Mədəniyyət
Mədəniyyət
Kimdir?
İllər
Hadisələr
İslahatlar
Şəhərlər
100

XIII əsrdə Azərbaycanda mədəniyyətin inkişafına mənfi təsir göstərən hadisə nə oldu?

Monqol yürüşləri

100

Şərq və Azərbaycan musiqisinin inkişaf etdirilib yüksək zirvəyə qaldırılması onun adı ilə bağlıdır. O, musiqinin səslər sistemi nəzəriyyəsinin əsasını qoydu, özünün yaratdığı not yazısı ilə səs düzümünü müəyyənləşdirdi

A)İzzəddin Həsənoğlu        B)Səfiəddin Urməvi

C)İmadəddin Nəsimi           D)Qazi Bürhanəddin 


 B)Səfiəddin Urməvi

100

Əmir Teymur yenidən Azərbaycana gələn zaman o, Şirvanşah I İbrahimin vasitəçiliyi ilə Teymurun hüzuruna getdi və qiymətli hədiyyələr apardı. bununla da daxili müstəqilliyini qoruyub saxlaya bildi. Söhbət kimdən gedir?

 Şəki hakimi Seyid Əhməd

100

1382 - ci ildə Şirvanşahlar dövlətində hakimiyyətə gəlmişdir:

Dərbəndilər sülaləsi

100

1338-1357 - ci illərdə Azərbaycanı Elxanilərin adından idarə etmiş sülalə:

Çobanilər
100

İqta torpaqları hansı torpaq mülkiyyət formaları hesabına verilirdi?

Divan, incu, bayrat

100

Monqol yürüşləri zaman 3 dəfər xərac verərək dağıntıdan xilas olmuş şəhər:

Təbriz

100

Fəzlullah Nəimi hansı əsərində hürufiliyin nəzəri əsasını şərh etmişdir

"Cavidannamə”

100

Azərbaycanca-ərəbcə lüğət tərtib etmiş, Azərbaycan dilinin qrammatikasına dair əsər yazmışdı:

A)H.Naxçıvani     B)Ə.Bakuvi     C) Əl-Biruni

D)Ə.Əndəlusi      E)F.Rəşiddədin

D)Ə.Əndəlusi

100

Xarəzmşah Cəlaləddinin yürüşü zamanı xərac verməklə ölkəni dağıntıdan xilas etmiş Şirvanşah hökmdarı:

III Fəribürz

100

I İbrahim nə zaman Əmir Teymurdan asılılığı qəbul etdi?

1386 - cı ildə

100

Terek döyüşü kimlər arasında baş vermişdir?

Teymuri - Qızıl Ordu

100

Vergi islahatına görə vergilərin toplanması həvalə edildi:

Mərkəzi divana

100

1239 - cil ildə monqollar tərəfindən işğal edilmiş şəhər: 

Dərbənd
100

1259 - cu ildə baş vermiş hadisə:

Marağa rəsədxanasının tikilməsi

100

Coğrafiya sahəsində görkəmli alimlərdən biri deyil: 

A)Zəkəriyyə Qəzvini        B) Mahmud Şəbüstəri

C)Əbdürrəşid Bakuvi       D)Həmdullah Qəzvini

B) Mahmud Şəbüstəri

100

1385 - ci ildə Azərbaycana yürüş etmiş və hiylə ilə Təbrizdə qırğınlar törətmiş hömdar:

Toxtamış

100

Təbrizdə nə zaman Teymuri zülmünə qarşı üsyan baş verdi?

1406-cı ildə

100

Elxanilər dövlətinin tənəzzülü zamanı Şəkidə hansı sülalə hakimiyyətə gəldi?

