Dövlət
Uzun Həsən
Ağqoyunlu
Trabzon
100

1472-ci ildə baş vermiş hansı döyüşdə Osmanlı qüvvələri qalib gəldi?

Beyşehir döyüşündə.

100

Uzun Həsənin varisləri dövründə dövlətin zəifləməsinin əsas səbəbləri kimi nələr göstərilir?

  • Daxili çəkişmələrin güclənməsi, iri feodalların mərkəzi hakimiyyətə tabe olmaq istəməməsi və vergi islahatlarına qarşı çıxan qiyamlar.

100

Şərqdə və Avropada tanınan yeganə diplomat qadın kim idi?

Sara xatun (Uzun Həsənin anası).

200

Dövlətin paytaxtı harada yerləşirdi?


Təbriz şəhərində.

200

Uzun Həsən 1467-ci ildə hansı döyüşdə qalib gələrək rəqib sülalənin hakimiyyətinə son qoydu?

Muş döyüşündə (Baharlı sülaləsinə qarşı).

200

Moskva knyazı III İvan 1475-ci ildə Bayandurlu sarayına niyə elçi göndərmişdi?

  • Ticarət əlaqələrini genişləndirmək və Qızıl Orduya qarşı birgə mübarizə aparmaq üçün.


200

Uzun Həsənin xarici siyasətində Trabzon məsələsi niyə bu qədər mühüm yer tuturdu?

Çünki Trabzon vasitəsilə Azərbaycan tacirləri Qara dənizə çıxış əldə edirdilər və bu, Avropa ilə birbaşa əlverişli ticarət yolu idi.

300

1473-cü il avqustun 1-də baş vermiş Malatya döyüşü necə nəticələndi?

Uzun Həsən Osmanlı qüvvələrini pusquya salaraq qalib gəldi.

300

Uzun Həsəndən sonra hakimiyyətə kim gəldi və onun siyasəti necə idi?

  • Yaqub padşah (1478–1490). O, daxili sabitliyi qorumağa çalışmış, Şirvanşahlarla dostluq münasibəti saxlamışdı.

300

Bayandurlu nəslinin nümayəndəsi olan Qara Yuluq Osman bəy hansı əsrdə və harada hakimiyyət qurmuşdu?

  • XIV əsrin sonunda, mərkəzi Diyarbəkir olan feodal hakimlik yaratmışdı


300

Otluqbeli döyüşü nə vaxt baş verdi və kimin qələbəsi ilə başa çatdı?


1473-cü il avqustun 11-də; odlu silahdan geniş istifadə edən Osmanlı sultanı II Mehmet qalib gəldi.

400

"Qanunnamə" islahatının əsas məqsədi nə idi?

Vergiləri nizama salmaq, daxili sabitliyi təmin etmək və iqtisadi vəziyyəti qaydaya salmaq.

400

Uzun Həsənin ordunu gücləndirmək üçün atdığı ən mühüm addım nə idi?


Nizami ordu yaratmaq və odlu silah istehsal etməyə təşəbbüs göstərmək.

400

XV əsrin ikinci yarısında Azərbaycanın Avropa ilə ticarət əlaqələrinə hansı hadisə ağır zərbə vurdu?

Qara dəniz boğazlarının və Kiçik Asiyadan keçən yolların Osmanlı dövlətinin nəzarətinə keçməsi.

400

Uzun Həsən Osmanlıya qarşı hərbi ittifaq qurmaq üçün hansı Avropa dövlətləri ilə əlaqə yaratmışdı?

Venesiya, Vatikan, Neapol, Macarıstan və Kipr krallığı ilə.

500

1500-cü ildə "Əbhər sazişi"nə əsasən dövlət hansı iki hissəyə bölündü?

Əlvənd mirzəyə Azərbaycan və Şərqi Anadolu; Murad mirzəyə isə İran, Kirman və İraq (Ərəb və Əcəm İraqı) çatdı.

500

Sara xatunun II Mehmetlə 1461-ci ildə apardığı danışıqların iki əsas vəzifəsi nə idi?

Birincisi, II Mehmeti müharibə fikrindən daşındırmaq; ikincisi, Trabzonun fəthinə imkan verməmək.