Yaxın tarix
Riyaziyyat
Məntiq
Ədəbiyyat
Elm
Dünyamız və Coğrafiya
100

2-ci Qarabağ müharibəsi neçə gün çəkmişdir?

44

100

Əgər mənim düşüncələrimdəki ədədi 5 dəfə artırıb, 7 çıxsaq, nəticə 23 olur. Mənim düşündüyüm ədəd hansıdır?

6    (Çünki 5 × 6 - 7 = 23)

100

Hər zaman artıram, amma heç vaxt azalmıram. Mən nəyəm?

Yaş

100

Hansı məşhur Azərbaycan şairi "Leyli və Məcnun" əsərini yazıb?

Nizami Gəncəvi

100

Su hansı temperaturda donur?

0°C

100

Dünyanın ən böyük okeanı hansıdır?

Sakit okean

200

Bu günlərdə ölkəmizdə keçirilən tədbirin adı nədir və nə haqqındadır?

Tədbirin adı KOP-29 və Ekologiya haqqındadır. 

200

İki ədəd var: birincisi, ikincisindən 3 dəfə böyükdür. Hər ikisinin cəmi 64-dür. Bu ədədlər hansılardır?

Qeyd: Cavab üçün vaxt 40 saniyə

16 və 48 (16 × 3 = 48 və 16 + 48 = 64)

200

Bir qayıqda üç nəfər var və onlar suya tullanırlar. Amma sudan yalnız iki nəfər çıxır. Bu necə mümkündür?

Üçüncü nəfər suda boğulub.

200

"Divanü Lüğat-it-Türk" əsərinin müəllifi olan məşhur orta əsr türk dilçisi və şairi kimdir?

Mahmud Kaşğari

200

Günəş sistemindəki ən böyük planet hansıdır?

Yupiter

200

Hər iki yarımkürədə əraziyə malik olan yeganə qitə hansıdır?

Afrika

300

Şuşanın azad edildiyi və Zəfər günü olaraq qeyd edilən günün tarixi? (gün/ay/il)

8 Noyabr 2020

300

Əgər bir qutuda 100 şar var və şarların 30%-i qırmızı, 40%-i yaşıl, qalanları isə mavidirsə, qutuda neçə mavi şar var?

30 mavi şar (Çünki qalan 30%-i mavidir: 100 × 0.3 = 30)

300

Evdə 5 qız var. Birinci qız kitab oxuyur, ikinci qız yemək bişirir, üçüncü qız şahmat oynayır, dördüncü qız otağı təmizləyir. Beşinci qız nə edir?

Şahmat oynayır (Şahmat oyunu iki nəfər arasında oynandığı üçün üçüncü qızla birlikdə o da şahmat oynayır).

300

"Ələddinin Sehrli Çırağı" hansı əfsanəvi kitabda yer alır?

"Min Bir Gecə Nağılları"

300

Hər hansı bir cisim təbiətdə hansı şərtlərdə "çəkisiz" halda olur?

Cazibə qüvvəsi sıfır olduqda

300

Ən çox əhalisi olan ölkə hansıdır?

Çin

400

Son illərdə ölkəmizdə dəfələrlə keçirilən, dünyanın ən bahalı idman növü olan yarış hansıdır?

Formula 1

400

Bir qutuda 40 ədəd qələm, digər qutuda isə onun yarısı qədər az qələm var.Bütün qələmlərin yarısının yarısı nə qədərdir?

15 (40+20=60:2=30:2=15)

400

Bir otaqda 3 lampa var, ancaq lampalar başqa bir otaqda yerləşən 3 açar vasitəsilə idarə olunur. Hər açar yalnız bir lampanı yandırır. Otağa yalnız bir dəfə girib lampaların hansına aid olduğunu necə müəyyən edərsiniz?

Qeyd: Cavab üçün vaxt 1 dq

Birinci açarı yandırın və bir müddət gözləyin, sonra onu söndürün. İkinci açarı yandırıb otağa girin. Yanılı olan lampa ikinci açara aiddir, isti amma sönmüş lampa birinci açara aiddir, soyuq və sönmüş lampa isə üçüncü açara aiddir.

400

"Balaca Şahzadə" əsərində Balaca Şahzadə hansı planetdən gəlir?

Asteroid B-612

400

Sürtünmə qüvvəsi daha çox hansı iki material arasında olur: metal-metal yoxsa metal-taxta?

Metal-taxta

400

Dünyanın ən hündür dağı olan Everest hansı ölkədə yerləşir?

Nepal

500

2-ci Qarabağ müharibəsinin başlamağında və millət olaraq ruh birliyində böyük rolu olan şəhid Generalımızın adı nədir?

Cənab General Polad Həşimov

500

Bir sinifdə olan şagirdlərin 60%-i riyaziyyat dərslərindən 5 alıb, qalanları isə 4 alıb. Əgər ümumilikdə 40 şagird varsa, riyaziyyatdan 4 alan şagirdlərin sayı neçədir?

16 şagird (40 × 0.6 = 24 şagird 5 alıb, qalan 16 şagird isə 4 alıb)

500

Bir evin dörd divarı var. Hər divar cənuba baxır və evin ətrafında bir ayı gəzir. Bu ayı hansı rəngdədir?

Ağ (Bu, yalnız Şimal qütbündə ola bilər və orada yaşayan ayılar qütb ayılarıdır, onların da rəngi ağdır).

500

“Qulliverin səyahətləri” əsərində Qulliver hansı cırtdanlar ölkəsinə düşür?

Lilliput

500

Hansı element havanın əsas komponentidir?

Azot

500

Avstraliya qitəsinin paytaxtı hansı şəhərdir?

Kanberra