Azərbaycan - 2022
Paytaxt şəhərlər və ölkələr
Peyğəmbər adlılar Azərbaycanda
".on."
Rəngli mövzu
100

2022-ci ilin 15 sentyabrında Zəngilanda yerləşən burda ilk dərs günü baş tutdu. Növbəti illərdə "ağıllı idarəetmə sistemi" təhsil sahəsinə də aid ediləcək. 

Ağalı kəndi

100

1890-cı illərdə Sidney və Melburn arasında paytaxt olmaq üçün uzun keçən hüquqi davalardan sonra hansı şəhərin əsası qoyulmuşdu?

Kanberra

100

Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında danışılan məqalədə Mikulinin motorları, Yakovlevin təyyarələri və bu Azərbaycanlı xatırlanır.

Yusif Məmmədəliyev

100

Gelatonun əsas inqredientləri sırasına qarışdırılaraq soyudulmuş süd, şəkər, dad əlavəedicilər və yağ daxildir. Siz isə  "gelato" sözünün bizim dildə olan analoqunu tapın.  

Dondurma

100
  • Hirkan şümşadı
  • Dəmirağac
  • Şabalıdyarpaq palıd
  • Hirkan ənciri

    Gördükləriniz ilk dəfə 1989-cu ildə çap olunmuş hansı mənbədən çıxarılıb?

Qırmızı kitab

200

2022-ci il iyulun 28-dən Emin Əmrullayevin tutduğu vəzifənin adı

Elm və Təhsil Naziri

200

Asiyada yerləşən hansı ölkənin idarəçiləri "Səri Beqavan" titulu daşıyır?

Bruney Sultanlığı (Bəndər Səri Beqavan)

200

"Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. Cahandar ağanı feodal dünyası yaratmışdır. Onun timsalında orta əsr cəngavərliyi, qüruru, mənliyi, kişiliyi, eyni zamanda ziddiyyətləri əksini tapmışdır." Sitatın müəllifini tapın.

İsmayıl Şıxlı

200

1889-cu ildə Bakıda ilk dəfə istifadəyə verilmiş bu "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus idi.

Konka

200

Bunların keyfiyyətini yoxlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının əməkdaşları bunu ilk öncə təxminən 3400 N qüvvəsi ilə presləyir və bir müddət 1000 C temperaturda saxlayır.

Qara qutu

300

2022-ci ilin iyul ayında bu beynəlxalq təşkilat Azərbaycana 300 ədəd meymunçiçəyi əleyhinə test və vaksinlər vermişdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

300

Keçmiş Yuqoslav kral ailəsinin malikanəsi olan "Beliy Dvor", yəni "Ağ saray" adlı malikanə hansı paytaxt şəhərdə yerləşir?

Belqrad

300

"Mərhəmətli, möhtərəm anayadır bu kağız!..
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”

Gördüyünüz misraların kimə aid olduğunu tapın.

Süleyman Rüstəm ("Ana və poçtalyon" şeiri)

 

300

Saitləri eyni bir sözlə tapın. Hansı şəhərin bayrağında ağcaqayın yarpağı görmək olar?

Toronto

300

Səs üzrə mühəndis olan Pavel Taqer 1935-ci ildə Azərbaycanda çəkilmiş hansı filmin heyətinə cəlb olunmuşdu?

Mavi dənizin sahilində

400

2022-ci ilin may ayında baş tutan nəyin əsas təşkilatçıları "Türkiyə Texnologiya Komandası", Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi olmuşdu? 

Texnofest - 2022

400

Antonio Xose 19-cu əsrdə Boliviyanın azadlığı uğrunda döyüşmüş general olub. Antonio Xosenin samitlə başlayan soyadını deyin.

Sukre

400

Məleykə xanım 20 noyabrda alınmış müsahibədə bildirib ki, həyat yoldaşı 90-cı illərdə evə əsgər paltarında gəlirdi, papağını çıxarırdı və əsgərlər kimi salam verirdi. Məleykə xanımın kimin həyat yoldaşı olduğunu tapın.

Məhəmməd Əsədov 

400

Adı yunancadan tərcümədə "şiş" və "öyrənirəm" sözlərinin birləşməsindən yaranan tibb sahəsi

Onkologiya

400
"Atları yəhərləyin" (və ya "Qanlı zəmi") filmi üçün bu "rol"a 10-a yaxın cins at cəlb olunmuşdu.

Bozat

500

2022-ci ilin yayında keçirilən "II Yaylaq Festivalı" bu kurortda baş tutmuşdu. Burada yerləşən ilk malikanə Hacı Mirqasım adlı şəxsə aid olub.

Hacıkənd

500

Afrikada yerləşən hansı paytaxt şəhərinin adını qısaltmaq üçün onu bəzən "Tana" olaraq çağırırlar?

Antananarivu

500

1939-cu ildə anadan olan bu şəxsin elmi əsərləri sırasına "Azərbaycan: qısa dövlətçilik tarixi", "Azərbaycan tarixi: Erkən intibah dövrü" və   "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr" daxildir.  

Yaqub Mahmudov

500

Rusiyanın sərhədindəki çay. Çayın şimal hissəsində yerləşən vadidə, deyilənə görə, Çingiz xan anadan olub.

Onon

500

Hesablamalara əsasən, dəri xərçənginin əsas mənbəyi budur. Bu, Günəşdən yerə çatan enerjinin 10 %-ni özündə cəmləşdirir. 

Ultra-bənövşəyi şüa(lar)