Nitq hissələri
Sintaktik təhlil
Tabesiz mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə
Ədəbiyyat
100
DAĞ döşündə bənövşə, Qoymaram BAĞRI bişə. YAR yolunda ağlamaq Mənə olubdur peşə. Böyük hərflərlə yazılmış sözlər ismin hansı halındadır?
Adlıq;yiyəlik
100
"Doğma vətənin hər qarış torpağı əzizdir"cümləsinin sxemini qurun.
TƏYİN,MÜBTƏDA,XƏBƏR
100
"Kənddə axşamüstü at kişnərtisi,mal-qara səsi ətrafa yayılır,hər evin qapısında samovar tüstülənirdi"cümləsi tabesiz mürəkkəb cümlənin hansı növündədir?
Zaman əlaqəli tabesiz mürəkkəb cümlə
100
Zaman budaq cümləsi hansı birləşmə şəklində sadələşir?
Feili bağlama tərkibləri
100
Ədəbiyyatın dövrləri hansılardır?
1)QƏDİM DÖVR 2)ORTA DÖVR 3)YENİ DÖVR 4)ƏN YENİ DÖVR
200
"Hamını susduran bu adamın ona tərəf gəlməyi Səidəni qorxutdu."cümləsinin sxemini qurun
TƏYİN,TƏYİN,MÜBTƏDA,TAMAMLIQ,XƏBƏR
200
Tabesiz mürəkkəb cümlələri seçin: 1)Sənin gəldiyini hiss etməmişəm,uşaqlar da xəbər verməyib. 2)Düzdür,Əşrəf bunu hiss etdi,amma büruzə vermədi. 3)Dayısının böyük oğlu oynayır,kiçiyi isə yatırdı. 4)Dörd ay vardı,ananın gözləri yol çəkirdi. 5)Külək əsdimi,yağış yağacaq. 6)Bir azdan dostların gələr,qəlbində ümid işığı yandırarlar.
1;3
200
"Elələri də olur ki,səhvini səhvini başa düşmür."cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
Mübtəda budaq cümləsi
200
Rəsul Rzanın ilk şeiri hansıdır və harada dərc olunub?
"BU GÜN"şeiri "QIĞILCIM"jurnalı
300
"Ox,Nadya,mən həmişə sən deyən kimi yadımda saxlayıram ki,aktyorlara ancaq səhnədə baxmalı,onları həyatda görməməli." Nümunəsində əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin.
Nida,qoşma,bağlayıcı,ədat
300
"Rustəm kişi trubkasını doldurub alışdırarkən fikrə gedib qaşlarını azca dartdı"cümləsinin sxemini qurun.
MÜBTƏDA,ZƏRFLİK,ZƏRFLİK,TAMAMLIQ,ZƏRFLİK,XƏBƏR
300
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələri seçin: 1)Boğçanı açdı,ipək dəsmala bükdüyü şəkli çıxartdı. 2)Düzün ortasında fit verildi,səs bir də təkrar olundu,sonra qatar xırp dayandı. 3)Nərgiz xala qonaqları gülərüzlə qarşıladı,gələnlərlə hal-əhval tutdu,bir az sonra məclis başladı 4)Ağacların dövrəsində yarasalar uçuşdu,Bahar diksindi. 5)Dəhlizin qapısı açıldı və bir qız otağa daxil oldu.
2;3;5
300
Mübtəda budaq cümlələrini seçin: 1)Elə məsəlinin mühüm cəhəti də odur ki,o zamanlar insanlar bir çox şeyləri bilmirdilər. 2)Yadınızda qalsın ki,dünyada azadlıqdan şirin şey yoxdur. 3)Qonşun pisdir,köç qurtar. 4)Kim onu tanıyırdısa,ondan uzaq qaçırdı. 5)Sənə tapşırdılar ki,bulaq suyu gətir.
2;4
300
Dolanır başına göydə buludlar, Bəzənmiş eşqinlə çiçəklər,otlar. misraları hansı sənətkarın əsərindəndir?
ƏHMƏD CAVAD "GÖY GÖL"
400
Hansı cümlədə feillər məchul və qayıdış növdədir? 1)Əsgər yıxıldı,başındakı dəbilqə yerə düşdü. 2)Qazlar uçub onlara yaxın gələrkən oxlar yaylarından ayrıldı,vıyıltı ilə yuxarı uçdu. 3)Qapılar,pəncərələr taybatay açılır,gələn dəstəyə maraqla baxan adamların başı görünürdü. 4)Divar dibində qalın döşəklər düzülmüş,rəflərə isə çini qablar düzülmüşdü.