Oyrat sülaləsi

100

Hansı islahata görə alqı-satqı işlərində qayda-qanun yaradıldı:

Məhkəmə

100

Usta Bəndər üsyanının baş verdiyi şəhər:

Gəncə

100

Nəsirəddin Tusinin hansı əsəri ulduzların orbitlərinin hesablanmasına həsr edilib

"Zic-Elxani"

100

Ozamankı müsəlman aləminin ən möhtəşəm məbədi idi. Divarlarının qalınlığı 3 m olan bu abidə təbrizlilər üçün dar günlərdə etibarlı sığınacaq rolu oynadığından "Ərk qalası" adını almışdı. Söhbət hansı abidədən gedir:

Əlişah məscidi

100

Şirvanı tutmaqla, hakimiyyətini bütün Azərbaycana yaymış Cəlairi hökmdarı:

Şeyx Üveys

100

Cəlairilər nə zaman Təbrizi tutdular?

1359-cu ildə

100

Hülakülər dövləti yarandığı vaxtdan Azərbaycan torpaqlarına iddia edib yürüşlər edən dövlət: 

Qızıl Ordu

100

Rabitə dayanacaqları necə adlanırdı?

yam

100

Monqolların birinci yürüşü zamanı işğal edilməmiş şəhərlər:

Təbriz

Gəncə 

Dərbənd

100

XIII əsrdə yaşamış bu  şair  Azərbaycan dilində zəmanəmizə qədər çatmış ilk şeirin müəllifi sayılır: 

İzzəddin Həsənoğlu

100

XIII əsrin sonunda Azərbaycanda məscid və mədrəsələrin bərpasına, yeni maarif ocaqlarının yaradılmasına səbəb oldu: 

Qazan xanın islam dinini qəbul etməsi

100
Hülakülər dövlətinin varlığına son qoymuş hökmdar:

Canı bəy

100

Əlincə qalası nə zaman ələ keçirildi:

1400 - cü ildə
100

Şirvanşah I İbrahim hakimiyyətə gəldiyi zaman onun dövləti üçün təhlükə yaradan dövlətlər: 

Teymuri və Qızıl Ordu dövlətləri

100

Qazan xanın hansı islahatı iki il ərzində həyata keçirilmişdir?

Rabitə

100

 Yaqut əl-Həməvi yazmışdı ki, monqollar şəhərdəki bütün kişi əhalini qılıncdan keçirdilər. söhbət hansı şəhərdən gedir:

Ərdəbil

100

Təbrizin Rəbi-Rəşidi məhəlləsindəki ali mədrəsə kim tərəfindən yaradılmışdı?

Fəzlullah Rəşidəddin

100

"Cəmi-ət-təvarix” əsərinin müəllifi:

Fəzlullah Rəşidəddin

100

Qazan xandan sonra hakimiyyətə gəlmişdir:

Məhəmməd Olcaytu

100

Elxanilər dövlətinin varlığına nə zaman son qoyuldu?

1357-ci ildə

100

Elxanilər dövlətinin paytaxtı olmuş şəhərlər:

Marağa, Təbriz, Sultaniyyə

100

Hansı islahat yarımçıq qaldı, axıra qədər keçirilmədi?

Məhkəmə

100

"Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır".  sözlərini monqolların gəlişi zamanı hansı şəhər əhalisi demişdir?

Şamaxı

100

N.Tusinin "Təhriri-Öqlidis"  əsəri nəyə həsr olunub?

həndəsəyə

100

Qazan xanın əmri ilə salınmış şəhər: 

Mahmudabad

100

Azərbaycanda kəndlilərin bir yerdən başqa yerə köçməsini qadağan etmişdir:

Qazan xan

100

Elxanilər dövləti nə zaman meydana gəldi?

1258  - ci ildə 

100

Teymurun ölümündən sonra I İbrahim ilk olaraq hansı ərazilərdə möhkəmləndi? 

Gəncə və Qarabağ

100

Hansı islahat yerli feodalları, eləcə də əhalini öz tərəfinə çəkmək üçün keçirilmişdir?

Dini 

100

Hansı şəhərin əhalisi I İbrahimdən yardım istəmişdi?

Təbriz