Azərbaycan Xalq Cümhuriyyətini rəsmən tanımış ilk ölkə
Osmanlı
Əli İnsanov, Oqtay Şirəliyev, Teymur Musayev.
Eşitdiyiniz şəxsləri mövzuya uyğun adlandırın.
Azərbaycanın Səhiyyə Nazirləri
BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı işğalçı kimi tanıdan qətnaməni seçin:
811, 822, 833
822
Həm şərt bağlayıcısı, həm də xanımlara müraciətdə istifadə olunan fransız sözü
madam
1) Paytaxtı İzirtu şəhəri olan qədim dövlət
2) Buğdanın üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qida
Manna, mannı
1918-ci ilin bu tarixində ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraq AXC-nin rəsmi attributuna çevrildi.
9 noyabr
Hansı tibb aləti almancadan tərcümədə "sıçratmaq, çiləmək" mənasını verir.
Şprits
Azərbaycan Respublikasında dövlət hakimiyyətinə aiddir: qanunvericilik, icra hakimiyyəti və _____
Buraxılmış sözü tapın.
Məhkəmə
Uzaqdan rahat görünsün deyə bunlarda adətən qırmızı dairələrdən istifadə olunur. Bunları iki sözlə deyin.
Qadağa nişanları
1) "Bostanda var bir arvad, Paltar geyib qatbaqat" tapmacasının cavabı
2) Faizlə verilən borc
kələm, sələm
Azərbaycan Xalq Cümhuriyyəti təhsilin keyfiyyətini artırması üçün bu universitetin yaradılması haqda qanun hazırlamışdı. Beləliklə, bu Azərbaycanda yaradılan ilk universitet idi.
Bakı Dövlət Universiteti
Eyni saitlə başlayıb bitən sözlə deyin. Siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, ətriyyat və tüstü hansı xəstəlikdən əziyyət çəkənlər üçün təhlükəlidir?
Astma
BMT-nin yaranmasına səbəb olan beynəlxalq konflikt
2007-ci ilə aid bu Türkiyə filmində əsas mövzu mafiyadır. Filmin adını bir sözlə tapın.
1) Axillesin ən zəif yeri
2) Donuzlar fəsiləsindən cütdırnaqlı məməli heyvan
daban, qaban
Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş iki şəhər
Gəncə, Bakı
Qədimdə bəzi şəxslər əvvəlcədən yağış haqqında məlumat verdikləri üçün müqəddəsləşdirildilər. Daha sonralar məlum oldu ki, həmin şəxslər əslində bundan əziyyət çəkirmişlər.
Revmatizma
Yanğın, partlayış, digər təbii və texnogen fövqəladə hallar baş verdikdə və ya yaranma təhlükəsi olduqda;köməksiz vəziyyətdə qaldıqda;ağır yol-nəqliyyat hadisəsi baş verdikdə yığmalı olduğumuz FHN-in qaynar xəttin nömrəsi
112
Bu söz ingiliscə "radio detection and ranging" yəni "məsafəni müəyyən edən və radioaşkarlayıcı" sözlərinin birləşməsindən əmələ gəlib.
Radar
2) Baykal gölündən başlayan yeganə çay
Ankara, Anqara
Azərbaycan Xalq Cümhuriyyətində Nazirlər Şurasının sədri və ilk daxili işlər naziri o olub.
Fətəli xan Xoyski
ABŞ-da yerləşən bir çox xəstəxanaların diş həkimləri uşaqlar onlardan qorxmasın deyə buna "gülüş smayliki" çəkirlər. Bunu saitləri eyni bir sözlə deyin.
Maska
İslam mədəniyyətinin ən məşhur tikililərindən olan Əlhambra sarayı İspaniyanın bu şəhərində yerləşir.
Qranada
Azərbaycan dilinin lüğətinə əsasən "bəla, dərd, müsibət, fəlakət" mənası verən söz.
Qada
1) Ərəb Xilafətinin 3-cü xəlifəsi
2) İranda inzibati ərazi vahidi
Osman, ostan