Təbiətdən ilhamlanan dizayn
Süni intelekt
Nanoquruluşlar
Qarışıq suallar
100

Əgər sizin mikroskopunuz, çoxlu vaxtınız olsaydı....... gözünə baxanda onun mürəkkəb gözlərində hər birində ayrı-ayrı büllur olmaqla 28000-ə qədər sadə göz saya bilərdiniz. Mürəkkəb gözlər təbiətin möcüzələrindən biridir və o,  həşəratlara ətrafı 180 dərəcə görməyə imkan verir(nöqtələrin yerinə hansı həşərat olmalıdır)

Milçək

100

"Artificial İntelligence " nədir?

Süni intelekt

100

İdarə edənin mənafeyinə uyğun şəkildə digər bir  davranışın və ya prosesin idarə olunması nə adlanır?

Manipulyasiya

100


Susuz yaşaya bilən bitkilərin içində ən bilinəni .......... Yağış yağdığında onlar kökləri ilə geniş bir sahədəki suyu toplayırlar və bu su vasitəsi ilə uzun müddət yaşaya bilirlər.

Nöqtələrin yerinə hansı bitki olmalıdır?


Kaktus

200

Bitkilər Günəş enerjisindən istifadə edərək qidasını təşkil edən karbohidrat (nişasta) sintez edir və proses zamanı oksigen ayrılaraq ətraf mühitə buraxılır.Bitkilərin Günəş enerjisindən  bu cür istifadəsindən ilhamlanaraq alternativ enerji mənbəyi olan nəyi kəşf etdilər?

Günəş batareyaları

200

Süni zəkaya malik və ilk dəfə ölkə vətəndaşlığı alan robotın adınədir?  haqqında ətraflı məlumat verin

Süni zəkaya malik və ilk dəfə ölkə vətəndaşlığı alan robot – Sofia olmuşdur. O, Hanson Robotics şirkəti tərəfindən hazırlanmışdır. Sofia insan davranışlarını öyrənmək və ona uyğunlaşmaq, habelə insanlarla işləyə bilmək üçün layihələndirilmişdir. Bu cür humanoid qocalar evində, böyük tədbirlərdə və s. insanlara kömək etmək məqsədilə yaradılmışdır.

200

"Hidrofob"- nədir?

" hidro" - su, "fobos" - qorxu, nifrət deməkdir.

200

.........- ərazisi kiçik, əhalisi çox olan ölkədir. Burada ərazini optimallaşdırmaq vacib şərtdir.  Bu səbəbdən burada avtomatik işləyən, liftli və fırlana bilən avtodayanacaqlar mövcuddur!

Nöqtələrin yerinə hansı ölkə olmalıdır?

Yaponiya

300

"Biomimikriya"- nədir?

Təbiətdəki canlıların quruluş xüsusiyyətlərini araşdırıb, onu müxtəlif problemlərin həlli məqsədilə innovativ texnologiyalarda təqlid edərək “Biomimikriya” anlayışını yaratdılar. “Biomimikriya” yunan mənşəli söz olub, “bios” – “həyat”, “mimesis “– “təqlid” deməkdir.

300

Reflekslərin neçə növü var və hansılardır?

Reflekslər şərti və şərtsiz olmaqla iki yerə ayrılır. Şərtsiz reflekslər irsən nəslə ötürülür və insanın ömrü boyu qalır. Bu reflekslərə qidalanma, müdafiə, çoxalma və səmt refleksləri aiddir. Şərti reflekslər isə təlim nəticəsində formalaşır və insanı mühitin dəyişən şəraitinə uyğunlaşdırır. İnsanın həyatı boyu bir çox mürəkkəb şərti reflekslər yaranır. Bunun nəticəsində insan yeni hərəki bacarıqlara yiyələnir və yeni davranış forması əldə edir.

300

Rəngarəng kəpənəklərin qanadlarının rəngbərəng olmalarının səbəbi nədir?

Təbiət nanoölçülü quruluşlarla zəngindir. Hər birimiz təbiətdə rəngarəng kəpənəklərlə çox qarşılaşmışıq. Onların bu cür rəngbərəng olmalarının səbəbi qanadlarındakı nanoölçülü hissəciklərin işıq şüalarını fərqli uzunluqda əks etdirməsidir.

300

İki mikrobit arasında əlaqə qurmaq üçün lazımi blokların olduğu bölmə hansıdır?

Radio

400

Günəş enerjisi necə yaranır?

Günəş enerjisi onun daxilində baş verən nüvə reaksiyalarının hesabına yaranır. Günəşin bir saniyədə Yer planetinin işıqlandırılmasına sərf etdiyi enerji beş milyon ton daş kömürün yandırılması zamanı alınan enerjiyə ekvivalentdir.

400

.........həqiqətdə mövcud olan şeylərin zehindəki yanlış görüntü və ya yanlış əksidir.

İlluziya

400

Van der Vaals qüvvəsi nədir?

Hamar səthlərdə və istənilən fəza vəziyyətində asanlıqla hərəkət edə bilən Gekkolar... bu maraqlı xüsusiyyət uzun müddət tədqiqatçıların marağına səbəb olmuşdur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Gekkoların pəncələrin çox kiçik çıxıntılara malikdir və hər bir çıxıntı öz növbəsində ölçüsü 200 nm olan daha kiçik çıxıntılara ayrılır. Bu quruluş səthlə pəncə arasında molekullararası cazibəyə (Van der Vaals qüvvəsi) gətirib çıxarır. Nəticədə orqanizm istənilən fəza vəziyyətində olan, hətta hamar səthlərdə asanlıqla hərəkət edə bilir

400

Özündə mühərriki, onun reduktorunu və valı birləşdirən qurğunun adı nədir? (Micobit dəstində)

Servomühərrik