3
400
Hansı cümlə MÜBTƏDA,TAMAMLIQ,XƏBƏR sxeminə uyğundur? 1)Çalışmaq qabiliyyəti əsl sərvətdir. 2)Şirin yalandan acı həqiqət yaxşıdır. 3)Leyla məktubun esl menasını anladı. 4)Əhməd şəkil çəkməyi bacarırdı. 5)Şərəfli əmək mədəniyyətin əsasıdır.
3;4
400
Tabesiz mürəkkəb cümlələri seçin: 1)Hamı gəlib çıxıb,bir azdan yola düşərik. 2)Hərçənd,o xəstə idi,ancaq yenə dərsə gəlmişdi. 3)Nə tökərsən aşına,o da çıxar qaşığına. 4)Körpə yatır,ana dincəlirdi. 5)Həm sən qəlbimə dəymisən,həm də bəzi uşaqların etinasızlığından incimişəm. 6)Bu əzablar da həyatdır,dözməliyik. 7)Dəhlizdə nə uşaqlar,nə də müəllimlər gözümə dəyirdi.
1;4;5;6
400
Baş+budaq sxeminə uyğun gələm mürəkkəb cümlələri seçin: 1)imtahanlar təzəcə başlamışdı ki,bu hadisə baş verdi. 2)Atam alaçıq keçəsinin böyrünü azacıq yuxarı atdı ki,hava gəlsin. 3)O yerdə ki sakitlik,rahatlıq yoxdur,mən ora gedə bilmirəm. 4)Desən,bilərik. 5)O,kitabları gördükdə dedi ki,hamısı bizim işimizə yarayacaq.
2;5
400
Süleyman Rəhimovun romanları hansılardır:
"SAÇLI";"aĞBULAQ DAĞLARINDA";"ANA ABİDƏSİ";"ŞAMO";"SAÇLI"
500
Nümunələrin birində indiki zaman anlayışlı feili sifət tərkibi mübtəda,keçmiş zaman anlayışlı feili sifət tərkibi isə xəbər vəzifəsindədir? 1)Şirkətin istehsal etdikləri reklamda göstərilənlərdir. 2)Şirkətin istehsal etdiyi məhsullar sərgidəkilərdəndir. 3)Sərgidə nümayiş etdirilənlər reklamda göstərilənlərdir. 4)Sərgidə şirkətin istehsal etdiklərinə də geniş yer verilmişdir. 5)Reklamda göstərilənlər şirkətin istehsal etdikləridir.
5
500
Hansı cümlə TƏYİN,MÜBTƏDA,ZƏRFLİK,XƏBƏR sxeminə uyğundur? 1)Dağ çayının səsi uzaqlardan eşidilir. 2)Verilən vədlər yerinə yetirilməlidir. 3)Sizə bu mükafatı ayırıblar. 4)Ananın sözünü dinləyən qarı baş əyib cavab verdi. 5)Ölümünü gözünün qabağına gətirən gəlin heykəltək dayandı.
4;5
500
Tərkib hissələri MÜBTƏDA,TAMAMLIQ,XƏBƏR şəklində olan tabesiz mürəkkəb cümləni seçin: 1)Anam çox zəhmətkeş idi,biz də gücümüz çatan qədər ona kömək edərdik. 2)Payız yurdumuza qədəm qoydu,təbiət qızıl libas geyindi. 3)Kənd camaatının üzümçülük sahəsindəki uğurları bizi sevindirir və onların bu qələbəsi hamını ruhlandırırdı. 4)Həyətimizdə iri,qara bir tut ağacı var idi,acanda o ağaca dırmaşardıq. 5)Məktəblilərin olimpiada sahəsindəki uğurları müəllimləri sevindirir,onların bu bacarığı hər kəsi ruhlandırırdı.
3;5
500
Tabeli mürəkkəb cümlələrdən hansının baş cümləsi qeyri-müəyyən şəxsli,budaq cümləsi isə şəxssiz cümlə ilə ifadə olunmuşdur? 1)Deyirlər ki,şəhərdə bərk bahalıqdır. 2)Bərk acığı tutdusa da, özünü o yerə qoymadı. 3)Elə ki birinə acığı tuturdu,üzünə baxmaq olmurdu. 4)Eşitdim ki,üç gündən sonra Nadirin toyudur. 5)Günortadan xeyli keçmişdi ki,bizi içəri dəvət etdilər.
1;5
500
Ah,bu qız niçin böylə pəjmürdə hal? Bu İsmətmi?Solğun bir gülə dönmüş? Orxanı yandıran atəşmi sönmüş? Misraları hansı əsərdəndir və kimin dilindəndir?
H.CAVİD "ANA"DRAMI MURAD