Ad bildirən sözlər
Ad bildirən sözlər hansı suallara cavab verir?
Kim? nə? hara?
Əlamət bildirən sözlər hansı suallara cavab verir?
Necə? nə cür? hansı?
Hərəkət bildirən sözlər hansı suallara cavab verir?
nə etdi? nə edir? nə edəcək?
Həkim, nənə, oğlan sözləri hansı suala cavab verir?
Kim?
Rəng bildirən sözlər hansılardır?
Ağ, qara, yaşıl və s.
Ad bildirən sözlərin cəm forması hansı hissəciklərin köməyi ilə yaranır?
Lar-lər hissəciyi ilə
Dad bildirən sözlər hansılardır?
Şirin, acı, turş və s.
Hansı ad bildirən sözlər hər zaman böyük hərflə yazılır?
Insan adları, ölkə adları, dağ adları, çay adları və s.
" Nənə isti və dadlı qoğalları süfrəyə gətirdi." cümləsində hansı sözlər əlamət bildirir?
isti və dadlı