu
CH3COOH---Sirkə turşusu
100 ml suda 400C temperaturda a qram 700C temperaturda isə b qram xörək duzu həll olur. a və b ni müqayisə edin.
A) a=b
B)a>b
C)b>a
D)b=a+1
C) b>a
Hg və Cu hansı elementlərin simvoludu?
Hg- Civə
Cu - Mis
Qarışıqların hansı ayırma üsulunda həm buxarlanma həm də kondensasiya prosesləri baş verir?
Distillə
Xarakterik iyli, rəngsiz, uçucu mayedir. Suda yaxşı həll olur. Yaxşı həlledici olduğu üçün boya ləkələrinin təmizlənməsində istifadə olunur.
Bu ifadələr hansı maddəyə aiddir?
Aseton-- C3H6O
Bərk maddələrin həll olması temperatur və təzyiqlə necə asılıdir?
Bərk maddələrin həllolmasına təzyiq təsir etmir.
Temperaturu artırdıqda isə bərk maddələrin həll olması artır.
Xörək duzunun və etil spirtinin tərkibində hansı kimyəvi elementlər var?
Xörək duzu-NaCl
Etil spirti-C2H5OH
Tərkibindəki kimyəvi elementlər Na, Cl, C, O, H
Qum və duz qarışığını bir-birindən necə ayırmaq olar?
A)buxarlandırma
B) distillə
C) Suda həll etmək, süzmək, buxarlandırmaq
D) Suda həll etmək, süzmək
C) Suda həll etmək, süzmək, buxarlandırmaq
7-ci sinif şagirdi Ayselə dostu söhbət əsnasında boğazının ağrıdığını bildirdi. Aysel dostuna müraciət edərək dedi: Bu gün kimya müəlliməmiz izah etdi ki, X maddəsi bakteriyaları öldürmək üçün antiseptik maddədir. Ondan boğaz ağrısını sakitləşdirmək, dişəti qanamasının qarşısını almaq üçün istifadə olunur.
X maddəsini müəyyən edin?
Hidrogen peroksid---H2O2
500C temperaturda kalium xlorid maddəsinin 90 qramı 200 ml suya əlavə edilir və məhlul yaradılır. Neçə qram duz qabın dibinə çökər?
(kalium xlorid maddəsinin 500C temperaturda həllolma qabiliyyəti: 40q/ 100ml su)
A) 10 B) 5 C) 15 D)20
40qr-----100ml
X--------200 X=80 qr
90-80=10
A) 10