Zaman
Məkan
Dövlət
Şəxsiyyət
Ümumi biliklər
100

Azərbaycanın ilk müstəqil xanlığı nə zaman yaranmışdır?

1743-cü ildə

100

Osmanlılar hansı şəhəri işğal etdikdən sonra İstanbulda atəşfəşanlıq etmişdilər:

Ərdəbil

100

"Muğan" qurultayı nəticəsində yaranan dövləti qeyd edin

Əfşarlar dövləti


100

I Pyotrun Xəzəryanı bölgələri ələ keçirməsi üçün bəhanə oldu?

Şirvan üsyanı zamanı rus tacirlərinin zərər çəkməsi

100

Səfəvi şahının "dostluq və ticarət" müqaviləsi imzalamaq məqsədilə nümayəndə göndərdiyi  dövlət hansıdır?

Rusiya

200

"Turan taktikası"ndan istifadə edərək Şah I Abbasın qalib gəldiyi döyüş nə zaman baş vermişdir?

1605-ci ildə Sufiyan döyüşü

200

XVI əsrin II yarısında Səfəvilər dövlətinin paytaxtı hansı şəhərə köçürülmüşdür?

İsfahan

200

XVI əsrin II yarısında Azərbaycanda hansı dövlət hakimiyyətdə idi?

Səfəvilər dövləti

200

Hansı Səfəvi hökmdarı tərəfindən 1723-cü il tarixində imzalanan  Peterburq müqaviləsi taninmamışdır?

II Təhmasib

200

Xalqa və xalqlara yazılı müraciət adlanır:

Manifest

300

Rusiya və Osmanlı dövlətlərinin arasındakı sərhəddi müəyyən etmək üçün müqavilə nə zaman imzalanmışdır?

1727-ci ildə Nabur müqaviləsi

300

.....Səfəvi ordusuna göndərdikləri yardımı nəzərə alan Şah I Abbas -----------bütün dövlət vergilərindən azad etdi.

Söhbət hansı şəhərdən gedir? 

Ordubad

300

1.Sədr-Əzəm vəzifəsi ləğv edildi

2."Azərbaycan"əyaləti yaradıldı

Verilənlərin aid olduğu dövləti qeyd edin

Əfşarlar dövləti

300

Şah I Abbasın islahatına əsasən yaradılan qoşun növlərini qeyd edin.(Tam formada)

Qızılbaşlar, qulamlar, topçular, tüfəngçilər

300

.............. adlı sənəddən məlum olur ki, osmanlılar qadınları, uşaqları, qocaları, şikəstləri, xəstələri, həmçinin zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad etmişdilər.

 

Naxçıvan dəftərləri

400

Nə zaman Rus tacirlərinin Səfəvilərin bütün hakimiyyəti dövründə gömrüksüz ticarət hüququ,karvansara və bazarlarda imtiyazlar əldə etmişdir?

1667-ci il

400

Şah I Abbas tərəfindən XVI əsrin 90-cı illərində və XVII əsrin 20-ci illərində geri qaytarılaraq azad edilən əraziləri müvafiq olaraq qeyd edin

Xorasan və Hörmüz

400

Osmanlı hökuməti tərəfindən təsdiq edilməyən müqavilə:

1733-cü il Bağdad müqaviləsi

400

Verilən mətnə əsasən tarixi şəxsiyyəti qeyd edin:

Makedoniyalı İsgəndər və Napoleon ilə eyniləşdirilir, "Şərqin son fatehi" adlandırılır.

Nadir şah Əfşar

400

Dövlətə müəyyən miqdar pul ödəmək müqabilində ayrı - ayrı şəxslərə verilən vergi toplamaq hüququ adlanır:

Müqatiə

500

"Atəşgah", Gəncədəki Şah Abbas məscidi, Nardaran məscidi

Verilən abidələr hansı dövrə məxsusdur?

XVII əsr

500

Kür çayından cənubda yerləşən Xəzəryanı vilayətlərin Səfəvilərə qaytarıldığı müqavilə:

1732-ci il Rəşt müqaviləsi

500

Hansı Səfəvi hökmdarı Van, Qars və Axalsıx qalalarına hücum etməyəcəyinə dair təminat vermişdir?

Şah I Səfi Qəsri-Şirin müqaviləsinə əsasən