2007-ci ildə ekranlaşdırılmış "Cavid Ömrü" filmində aktyor Ramiz Sərkərovun canlandırdığı şəxs
Üzeyir Hacıbəyov
Dnepr çayının Qara dənizə tökülməzdən əvvəl axıb keçdiyi dənizə çıxışı olmayan ölkə
Belarus
Mendeleyev cədvəlinin 101-ci elementi
Mendelevium
XX əsrin sonlarında meydana çıxan və insanın iqtisadi fəaliyyətinin ətraf mühitə mənfi təsirinin azaldılması zərurətini vurğulayan tendensiya.
Yaşıl iqtisadiyyat
Qanın tənəffüs funksiyasını təmin edən piqment
Hemoqlobin
Koreya dilində "böyük qardaş" mənasını verən "oppa" sözünü tez-tez eşidə biləcəyiniz 2012-ci ilin hiti
Gangnam Style
Boliviya ilə sərhədinin bir hissəsinin Laguna Mandiore gölündən keçdiyi dövlət
Braziliya
Ölümünün 700-cü ildönümünə həsr olunmuş poçt markasında təsvir olunan riyaziyyatçı. Həndəsədən beş alanlar, yəqin ki, asanlıqla tanıyacaq.
Nəsirəddin Tusi
Bayrağını gördüyünüz Osmanlı İmperiyasının Tripolitaniya əyalətinin hal-hazırda yerləşdiyi Afrika ölkəsi.
Liviya
1837-ci ildə əsası qoyulmuş, loqosunda hersoq arabası təsvir olunan Fransız dizayn evi.
Hermes
Amerikalı astronom Karl Saqanın hazırladığı, içərisində Kamil Cəlilovun "Muğam" kompozisiyasını da eşidə biləcəyiniz musiqi komponenti.
Voyacer qızıl plastinkası
1961-ci ildə Hatti qasırğası sonrası paytaxtı dağılan və sonradan Belmopana köçürülən ölkə
Beliz
Köməkçi nitq hissələrindən biri. Daha əvvəl alət və ya avadanlıq mənasında da işlənib.
Ədat
Ötən əsrin 60-cı illərinədək afro-amerikalı səyahətçilər üçün çap olunan bələdçi vəsaitinin adı.
Yaşıl kitab
Həzz hissini həyatda ən ali məqsəd kimi qəbul edən fəlsəfi təlim
Hedonizm
Yadplanetli rok ulduzu və ya Deyvid Bovinin alter-eqosu
Ziggy Stardust
Kriketin milli idman növü hesab edildiyi Karib ölkəsi. Görəsən, Poseydon da oynaya bilirdi?
Barbados
20 fevral 1928-ci ildə Salyan rayonunda doğulmuş şair. Bir müddət Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi də işləmişdi.
2007-ci ildə ekranlara çıxmış Disney animasiya serialında qardaşlardan saçı yaşıl olanı
Ferb Fletçer (Ferb)
Yunan tarixçi Herodotun Orta Asiyanın buğda anbarı adlandırığı qədim şəhər.
Herat
30 iyul, yəni Emili Bronte ilə eyni tarixdə, anadan olan ingilis mügənni. Sonradan ona ilham vermişdi.
Kate Bush
Assam-Benqal düzənliyi ilə Tibet Yaylası arasında yerləşən dövlət
Butan
n elementli çoxluqdan seçilməsi mümkün olan bütün mümkün k elementli nizamsız seçmələrin sayı
Kombinezon
"Die schöne Müllerin" vokal silsiləsində yaşılı həm ən sevimli, həm də ən mənfur rəng adlandıran bəstəkar. "Asteroid City"ə baxanlar, bəlkə də, tapacaq.
Frans Şubert
Hans-Georg Qadamerin yalnız mətnlərin təfsiri sahəsi kimi deyil, bütövlükdə insanın dünyanı anlama yolu kimi təqdim etdiyi metodik nəzəriyyə
Hermenevtika