Natural ədədlər
Adi və onluq kəsrlər
Faiz
Enerji
Enerji mənbələri-qida zənciri bölməsi
10

Üçrəqəmli ən kiçik natural ədədlə ikirəqəmli ən böyük natural ədədin hasilini tapın.

9 900 (100x99)

10

Məxrəci 7 olan ən böyük düzgün kəsr hansıdır?

6/7

10

75 ədədinin 20%-ni tapın.

15

10

Şkafın ən yuxarı gözündəki güldanın hansı enerjisi var? 

Potensial enerji

10

Qida zəncirin ilk həlqəsi nədir? 

Bitkilər

20

1-dən 60-a qədər (60 daxil olmaqla) olan natural ədədlərin yazılışında 5 rəqəmi neçə dəfə istifadə olunub?

16 dəfə (5, 15, 25, 35, 45, 50, 51, 52, 53, 54, 55 (2 dəfə), 56,57,58,59)

20

Bir qutudakı 24 konfetin 3/8 hissəsi yeyildi. Qutuda neçə konfet qaldı?

15

20

Mağazada 120 manatlıq paltoya 10% endirim edildi. Paltonun yeni qiyməti neçə manat oldu?

108

20

Yorulmuş Tərlan alma yedikdən sonra özünü gümrah hiss etdi. Çünki almanın içində olan .......... bədənində yaranmış enerji itkisini aradan qaldırdı. 

Kimyəvi enerji

20

Maral və ceyranlar qidalanma tipinə görə hansı canlılara aiddir (termini düzgün yazın) 

Herbivorlar

30

Rəqəmləri cəmi 12 olan ən kiçik natural ədədi tapın.

129 (1+2+9=12)

30

Yazılışında 1,2,3,4 rəqəmləri yazılmış ən kiçik onluq kəsrlə ən böyük onluq kəsrin cəmini tapın.

433,334 (1,234+432,1=433,334)

30

Ədədin 30%-i ilə 10%-nin fərqi 40-a bərabərdir. Bu ədəd hansıdır?

200

30

Bu qanunun kəşfindən sonra “daimi mühərrik” yaratmağın qeyri mümkün olduğu ortaya çıxdı

Enerjinin saxlanma qanunu

30

Konsument hörümçək həm şikar, həm də....... 

Yırtıcıdır